Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə31/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   129
Yayılması: Xəstəlik yer kürəsində geniş, lakin qeyri-bə­ra­bər yayılıb. 400 mil­yo­na qədər insan bu xəstəlikdən əziy­yət çəkir. Mər­kəzi və Qərbi Afrikada kişi əha­lisi ara­­sında 15-26% rast gəlinir. Aralıq də­nizi sahillərində yerləşən ölkə­-lərdə-İta­liya və Yu­­na­nıstanda geniş yayılmışdır. Yu­na­nıs­tan və Sardiniyanın bəzi yaşayış mən­tə­qə­lə­rin­də 35%, İran və İraq­da 9,9%, Səudiyyə Ərəbistanında 4-13%, Ma­ca­rıs­tanda 2,7% ki­şilər he­­mioziqotdurlar. Türkiyədə 0,5% kişilər pato­loji genin da­şı­yı­cılarıdırlar.Av­ro­panın şi­ma­lında cox azdır-1:10000 nisbətindədir. Rusiyanın cənub bölgəsində 2% tə­­sa­düf edilir. Ən çox İzraildə kürd yəhudiləri arasında yayılıb (62%). Azər­bay­can­­da 9,9%, cənub bölgəsində isə 25% kişi əhali sipatoloji genin daşı­yı­cıları­dır­lar. Da­ğıs­tan­da dağ yəhudiləri, tatlar arasında aşkar olunub. Özbəklər (2,75%), ta­cik­lər (1,98%), bu­xara yəhüdiləri (4,8%) arasında da xəstəlik yayılıb. Hindistan, Vyet­nam, Çin­də çox yayılıb. Yaponiyada, qazax və karakalpaklarda isə aşkar olunmayıb.

Tədqiqatlar göstərir ki, Q-6-FD çatışmazlığına (purivat­kinaza, qlütation re­duk­ta­za) mal­­yariya zonalarında daha çox təsadüf edilir. Mövcud hipotezələrə görə Q-6-FD de­­­fi­siti olan insanlar tropik malyariyadan az hallarda tələf olurdular.Belə hal Q-6-FD de­­fi­sitli eritrositlərin həmin parazitlərə qarşı re­zistent­liyi ilə izah edilir. Bu isə po­pul­ya­­si­ya­da xəstə insan­ların toplanması ilə nəticələnib. Bəzi müəlliflər gös­tərirlər ki, Q-6-FD defisiti olan insanlarda pa­ra­zi­tin inkişafı üçün bərpa olunan qlü­tationun miqdarı az ol­duğuna görə parazitin zülal sintezi pozulur və artıb çoxala bil­mir. Bun­dan başqa Q-6-FD defisitli eritrositlərin parazitə dözümlülüyü olmadığı ücün onlarfa­qositoz pro­sesinə daha tez uğrayırlar.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin