Alqi-satqi müqaviləSİ №20 Hazırkı Alqı-satqı müqaviləsi bundan sonra “Müqavilə



Yüklə 35,86 Kb.
səhifə4/7
tarix22.08.2023
ölçüsü35,86 Kb.
#128730
1   2   3   4   5   6   7
OnlineSatishMuqavilesi

Reklam və Xidmətlər


6.1 Satıcı öz mülahizəsinə əsasən Alıcının təşkil etdiyi Reklam Tədbirlərində (Reklam Materiallarına Malların daxil edilməsi və reklam edilməsi, yeni Mağazaların açılışı tədbirlərində iştirak, reklam kompaniyaları və bu kompaniyalarda iştirak deməkdir) iştirak edə bilər və Alıcı da bu cür Reklam Tədbirində iştirak üçün Satıcıya uyğun şərait yaratmalıdır.
6.2 Satıcı təqdim etdiyi çeşidlərdən hər hansı Malı Reklam Materialına (Alıcı tərəfindən tərtib edilən və malların və xidmətlərin reklamını, Müştərilərə bonusların təklifi və sair kimi məlumatları özündə əks etdirən jurnallar, video və audio materiallar, plakatlar və digər oxşar materiallar) daxil etmək hüquqi vardır və Alıcı da bu cür Reklam Materiallarında iştirak üçün Satıcıya uyğun şərait yaratmalıdır.
6.3 Satıcın Reklam Tədbirlərində və Reklam Materiallarında iştirakı ilə bağlı həmçinin ödənişlərin edilməsi üçün təhvil-təslim aktları və qanunvericilik ilə nəzərdə tutulan digər sənədlərlə rəsmiləşdirilə və (və ya) təsdiq edilməlidir.
6.4 Bu maddədə göstərilən Reklam Tədbirləri və Xidmətlər (Alıcı tərəfindən Malların Reklamı, daşınması və bu Müqavilə ilə əlaqəli olan Satıcıya göstərilən xidmətlər deməkdir) üçün ödənişlər Alıcı tərəfindən Satıcıya vergi hesab-fakturası təqdim edildikdən sonra Satıcı tərəfindən Alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir və ya Satıcının qərarı ilə Qiymət də daxil olmaqla, Alıcının bu Müqaviləyə uyğun olaraq Satıcıya ödəməli olduğu hər hansı məbləğ (bundan sonra “Alıcı Ödənişləri”) ilə əvəzləşdirilə bilər.
  1. Tərəflərin məsuliyyəti


