PEYĞəMBəRİN HİCRəTİ
Düşmənin istəkləri ziddinə olaraq vəhy də’vəti Məkkə və onun ətrafını bürüyür. Hətta bu də’vət Mədinə kimi uzaq bir şəhər çatır. Müsəlmanların sayı daim artır. Düşmən də ot təlaşını artırır və müqavimətini genişləndirir. Hətta ən əzabverici üsullara əl ataraq Peyğəmbərin (s) bə’zi yaxınlarını şəhadətə yetirir. E’tiqad baxımından xeyli şirk xurafatın yerini fitri tövhid inamı tutsa da, risalətin bəşəri də’vəti təkcə e’tiqadda məhdudlaşmır. Bu də’vət həyatın bütün sahələrini əhatə edir. Peyğəmbərin bütün təlaşlarına baxmayaraq Məkkədə münasib şərait yaranmır. Risalət hədəflərinin icrası üçün başqa yol seçilməli olur.
Digər bir tərəfdən düşmən o qədər azğınlaşır ki, Peyğəmbəri şəhadətə yetirmək üçün qəti qərara gəlirlər. Müxtəlif qəbilələrdən toplaşmış silahlı adamlar Peyğəmbəri yatağındaca öldürməyə and içirlər. (ərəbi hadisəsi). Qur’ani-kərim bu qurğunu aşkarlayır: «Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün qurğu qururdular». («ənfal» 30). Lakin düşmənin hiyləsi baş tutmur və Allah-taala Peyğəmbər və onun yaxınlarına xəbərdarlıq edir. Bununla belə böyük risalət üçün Məkkədə lazımı şərait yaranmır.
Digər bir tərəfdən Mədinə əhalisinin çoxu müsəlman olmuşdu və bu şəhərdə vəziyyət Məkkədəkindən çox fərqlənirdi. Mədinə müsəlmanları Peyğəmbəri (s) öz şəhərlərinə də’vət edirlər. Həzrət (s) Məkkədəki namünasib vəziyyəti, Mədinə camaatının hazırlığını nəzərə alaraq Məkkədən Mədinəyə hicrət edir.
PEYĞəMBəR ŞəHəRİ Və MəQSəDLəRİN Tə’MİNİ
Mədinə camaatının fədakarlığı bu şəhər üçün böyük iftixara səbəb oldu və şəhər qonaqlara öz isti qoynunu açdı. Mədəni bir cəmiyyətin bünövrəsi quruldu. Elə bir mədəniyyət yarandı ki, həmişə parlasın. Buna görə də həzrətin hicrəti münasibəti ilə Yəsrib adı fəzilət ifadəsi «Mədinətün-nəbi» adı ilə əvəz olundu.
Mədinə siyasi, ictimai, hətta e’tiqadi baxımdan Məkkədən fərqlənirdi. Siyasi nöqteyi-nəzərdən qüdrət Məkkədə olduğu kimi küfr və şirk başçılarının əlində deyildi. Qur’ana münasibətdə ictimai cəhətdən mülayim, xoş mədəniyyətə malik idi. E’tiqad baxımından da burada şirk və küfr Məkkədəki kimi deyildi. Əhalinin çoxu kitab əhli, xüsusi ilə yəhudi idi. Eləcə də tanınmış adamların böyük bir hissəsi müsəlman olmuşdu. Bu səbəbdən də Məkkədə olduğu kimi müsəlmanlara qarşı hansısa bir dəstə çıxmırdı və onların öz qüvvələrini möhkəmləndirmək imkanı yaranırdı.
Peyğəmbərin (s) Mədinəyə daxil olması və layiqincə qarşılanması islam və Peyğəmbərin mövqeyini Mədinə ətrafında geniş şəkildə formalaşdırdı. Ətrafdan, hətta Həbəşə kimi uzaq yerlərdən insanlar müsəlmanlığa üz tutdular. Mədinənin siyasi durumundan faydalanmaq üçün Peyğəmbər (s) münasib fürsət əldə etdi. Mütəşəkkil, vəfalı, böyük məqsəd yolunda fədakar müsəlmanlar əl-ələ verdilər. Onlar həzrətlə (s) bey’ət bağladılar ki, ilahi dəyərləri müdafiə edəcəklər.
Peyğəmbər (s) vahid ümmət və yeni siyasi ilahi quruluş təşkil etməklə Mədinədə yeni bir nizam yaratdı. Mədinədə söhbət yalnız şirk və bütpərəstliklə mübarizədən yox, islamın ictimai-siyasi məsələlərinin qurulmasından gedirdi. Mədinədə qarşıda bu məsələ dururdu ki, müsəlmanlar e’tiqadi, iqtisadi, hüquqi, ictimai-siyasi, hərbi sahələrdə islamdan faydalana bilsinlər. Bu mövzular Qur’anın Mədinə surələrindən mə’lumdur. Məkkə surələrində şirk, küfr, əxlaqsızlıqdan danışılırsa, insanlar tövhid və gözəl əxlaqa də’vət edilirsə, artıq Mədinə surələrində ilahi vəhyə əsaslanan siyasi bir quruluşdan söhbət gedir.
Peyğəmbər (s) üçün Mədinədə qalmaq fürsəti on ildir. Bu on il müddətində Peyğəmbər (s) mütəşəkkil bir ümmət hazırlayır ki, həqiqətin yolunu hamarlamaq, ilahi dəyərləri həyata keçirmək üçün onlar maneələri aradan qaldırırlar. Siyasi, ictimai, hərbi qüvvə ilə Məkkədə Qüreyşin küfr başçılarına e’tiraz edilir. On ildən də az müddətdə Məkkə fəth olunur. Əbu Süfyanlar qorxudulub, təslim edilirlər. Bu on il ərzində həzrətin (s) şəxsən iştirak etdiyi iyirmi yeddi döyüş qeydə alınıb. Xalqın möhkəmliyi əsasında ilahi yardım olmasaydı, bu qanlı döyüşlərdən biri cavan islam ümmətinin bünövrəsini sarsıdardı. Lakin Peyğəmbərin (s) ilahi rəhbərliyi haqq ordusunda hökm sürən vəhdət və müqavimət onları batillə döyüş meydanında möhkəmləndirdi və gözqamaşdırıcı qələbələr gətirirdi. Nəhayət, həmin qüdrətdən faydalanaraq o dövrün hökmranları – Rum və İran kim möhtəşəmlərlə qarşılaşdılar. Peyğəmbər (s) onları haqqa təslim olaraq qurtulmağa çağırırdı. Pərakəndə bir xalq arasında mütəşəkkilik və qardaşlıq yaratmaq həzrətin (s) rəhbərliyinin nailiyyətlərindən idi və tarixdə bunun misli görünməmişdi. Peyğəmbər öz risalətində bütün cəhətlərdən nail oldu və risalətin böyük hədəfləri tə’min edildi. Bu hədəflərin əhəmiyyətini nəzərə alaraq gələn bəhsdə bu barədə danışacağıq.
RİSALəTİN HəDəFLəRİ
Öz istəklərini düzgün qavramaqda insanın zəifliyi və çaşqınlıq təhlükəsi vəhyi zəruriləşdirir. Vəhy olmadan insan bu istəklərini və fitri iste’dadlarını tə’min etməyə qadir deyil. Ona görə də istər fərdi, istərsə də ictimai baxımdan insan vəhyə möhtacdır. Məqsəd və yolu tanımaqda, bu yolu keçməkdə ilahi göstərişlər zəruridir.
