Aqrar bazarin formalaşmasi və İNKİŞaf xüsusiYYƏTLƏRİ fənni üzrə İŞÇİ TƏDRİs proqrami



Yüklə 0,5 Mb.
səhifə5/6
tarix14.01.2017
ölçüsü0,5 Mb.
#100
1   2   3   4   5   6

ƏDƏBİYYAT VƏ MATERİALLAR:
1. Azərbaycan Respublikası Prezidenti İ.H.Əİiyevin aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 23 oktyabr 2004-cü ilə tarixli sərəncamı

2. Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 23 oktyabr 2004-cü il tarixli sərəncamı

3. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı (2004-2008-ci illər)

4. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı. 10 avqust 2000-ci il

5. Aqrar islahatların əsasları haqqında Azərbaycan Respublikasının Qanunu. 1995-ci il

6. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı. 21 iyul 1995-ci il

7. «İcarə haqqında» Azərbaycan Respublikası qanunu. 30 may 1992-ci il

8. «Kəndli (fermer) təsərrüfatları haqqında» Azərbaycan Respublikasının qanunu. 8 may 1992-ci il

9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 9 noyabr 1991-ci il

10. Beynəlxalq Əmək Təşkilatı. Konvensiya və tövsiyyələr. Bakı, 1996.

11. Qasımov Ə.C. - Kəndli (fermer) təsərrüfatlarının sosial-iqtisadi əsasları. Bakı, 1997-ci il.

12. A.İ.Məmmədov - Kənd təsərrüfatının iqtisadiyyatı. Bakı, 1992-ci il.

13. P.Ş.Şəkərəliyev - Bazar iqtisadiyyatı şəraitində xidmət sahələrinin inkişafı. Bakı, 1993-cü il.

14. B.Hopyзов – Coциально-бытовая инфраструктура Азербайджана. Baкy, 1990.

15. Coциально-экономические проблемы развития АПК. Mocква, 1990.

16. Coциально-экономические проблемы регионального АПК. Москва, 1990.

17. Социально-экономические факторы развития АПК. Москва, 1990

18. Н.В.Циркону – Общее и особенное развитие социальной инфраструктуры сельского региона в условиях АПК. Москва, 1990

19. Красовский В.П. и др. – Экономические проблемы инфраструктуры. Москва, 1981

20. Красовский А.П. и др. – Инфраструктура и интенсификация экономики. Москва, 1980

21. Сельское хозяйство США. 1995

Hazırladı: dos. V.M.Xəlilov İmza: Tarix:


Azərbaycan Dövlət İqtisad Universiteti
Dünya ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________






FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:

FƏNNİN TƏDRİS SEMESTRİ:

FƏNNİN KREDİTİ:

FƏNNİN TƏDRİS FORMASI:

FƏNNİN TƏDRİS DİLİ:

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:

E-MAİL:

0125

Məcburi


Payız

4

Əyani, qiyabi



Azərbaycan dili
i.e.n., b/m. N.K.Eyvazova

012 564 40 07

kaf_01@aseu.az



PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.


KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.


KURSUN TƏSVİRİ:

Dünya ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə fənni dünya təsərrüfat sisteminin yaranması, bu sistemdə ayrı-ayrı ölkələrin tutduqları mövqe, tələb və təklif nəticəsində dövlətlərin kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması, təsərrüfat formalarının xüsusiyyətlərini öyrənməklə bərabər, dövlətlər arasında aparılan idxal-ixrac əməliyyatlarını, dünyada və ölkələr arasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri tədris edir. Bununla yanaşı dünya miqyasında aqrar-sənaye məhsullarının topdansatışı ilə məşğul olan regional və dünya bazar sitemi, beynəlxalq aləmdə əmtəə, əmək və kapital bazarı ilə, aqrar bazara xidmət göstərən banklar, birliklər beynəlxalq assosiasiyaların iş təcrübəsini, fəaliyyət sferasını öyrənə biləcəklər.