7.1 Satıcı müqavilə ilə razılaşdırılmış keyfiyyətdə və kəmiyyətdə təqdim edilməmiş mallara görə Alıcı qarşısında məsuliyyət daşıyır. Satıcıdan Alıcıya keyfiyyətsiz (satışa yararsız) Mal daxil olduğu halda Satıcı həmin Malı keyfiyyətli Malla əvəz edir, bu mümkün olmadıqda, Satıcı onu geri qaytarır. Bunun ilə bağlı Satıcının məsuliyyəti tərəflər arasında müvafiq Akt tərtib edildiyi andan yaranır.
7.2 Alıcı tərəfindən kəmiyyət ilə bağlı iradlar malların təhvil təslimi zamanı keyfiyyət ilə bağlı iradlar isə mallar təhvil alındıqdan sonra 3 (üç) günü ərzində bildirilməlidir. Alıcı tərəfindən kəmiyyət ilə bağlı iradla öz təqdiqini taparasa Alıcı çatdırılmış malları qəbul etməli və tərəflərin razılışmasına əsasən həmin sayda mallar Satıcı tərəfindən təmin ediləcək.
7.3 Alıcının sifarişində göstərilən saydan artıq miqdarda Mallar göndərildikdə Alıcı müvafiq aktda çatdırılmış Malların faktiki miqdarını göstərməklə onları qəbul edə və yaxud Malların artıq hissəsinin qəbulundan imtina edə bilər. İmtina halında Satıcı Malları geri götürməlidir.
7.4 Alıcının sifarişində göstərilənlərdən fərqli Mallar göndərildikdə Alıcı həmin Malları qəbul edə və ya qəbul etməkdən imtina edə bilər.
7.5 Alıcının keyfiyyət ilə bağlı iradları olduqda Satıcının bu iradları araşdırması üçün Alıcı tərəfindən bütün şərait yaradılmalı, Satıcının nümayəndələriniə mala baxış keçirib nümumə götürmək imkanı verilməli və fikirlər arasında ziddiyət mövcud olduqda malların keyfiyyət göstəricilərinə dair müstəqil ekspertiza keçirilməlidir. Satıcı gözlə görünən qüsurları mümkün olan ən qısa zamanda düzəldilməsin təmin etməlidir.
7.6 Alıcı sifariş edilmiş Malları səbəb göstərmədən qəbul etməkdən imtina etdikdə daşıma və sifariş ilə bağlı digər bütün xərcləri və dəymiş maddi zərəri Satıcıya ödəməlidir.
7.7 Alıcı bu Müqavilənin 5.1 (v) bəndələrini pozduqda və bunun nəticəsində Alıcıya və ya onun müştərilərinə zərər dəydikdə bununla bağlı maddi məsuliyyəti daşıyır.
7.8 Alıcı bu Müqavilənin 4.1-ci maddəsində göstərilən hərəkətləri vaxtında icra etməməsi nəticəsində Müştərilər və ya hər hansı üçüncü şəxsə dəymiş ziyan və ya zərər görə müstəsna məsuliyyat daşıyır.
7.9 Aşağıdakı hallarda Satıcı Alıcıya Malın satılmasını (verilməsini) dayandıra bilər və həmin hallar aradan qaldırıldıqdan sonra Satıcı öz mülahizəsinə əsasən Malların satışını davanm etdirə bilər:

  1. Alıcı təhvil verilmiş Malın dəyərini (borcunu) müəyyənləşdirilmiş müddət ərzində ödəmədikdə;

  2. Alıcı borclarını təsdiqləməkdən imtina etdikdə, üzləşməyə şərait yaratmadıqda, bundan boyun qaçırdıqda;

  3. Alıcı birgə əməkdaşlıqdan irəli gələn sənədləri imzalamadıqda (onun təqsirindən sənədləşməni tamamlamaq mümkün olmadıqda) və (və ya) ondan qanuni olaraq tələb olunan sənədləri təqdim etmədikdə;

  4. Marketinq (malların təşviqi) məqsədləri ilə verilmiş, hədiyyə şəklində son istehlakçıya təqdim edilməli olan malları əvəzli şəkildə müştəriyə satdıqda;

  5. Alıcı Satıcıya yaxud onun əməkdaşlarına qarşı hüquqazidd və ya qeyri-etik hərəkətlər etdikdə;

  6. Müştəri tərəflər arasında olan münasibətlər çərçivəsində razılaşdırılmış vitrin, malları sərgiləmə və icarə şərtləri pozduqda;

  7. Alıcı “Satıcı” ilə əməkdaşlıq zamanı əldə etdiyi biznes, marketinq məlumatlarını (güzəştlər, qiymətlər; promosionlar və s.) üçüncü şəxslərə, xüsusilə “Satıcı” şirkətinin rəqiblərinə və ya digər müştərilərə yaydıqda.

    1. Alıcı Satıcıya olan borcun ödənişini Müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5% - i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.

    2. Alıcı müqavilənin icrası prosesində müqavilə öhdəlikləri ilə bağlı Satıcının yoxlama aparmaq səlahiyyətinə malik nümayəndələrinə yanlış məlumat

verməyə görə maddi məsuliyyət daşıyır.

  1. Yüklə 35,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin