Laborator müayinələr. Qandakı dəyişikliklər prosesin ağırlığından asılıdır. Hemoliz kompensasiya olunarsa hemoqlobinin səviyyəsi normal qalır. Lakin çox aşağı səviyyədə olması da istisna edilmir. Anemiya normositar, normoxrom olur. Makrositoz, retikulositoz, polixromatofiliya, anizositoz, poykilositoz müşahidə edilir. Eritrositlərin poykilositozu xarakter əlamətlərdəndir-şizosit, sferosit, exinosit, “quyruqlu” eritrositlər, trianqulyar hüceyrələr aşkar olunur. Bəzən eritrositlərin hipoxromiyası yaranır və eritrositlərdə hemoqlobinin orta tutumu (MCH) azalır. Eritrositlərin orta həcmi də (MCV) azala bilər. Bu dəmirin uzun müddət sidiklə itirilməsi ilə əlaqədardır. Leykosit və trombositlərinin miqdarında dəyişiklik olmur. Sümük iliyində eritroid hiperplaziya yaranır.
Zərdabda bilirubinvə plazmada hemoqlobinaz miqdarda artır. Qaptoqlobulin azalır, laktatdehidrogenazanın xüsusən izoenzim LDG akivliyi artır. Ağır hemoliz zamanı xəstələrdə hemosiderinuriya, hemoqlobinuriya yaranır. Kəskinləşmə dövründə sidiyin tərkibində hemoqlobin olduğuna görə rəngi qara və ya qırmızı olur. Sidikdə çox miqdarda zülal olur.
Diaqnoz. Anamnez və damar daxili hemolizin əlamətlərinə əsaslanır. Qan yaxmasında çoxlu miqdarda eritrosit fraqmentləri, şizositlər aşkar olunur.
Müalicə. Ağır dərəcəli anemiya və laktatdehidrogenaza izoenzimin aktivliyinin artması klapanın funksiyasının pozulmasını göstərir. Bu xəstəni təkrar əməliyyat edərək klapanın dəyişdiriməsinə göstərişdir. Ağır hemoliz zamanı simptomatik müalicə aparılır. Bəzən parçalanmış eritrositlərin antigenlərinin təsirindən orqanizm daima sensibilizasiya olur və sonradan autoimmun hemolitik anemiya yaranır. Bu zaman qlükokortikoid preparatlardan istifadə olunur. Eritrosit kütləsinin əməliyyatdan əvvəl köçürülməsi hemolizi azaldır.
Yüngül anemiya zamanı eritropoezi aktivləndirmək kifayətdir. Bu məqsədlə dəmir preparatları, fol turşusu təyin edilir.
Ağır anemiyalı xəstədə ürək klapanlarını dəyişmək mümkün deyilsə anaprilin (ürək klapanlarının səthinə eritrositlərin yapışmasının qarşısın alır), rekombinant EPO təyin etmək məsləhətdir.
Dostları ilə paylaş: |