əgər insan özbaşına buraxılarsa, nəf istəkləri onu həqiqətdən uzaqlaşdırır. Buna əsasən vəhyin səbəblərini üç qrupda təhil etmək olar. Onlardan ikisi ümumi risalətə aiddir. Üçüncüsü isə xüsusi peyğəmbərliyə, bəşər həyatının ictimailəşməsi dövrünə xasdır. Ümumi əhatəli iki səbəb bunlardır.
1-Paklanma (təzkiyyə)
insanını paklanması üçün üç yönümdə – e’tiqadi, əxlaqi və rəftar yönümündə vəhy yol göstərir. E’tiqadi baxımdan insan şirk və küfr və nifaqa düçardır. Əxlaqi yönümdən insan alçaq xarakterli, rəzil ola bilər. Rəftara gəldikdə isə kobudluq insanın yaxasından əl çəkmir. Peyğəmbərlər (s) insanları bu üç cəhətdən paklandırmaq üçün gəlmişlər. Məqsəd insanları şirkdən tövhidə, alçaq sifətlərdən bəyənilmiş sifətlərə, kobudluqdan alicənəblığa də’vət etməkdir. İnsanın daxilində iki meyllər qoyulmuşdur. Onun iki rəhbər idarə edir – biri nuraniyyətə doğru, digəri zülmətə!
Peyğəmbərlər insanları paklıq və təqvaya də’vət edirlər. Onlar tövhid və fəzilət bayraqdarıdırlar. Onlar ilahi tə’lim yolu ilə insanlara ən pis çirkinlik olan şirk və küfrdən nicat yolunu göstərir, onları günah və ətalətdən azad edirlər. «Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər». («Cumuə» 2). Bu ayə peyğəmbərlərin ali məqsədini gözəl işıqlandırır. Belə tə’birlər Qur’anda çoxdur. Daha bir ayə: «Sənə səmavi bir kitab nazil etdik ki, xalqı qaranlıqdan nura çıxarasan» («İbrahim» 1). Dinin gəlişində məqsəd budur ki, insanlara nuarniyyət bağışlansın və onların fitri iste’dadları çiçəklənsin.
2-Son xəbərdarlıq (itmame höccət)
Peyğəmbərlərin digər bir məqsədi insanlara son xəbərdarlıqdır. Çünki insanın sonu iki ünvandır: Səadət və bədbəxtlik. Ya «rəhmət, gözəl ruzi və cənnət gözləyir» («Vaqeə» 89), ya da «ona qaynar su ziyafəti veriləcək» («Vaqeə» 93). Sözün qısası, insan nəhayətdə ya mükafat, ya da cəza almalıdırsa, son xəbərdarlıq etmədən cəzalandırmaq ağıl və hikmətə uyğun deyildir. Əvvəlcə, doğru yol göstərilməlidir. Əgər bir şəxs bu göstərişdən sonra əyri yola qədəm atarsa və ilahi qəzəblə üzləşərsə, Allaha qarşı sözü ola bilməz. «Biz peyğəmbər göndərib, vəhyi çatdırmadan günahkarları cəzalandırmarıq» «İsra» 15). Batil həqiqətdən seçilməlidir. Mə’lum olmalıdır ki, bir şəxs əyri yolu seçirsə, səbəb öz inadıdır. «Həqiqət yolu əyri yoldan tam seçilmişdir» («Bəqərə» 256).
Bu göstərişlərin məqsədi odur ki, cəza günü Allaha qarşı bəhanə olmasın. İlahi peyğəmbərlərin gəlişi ilə insanlara deyiləcək söz sona yetir. Peyğəmbərlər hidayət məş’əlçisidirlər. Onların də’vətinə məhəl qoymayan şəxs cəzalanacaq və o şəxs özünə zülm etmişdir. Allah kimsəyə zülm etməz. Günahkarlar özləri-özlərini cəzalandırırlar. «Allah onlara zülm etmir, özləri-özlərinə zülm edirlər» («Nəhl» 33). Beləcə son xəbərdarlıq peyğəmbərliyin səbəblərindəndir.
Dostları ilə paylaş: |