yaranan hemolitik anemiyalar Eritrositlərin fraqmentasiya sindromu hüceyrənin mexaniki travmalar nəticəsində vaxtından əvvəl zədələnməsidir. Eritrositlərin fraqmentasiyası çoxsaylı patoloji proseslər zamanı yaranır.
Ürək və iri damarların patologiyası; süni ürək klapanları, autoloji valvoplastika, əməliyyat olunmamış ürək qüsurları
Kiçik damarların patologiyası; hemolitiko-uremik sindrom, trombotik trombositopenik purpura
Dessiminə olunmuş karsinoma; mədə, süd vəzi, ağ ciyər, mədəaltı vəz və s.
Kimyaterapevtik preparatlar: mitomisin C, sisplatin, bleomisin, sitozarla kombinə olunmuş daunorubisin
Generalizə olunmuş vaskulit, qırmızı qurd eşənəyi, kəskin qlomerulonefrit, sklerodermiya, Veqener qranulematozu, sistem amiloidozu
Hemangioma
Orqan transplantasiyası
Ürək damar və klapanlarının protezlənməsindən sonra yaranan mexaniki hemolitik anemiya. Ürək əməliyyatından sonra bəzi xəstələrdə müxtəlif dərəcəli anemiya yaranmağa başlayır. Eritrositlərin fraqmentasiyası daha çox ağır aortal qüsurlarda və bəzən də mitral klapan patologiyasındaaşkar olunur.
Hemodinamiki defekt-klapan protezində və ya onun ətrafında requrqitasiya olduqda
Anemiya əməliyyatdan sonrakı 1-ci sutkada, yaxud bir neçə gün və ya həftədən sonra yaranır. Hemolizin intensivliyi gizli formadan başlamış ağır kəskin hemolitik anemiyaya qədər inkişaf edir. Hemoliz ürək funksiyasının pozulması fonunda inkişaf edir və bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır.