4.1 Əgər Alıcıda elə bir qənaət olsa ki, hər hansı Malın satışı Alıcı və ya Müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin Mala dair Müştərilərdən şikayətlər Alıcıya daxil olduğu hallarda, Alıcı ən tez zamanda Malların satışını dayandırmalı, , Satıcıya məlumat verməli və Malların Malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya Malların Müştərilərdən geri alınmasını (bundan sonra “Geri Çağırma”) təşkil etməli və malların Satıcı tərəfindən geri alınmasını tələb etməlidir.
4.2 Satıcının könüllü qaydada və öz mülahizəsinə əsaslanaraq istənilən Malı Geri Cağıra bilər. Bütün Geri Cağırılan Mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhvil-qəbul aktı tərtib edilməli və Tərəflər tərəfindən imzalanmalıdır. Alıcı hər hansı bu cür sənədi imzalamaqdan imtina etsə Geri Cağırılan Mallar Satıcı tərəfindən qəbul edilməyəcək və bu cür Mallardan irəli gələn təhlükəyə görə yalnız Alıcı məsuliyyət daşıyacaq.
4.3 Alıcı sifariş etdiyi malları təhvil aldığı tarixdən sonra ən geci 1 (bir) ay ərzində geri qaytarmasını həyata keçirə bilər. Bu zaman mallar satış xassələrini itirmiş olmamalı, malların paketləməsi, satış görünüşü zədələnmiş olmamalıdır. Satıcı satış keyfiyyətləri zədələnmiş malların geri qaytarılmasını həyata keçirməmək və həmin növ mallara dair ödənişin edilməsini tələb etmək hüququna malikdir.
5.1 Tərəflər aşağıdakı şərtlərə riayət etməli və onları təmin etməlidirlər və öz əməkdaşlarının bunlara riayət etmələrini təmin etməlidirlər:
fəaliyyətlərində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək, fəaliyyətləri üçün zəruri olan bütün icazələri, təsdiqləri, sertifikatları, lisenziyaları, vergi ödəyicisnin qeydiyyatı sənədlərini və digər oxşar sənədləri əldə etməli və onların Müqavilə qüvvədə olduğu bütün müddət ərzində qüvvədə olmasını təmin etməli və müqavilə məqsədləri üçün Satıcı tələb edikdə Satıcya təqdim etməlidir,
Malların daşınması, çatdırılması, təhvili, Geri Cağırmaların geri götürülməsi və sair kimi hallarda Malların və Alıcının anbarında olan digər malların Alıcı əməkdaşları tərəfindən oğurlanmamasını təmin etməlidir və bunun üçün Alıcı məsuliyyət daşıyır,
intizamlı davranmalı, etik normalara zidd gətirəcək hərəkətlər etməməli və hər hansı birinin adına və imicinə xələl gətirəcək hər hansı digər əməllərə yol verməməlidir;
Ən azı hər təqvim ayı üçün növbəti ayın 10-dan gec olmayaraq qarşılıqlı öhdəliklərə dair üzləşmə aparmalı və üzləşmə aktı tərtib edib imzalamalıdırlar. Üzləşmə aktı imzalamaqdan imtina edilə bilməzlər. Tərəflərdən biri üzləşmə aktını imzalamaqdan yayınarsa akt onu təklif etmiş Tərəfin redaksiyasında qəbul edilmiş hesab edilir;
Alıcı hər bir çeşid mal üçün müəyyən edilmiş standartlara uyğun düzgün saxlanma və xüsusilə temperatur rejiminə əməl etməlidir;
Satıcını təmsil edən məsul şəxsin Alıcının anbarlarında həmin Malların saxlanması və qalığının miqdarı ilə tanış olmasına şərait yaratmalıdır; (vii) Malın anbarda bir həftəlik satıla biləcəyi miqdarda qalığını təmin etməlidir;
Malların daşınması üçün mütəmadi istfadə olunan tara (“Tara” və ya “Palletlər”) Satıcıya geri qaytarılmalıdır. Tara və ya Palletlər alıcı tərəfindən geri qaytarıla bilmədikdə və ya yararsız hala salındıqda Alıcı Tara” və ya “Palletlər”in dəyərini Satıcıya ödəməlidir
Satıcının tələb etdiyi sənədləri (VÖEN-şəhadətnamə, şəxsiyyət vəsiqəsi, etibarnamə, qərar, əmr, müqavilə və s.) və məlumatları (təsərrüfat subyekti kodu, digər nömrələr, kodlar, ünvan və s.) təqdim etməlidir. Burada tələb olunan sənədləri təqdim etməyən Tərəf bunun nəticəsində digər Tərəfə dəymiş zərərlə bağlı bütün məsuliyyəti daşıyır;
7.3-cü maddədə nəzərdə tutulmuş hallar baş verdikdə Alıcı əldən çıxmış fayda ilə bağlı əlavə tələb irəli sürməyəcək.
Alıcının ünvanı dəyişdikdə Alıcı Satıcıdan qəbul etdiyi mallara görə məsuldur və ünvana daşınmasını öz hesabına həyata keçirir. Alıcı ticarət fəaliyyətini tam dayandırdığı halda bu Müqavilənin 5.1-ci bəndinin “iv” yarımbəndində nəzərdə tutulmuş qaydada üzləşmə aktı tərtib ediləcək və qalığın dəyəri bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada ödəniləcəkdir və ya Satıcı öz mülahizəsinə əsasən Alıcıya təhvil verilmiş Malları Qiymətə uyğun olaraq geri təhvil ala bilər;
Bu Müqavilənin 5.1-ci bəndinin “xii” yarımbəndindəki hadisə baş verdikdə Alıcı Satıcını ən azı 30 (otuz) gün əvvəlcədən xəbərdar etməlidir; (xiii) Alıcı Satıcıya digər təchizatçılarına tətbiq edilən şəsrtlərdən daha əlverişsiz şərtlər tətbiq edə bilməz.
Satıcı Online Sifariş sistemi yaratdıqda və daimi fəaliyyətini təmin edildikdə (o cümlədən texniki şərtlərlə) Alıcını eynilşdirmə kodu və şifrə ilə təmin edir və istifadəsi üçün şərait yaradır;
Alıcı ona məxsus eynilşdirmə kodunun digər şəxslər tərəfindən istifadə edilməsinə nəzarət etməlidir. Alıcı ona məxsus eynilşdirmə kodu ilə edilmiş və müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada ləğv edilməmiş Sifarişlərə görə məsuliyyət daşıyır, Alıcı bu sifarişləri qəbul edib, ödənişi həyata keçirilməlidir. Şifrənin Alıcı tərəfindən dəyişdirilməsinə görə Satıcı məsuliyyət daşımır.
Satıcı Online Sifarişdə qeyd edilmiş malların hamısını və ya bir hissəsini öz mülahizəsinə uyğun olaraq təsdiq etməyə bilər. Satıcı bu halda Online Sifariş verildikdən sonra 48 saat ərzində Alıcını bu barədə xəbərdar etməlidir.
Alıcı Bu Müqavilədə qeyd edilən bank hesabı, ünvan, şəxsiyyət vəsiqəsi və digər rekvizitlərindəki dəyişiklikləri vaxtında, lakin belə dəyişikliyin baş verdiyi gündən sonrakı 5 (beş) təqvim günündən gec olamayaraq yazılı qaydada Satıcı-ya bildirmək.
Tərəflər razılaşırlar ki, Alıcı sifariş elədiyi mallara dair silinmə həyata keçirməyəcək.