Hemoqlobin tipləri
|
Tərkibi
|
% miqdarı
|
A (əsas)
|
α2 β2
|
96-97%
|
A2 (minor)
|
α2 δ2
|
2,5-3,5%
|
F (Fetal)
|
α2 γ2
|
0,5-1%
|
Cower 1
|
τ 2 ε2
|
embrional hemoqlobin
|
Cower 2
|
α2 ε2
|
embrional hemoqlobin
|
Portland
|
ς2 γ2
|
embrional hemoqlobin
|
Bütün hemoqlobinlərdə hemin quruluşu eynidir, lakin onlar bir-birindən qlobində olan amin turşuların tərkibinə görə fərqlənirlər. Hemoqlobinin α zəncirinin tərkibində 141 amin turşu, β, γ və δ zəncirində isə 146 amin turşu var. α və τ (dzeta) zəncirin kodlaşdıran gen 16-cı xromosomda, ε, β, γ, δ zəncirini kodlaşdıran gen isə 11-ci xromosomda yerləşir.
Uşaq doğulandan sonra fetal hemoqlobin A hemoqlobinlə əvəz olunmağa başlayır. 4-6-cı ayda fetal hemoqlobinin səviyyəsi azalaraq norma həddinə çatır.
Sağlam insanda 1 sutka ərzində 5 milyona yaxın eritrosit parçalanır. Sutka ərzində isə 360 milyard eritrosit faqositoz prosesinə uğrayır. Eritrositlərin 80-90% hüceyrə daxili mexanizmlə, 10-20% isə damar daxili mexanizmlə parçalanır. Eritrositlərin parçalanmasının əsas yolu eritrofaqositoz prosesidir. Dalaq, qara ciyər, sümük iliyinin makrofaqlarında eritrositlər tərkib hissələrə-lipidlərə, zülallara və qlobinə ayrılır. Hemin fermentativ parçalanması nəticəsində dəmir ayrılır və yenidən istifadə olunur.
Dostları ilə paylaş: |