Differensial diaqnoz. Differensiasiya ilk növbədə B12 vitamini defisiti ilə aparılır. Fol turşusu defisiti adətən uşaqlarda, hamilə qadınlarda, qıcolma əleyhinə preparatlar qəbul edən şəxslərdə, alkoqoldan asılı insanlarda müşahidə olunur. B12 vitamini defisitinə isə böyüklərdə, qocalarda rast gəlinir. Mədənin selikli qışasının atrofiyası, bəzən funikulyar mieloz müşahidə olunur ki, bu əlamətlər də fol turşusu defisiti üçün xarakter deyildir. B12 vitaminin, fol turşusunun qan zərdabında təyini, eritrositlərdə fol turşusunun miqdarı, qan zərdabında, sidikdə metilmalon turşusunun müayinəsi, nişanlanmış B12 vitaminin sorulmasının tədqiqi differensial diaqnoza kömək edir.
Eritrositlərin makrositozu, eritrositlərdə hemoq-lobinin orta səviyyəsinin artması ilə müşayət olunun bir sıra xəstəliklərlə də differensiasiya aparılmalıdır.
Müalicə. Müalicə fol turşusu preparatı (5-15 mq/sutka dozada) ilə aparılır. Adətən parenteral yeridilmə üsulundan istifadəyə ehtiyac qalmır. Müalicənin müddəti 1 aya qədərdir. Hamiləlik və laktasiya zamanı 5 mq, eritropoez normallaşdıqdan sonra isə sutkada 1 mq-a qədər azaltmaq olar. Müalicə hemoqramma göstəricilərini nəzarətdə saxlamaq şərti ilə aparılır. Fol defisitini yaradan səbəbi aradan qaldırmaq mümkün olmadıqda, o zaman mütəmadi olaraq profilaktik mualicə kursu aparılmalıdır.
Profilaktika. Hamilə qadınlarda, xüsusən irsi və ya qazanılma forma hemolitik anemiyalarda, talassemiya xəstələrində, qısa fasilələrlə hamilə olan və doğan qadınlarda 5 mq dozadan çox olmamaqla profilaktika aparılmalıdır. Düzgün aparılmış müalicə və ya profilaktika nəticəsində residivlər qeyd olunmur və proqnoz yaxşıdır.
Fol turşusu preparatı həmçinin qastroektomiya, həzm traktı və hepatobiliar zonanın xəstəlikləri zamanı, qlossit, balanslaşdırılmamış qidalanmada, hemodializ xəstələrində, uzunmüddətli stresslərdə, ağrıkəsici, estrogen qəbulu zamanı, yenidoğulmuşlarda çəki problemi və s. (1500 qramdan az) olduqda da təyin oluna bilər.
Dostları ilə paylaş: |