İrsi stomatositoz
İrsi stomatositoz autosom-dominanat yolla irsə verilən xəstəlikdir. Xəstəlik eritrositlərin membran zülallarının defekti nəticəsində yaranan hemolitik anemiya ilə müşayət olunur.
İrsi stomatositoz zamanı eritosit membranının keçiriciliyi kationlar üçün artır. Eritrositlərin tərkibində natrium artır. Kalium cüzi azalır, kationların ümumi miqdarı isə artır. Na ionlarının artması eritrositlərin daxilində suyun toplanmasına və onların formasının dəyişməsinə, deformasiya olunmaq qabiliyyətinin azalmasına səbəb olur. Eritrositlərin mərkəzində «işıqlı zolaq» əmələ gəlir və onların quruluşu gülümsəyən ağız formasına bənzəyir. Ona görə də tədqiqatçılar bu huceyrələri stomatosit adlandırdılar. “Stomatos” yunan dilində ağız deməkdir. Tərkibində maye artdığı üçün bu hüceyrələri hidrositlər də adlandırırlar.
V.B. Lande et al. (1982) müəyyən etdilər ki, stomatositozda 7.2 zülal fraksiyası və ya stomatin olmur.Sonrakı tədqiqatlarda məlum oldu ki, bütün stomatositozlu xəstələrdə 7.2 zülal fraksiyasının defisiti olmur. Bu sahədə tədqiqatlar davam edir.(А. И. Воробьев).
İrsi kserositoz nadir xəstəlik olub, autosom-dominant yolla irsə verilir. Ksero-yunanca quru deməkdir. Kserositoz zamanı eritrositlər quru olurlar, yəni tərkibində suyun miqdarı az olur. Bu formanı eyni zamanda dessikositoz da adlandırırlar.
Eritrositlərin membran keçiriciliyi kali ionlarına qarşı artır. Na ionları eritrositlərə daxil ola bilmir. Normadan 20% artıq kalium ionlarının itirilməsi kationların azalmasına, bu da son nəticədə eritrositlərdə suyun itirilməsinə səbəb olur. Kserositozda eritrositlərin struktur defekti 16-cı xromosomda yerləşir, molekulyar defekt isə hələ aşkar olunmayıb.
Klinika. İrsi kserositozda xəstəlik çox zaman yüngül gedişatlı olur. Sklera saralir, dalaq böyüyür, bəzən öd kisəsində daş əmələ gəlir. Hamilə qadınlarda uşaq salma halları da olur.
Eritrositlərdə mayenin çoxluğu ilə gedən irsi stomatositlərdə xəstəlik daha ağır keçir. Anemiya yüngül formadan ağır formaya qədər inkişaf edir. Kəskin sarılıq olur. Xəstələrin çoxunda müşahidə edilən öd daşı xəstəliyi klinikanın ağırlaşmasına səbəb olur. Splenomeqaliya yaranır.
Dostları ilə paylaş: |