Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə107/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   129
Epidemiologiya. Paroksizmal gecə hemoqlobinuri­ya­sı­nadir xəstəliklər qru­pu­na aiddir. Rastgəlmə tezliyi 500 000:1 nisbətindədir. Xəstəlik 30-40 yaşlarında diaq­­­­­noz olunur. Qa­dın­larda kişilərə nisbətən rastgəlmə tezliyi 1,2:1 nis­­­­­bətin­də­dir. 25% halda qadınlarda xəstəlik hamiləlik döv­­­­ründə aşkar edilir, abort və tromboz emboliyaları ilə fəsadlaşır.

Etiopatogenez. Patoloji klonun yaranmasinin səbəbi X xromosomunda yer­lə­şən PİG-A (Glycosyl phosphatidyli-nozitolglycan complementation group A) ge­nin­də yaranan mu­ta­siyadır. Bu mutasiya nəticəsində hüceyrənin memb­ranında olan pro­­­teinlər üçün (CD59, CD58, CD14, CD16 və s.) qlikozilfosfatidilinozitol (GPİ) “löv­bərinin“ sintezi pozu­lur. Bu proteinlər is öz növbəsində komplementin kom­po­nent­lərinin aktivliyini zəiflədir. Komplementin aktivliyini zəif­lə­dən proteinlərin eks­pre­ssiyası azaldığı üçün hü­cey­rənin komplementə həssaslığı da artır. Nəticədə erit­ro­sit, trombosit və neytrofillərdə komplementə qarşı anomal həssaslıq yaranır. Erit­ro­sit­lə­rin antitel-antigen və he­mo­li­zin­lə­rə də qarşı həs­saslığı artır. Eritrosit, trombosit və ley­ko­sitlərin səthində ən həssas metodlarla be­­lə immunoqlo-bulinlərin fiksasiya olun­du­ğu­nu tapmaq mümkün olmadığı ücün paroksizmal gecə hemoqlobinuriyası xəs­tə­li­yi auto­immun xəstəliklər qrupuna aid edilmir. Normal eritrositlərin səthində yerləşən bir neçə zü­­lal komplementin bu hüceyrələri lizisə uğratmasına imkan vermir.

1. DAF faktor (decay accelerating factor) -parçalanmanı sürətləndirən faktor. Əgər komplement eritrositlərin səthinə çökürsə, bu faktor komplementin par­­ça­lan­ma­sı­nı sürətlən­di­rir.

2. MİRL faktor (membrane inhibitor of reactive lysis)-eritrositlərin reaktiv li­zi­si­ni inhibasiya edir.

GPİ (qlükozil-fosfatidilinozit) molekulasinin sinte-sində 9 ferment iştirak edir. Paroksizmal gecə hemoqlobinuriyası xəs­tə­liyində isə bu fermentlərdən birini kod­­laşdıran gendə mutasiya yaranır. Bu gen PİG-A adlanır. X xromosomunda yer­­lə­­­şən bu genin somatik mutasiyası baş verir. Bu defekt trombosit və neytrofillərdə də olur. Nəticədə PİG sintezi pozul­duğu üçün hüceyrələrin səthində komplementin ak­tiv­liyini zəiflədən zülal və faktorlar olmur, eritrosit, trombosit və neytrofillər lizisə uğ­rayır.

Komplementə olan həssaslığa görə eritrositlər bir-birindən fərqlənir və üç populyasiyada aşkar olunurlar;

PGH I tip-eritrositlərin komplementə reaksiyası normal­dır.

PGH II tip–eritrosirlərin komplementə həssaslığı yün­gül dərəcədə artır. No­r­ma­­­dan 3-5 dəfə artıq olur.

PGH III tip-eritrositlərin komplementə həssaslığı 15-25 dəfə artır.

70-80% xəstələrdə qarışıq tip eritrositlər olur (I, III).7-10% hal­da I və II tipərastgəlinir. 10% xəstələrdə hər üç tipə past gəlinir. Çox nadir halda po­pu­l­ya­si­­ya an­caq II tip eritro­sit­lər olur.

Paroksizmal gecə hemoqlobinuriyasında hemoliz damar daxilində gedir. Sər­bəst hemoqlobin zərdab zülalı ilə-qap­toq­lobulin və beta-qlobulin hemopeksin ilə birləşir. Bu kompleks isə re­ti­ku­lo­en­do­te­l sistemdə parçalanır. Hemoliz davam et­dikcə qap­to­qlobulinin və hemopeksinin bir­ləşdirici qabiliyyəti tükənir, met­he­mal­bu­min əmələ gə­lir.

Eritrositlərin kütləvi parçalanması zamanı xaric olan çox miqdarda dəmir və he­mo­q­­lo­bin retikuloendotel sistemi tərəfindən tutula bilmir, nəticədə he­moq­lo­bi­nu­ri­ya və he­mo­si­de­ri­nu­riya yaranır. Neytrofillər də komplementin litik təsirinə həssasdırlar. On­­­ların yaşama müddəti azal­mır, lakin hemotak­sis, miqrasiya, faqositoz, bakterisid ki­­­miəsas funksiyaları zəif­ləyir. Xəstələrdə neytropeniya sümük iliyinin hipoplazi­yası ilə əlaqədardır.

50% xəstələrin trombositlərinə komplementin aktivləş­məsi zamanı normadan ar­tıq C3 fiksasiya olunur. C3 fiksasi­yası trombositlərin aqreqasiyasını artırır və trom­bo­­embolik fəsadlarla nəticələnir.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin