Klinika. Xəstəlik cox zaman gizli başlayır. Şikayətlər zəiflik, halsızlıq, baş gicəllənmədən olur, sklera sarımtıl rəng alır.
Bəzən də xəstəlik kəskin başlayır. Bu kəskinləşməni xəstəliyin başlanğıcı hesab etmək olar. Hemoqlobinuriya nadir halda xəstəliyin ilk əlaməti olur. Əsas şıkayətlər baş ağrıları, qarın və bel nahiyəsində, döş sümüyünün arxasında olan ağrılardır. Dəri və selikli qişalar avazıyir, sarılıq olur (tund bronz rəngi). Xəstələrin coxundaartıq çəki və üzün şişkinliyi müşahidə edilir.
Qarında ağrıların lokalizasiyası müxtəlif olur və çox zaman qusma da müşahidə edilir. Ağrıların səbəbi kiçik mezenterial damarların trombozudur. Bəzən kəskin appendisit, od daşı xəstəliyi və ya mədənin deşilmiş xorası diaqnozu ilə xəstə əməliyyat oluna bilər. Xəstələrin çoxunda hepato-splenomeqaliya müşahidə edilir.
Bəzi xəstələrdə isə udqunma cətinləşir və eyni zamanda ağrılı olur. Bu əlamət səhərlər daha cox qabarıq nəzərə çarpır və gün ərzində azalır.
Tromboflebitə 12% halda rast gəlinir. Daha cox baldirin dərin venalarında tromb yaranır ki, bu da bəzən ağ ciyər arteriyasının emboliyasi ilə nəticələnir (hipertenziya, mikrosirkulyasiyanin pozulması). Böyrək, nadir halda baş beyin damarlarinda da tromboz yaranır.
Xəstələrdə böyrək venalarının və ya aşağı boş venanın trombozu (Baddi-Kiari sindromu) yaranır, müsariqə damarlarında və portal sistemdə mikrosirkulyasiya pozulur. Qusma, qarında ağrılar, müxtəlif dərəcəli assit, qara ciyər catışmazlığı, varikoz genişlənmələr olur.
Trombozla fəsadlaşmanin patogenezinin əsasında eritrosit və trombositlərin parçalanması zamanı qan lax-talanma faktorlarının aktivlənməsi durur. Xüsusən retikulositlər daha çox parçalanırlar və onlarda da laxtalanma faktorlarinin miqdarı çoxdur. Digər hemolitik anemiyalardan fərqli olaraq trombozla ağırlaşmaların rastgəlmə tezliyinin yüksək olması bununla izah edilir.
Paroksizmal gecə hemoqlobinuriyası zamanı qanaxmalar olur. Bunun səbəbi trombositopeniya və (və ya) yemək borusunun varikoz genişlənmələridir. Xəstələrdə hamiləlik abort və tromboemboliya ilə nəticələnir.
Hemoqlobinuriya kriz şəklində davam edərsə, böyrək funksiyaları da pozula bilər (yumaqcıq filtrasiyasının pozulması, hipostenuriya, hipertenziya, kəskin və xroniki böyrək çatışmazlığı). Xəstəliyin əsas əlamətlərindən biri də sidiyin tündləşməsi ilə gedən hemoqlobinuriyadır. Bu əlamət səhər və axşam müşahidə edilir. Gündüz porsiyalarında isə sidiyin rəngi açiq olur.
10% xəstələrdə ölumun səbəbi bakterial infeksiyalardır. Bu neytropeniya və neytrofillərin funksiyasının pozulması ilə əlaqədardır. Bəzən uzun müddətli spontan remissiya yaranır.
Dostları ilə paylaş: |