KURSUN MƏQSƏDİ:

Fənni mənimsəməklətəhsil alan tələbələr dünya ərzaq təhlükəsizliyinin mahiyyətini, beynəlmilər dəyər və dünya qiymətlərinin tərtib edilməsi xüsusiyyətlərini, tələb və təklif əsasında ayrı-ayrı ərzaq məhsulları üzrə dünya bazarının yaranmasına nail ola bilərlər.

Bütünlükdə fənn tələblərə dünya təsərrüfat sistemində aqrar bölmənin rolunu, iqtisadi əlaqələrin ərzaq təhlükəsizliyi sahəsində, beynəlxalq müqavilələrin tərtibedilməsi kimi məsələlərin mənimsənilməsində kömək etməyi nəzərdə tutur.

KURSUN NƏTİCƏLƏRİ:

Bu fənni bitirdikdən snra tələbə dünya ərzaq təhlükəsizliyi ilə bağlı problemi, onu doğuran səbəbləri araşdırmaqla bu istiqamətdə öz mülahizələrini təklif formasında verə biləcəkdir. Eyni zamanda dünya səviyyəsində ərzaq məhsulları istehsalının artırılması, bu məhsullara təlabatın düzgün müəyyən edilməsi imkanını əldə edəcəkdir.



FƏNNİN MÖVZULARI:

  1. Ərzaq təhlükəsizliyi anlayışı, mahiyyəti, məzmunu, onu müəyyənləşdirməyin və həllinin elmi-nəzəri əsasları

  2. Dünya təsərrüfat sistemi və ərzaq təhlükəsizliyi

  3. Ərzaq problemi və ərzaq təhlükəsizliyinin milli və qlobal çətinlikləri

  4. Müasir şəraitdə ərzaq bazarının tənzimlənməsi istiqamətləri

  5. İnkişaf etmiş ölkələrin kənd təsərrüfatının iqtisadiyyatı və ərzaq təhlükəsizliyi

  6. İnkişafda olan ölkələrdə aqrar sahənin iqtisadiyyatı və ərzaq təhlükəsizliyi.

  7. Avropa birliyi ölkələrində ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə.

  8. Afrika ölkələrində kənd təsərrüfatının iqtisadiyyatı.

  9. Latın Amerikası ölkələrində ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə.

  10. Avstraliya və Okean ölkələrinin sahəsində ərzaq təhlükəsizliyi təcrübəsi

  11. Keçmiş sosialist sisteminə daxil olan ölkələrdə ərzaq təhlükəsizliyi istiqamətində həyata keçirilən tədbirlər.

  12. Müasir dövrdə beynəlxalq iqtisadi əlaqələr və ərzaq təhlükəsizliyi.

  13. Beynəlxalq ticarət əlaqələri, valyuta sistemi və ərzaq təhlükəsizliyi.

  14. Dünya bazarında əmtəələrin hərəkətinin tənzimlənməsi və ərzaq təhlükəsizliyi.

  15. Dünya ərzaq təhlükəsizliyi və Azərbaycan iqtisadiyyatı



FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ

Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunələri, testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.

Virtual Univeritetin ünvanı: vu.aseu.az

Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.


QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər

O cümlədən:



10 baldərsə davamiyyət

10 bal – sərbəst iş

30 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə q/b yazılsa da, 0 (sıfır) bal kimi hesablanacaq.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir.


Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtaha qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71-80

D – “Kafi” – 61-70

E – “Qənaətbəxş” – 51-60

F – “Qeyri-kafi” – 51 baldan aşağı

SƏRBƏST İŞ:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, şrift 12, həcmi 1-2 səhifəolmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.


SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİNİN TARİXİ




Mövzular

Son tarix

1

Dünya təsərrüfat sistemi və ərzaq təhlükəsizliyi

IV həftə

2

Ərzaq problemi və ərzaq təhlükəsizliyinin milli və qlobal çətinlikləri

V həftə

3

Müasir şəraitdə ərzaq bazarının tənzimlənməsi istiqamətləri

VI həftə

4

İnkişaf etmiş ölkələrin kənd təsərrüfatının iqtisadiyyatı və ərzaq təhlükəsizliyi

VII həftə

5

Avropa birliyi ölkələrində ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə

VIII həftə

6

Müasir dövrdə beynəlxalq iqtisadi əlaqələr və ərzaq təhlükəsizliyi

IX həftə

7

Beynəlxalq ticarət əlaqələri, valyuta sistemi və ərzaq təhlükəsizliyi

X həftə

8

Dünya bazarında əmtəələrin hərəkətinin tənzimlənməsi və ərzaq təhlükəsizliyi

XI həftə

9

Dünya ərzaq təhlükəsizliyi və Azərbaycan iqtisadiyyatı

XII həftə

10

İnkişafda olan ölkələrdə aqrar sahənin iqtisadiyyatı və ərzaq təhlükəsizliyi

XIII həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.

Sərbəst işlərin nəticələri jurnala yazılır.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:


  1. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” - Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı

  2. Abbasov Anar – Ərzaq təhlükəsizliyi, “Nasir” nəşriyatı, Bakı 2007

  3. Xəlilov H.A. – Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi qloballaşma amilləri, Bakı 2001

  4. Ataşov B.X. – Ərzaq təhlükəsizliyinin aktual problemləri, Bakı 2005

  5. Əliyev İ.H. – Aqrar sahənin inkişafının təkmilləşdirilməsi və regionlarda islahatların keyfiyyətcə səmərəli aparılması, Bakı 2004

  6. Balayev R.Ə. – Urbanizasiya fondlarının ərzaq problemi, Bakı 1998

  7. Meybullayev M.X. – İslam iqtisadiyyattı, Bakı 2004

  8. Salahov S.H. – Aqrar sahənin dövlət tənzimlənməsi problemləri, Bakı 2004

  9. Əliyev S.N. – Bazar münasibətləri şəraitində iqtisadi əlaqələr, Bakı 1996

  10. Verdiyev Ə, Qarayev İ. – Aqrar bazarın formalaşmasının iqtisadi problemləri, Bakı 2000

  11. Səmədzadə Z. – Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzəsi, Bakı 2001

  12. Кувшинов И.С, Горланов И.А. – Мировое сельское хозяйство, издательство «Колос», Москва 1966


KURS İŞİ:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmamışdır.


TƏCRÜBƏ:

Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmamışdır.


Hazırladı:
i.e.n., b/m. N.K.Eyvazova İmza: Tarix:


Azərbaycan Dövlət İqtisad Universiteti
REGİONAL İQTİSADİ SİYASƏT VƏ KƏNDİN SOSİAL-İQTİSADİ İNKİŞAFI

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________






FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:

FƏNNİN TƏDRİS SEMESTRİ:

FƏNNİN KREDİTİ:

FƏNNİN TƏDRİS FORMASI:

FƏNNİN TƏDRİS DİLİ:

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:
E-MAİL:

0123

Məcburi


Payız

4

Əyani, qiyabi



Azərbaycan dili
Dos. Ə.H.Hacıyev

012 564 40 07


kaf_01@aseu.az


PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.


KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.


KURSUN TƏSVİRİ:

Bu fənn Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafının sürətlənməsinin obyektiv zərurət təşkil etdiyini. Regional iqtisadi siyasətinin inkişafının nəzəri-metodoloji əsaslarını, bazar münasibətlərinin formalaşdığı şəraitdə regional bölgü prinsipinin təkmilləşdirilməsini, regional iqtisadi inkişafın səviyyəsinin müəyyən edilməsini və onun sürətləndirilməsi iqtiqamətlərinin əlaqələndirilməsini regionlarda mövcud olan təbii resurslardan səmərəli istifadəni, regionlarda bütün sahələrin və xüsusilə aqrar sferanın inkişafının sürətlənməsini və s. mühüm əhəmiyyətə malik olduğunu əhatə edir.

Məlum olduğu kimi, ölkəmizdə ümumi sosial-iqtisadi inkişaf və xüsusilə regionların sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xüsusi fikir verilir. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər, xüsusilə “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi və bunun məntiqi davamı olan “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü il Dövlət Proqramının” qəbul edilməsi regionların inkişafının sürətlənməsinə səbəb olmuşdur. Bu proqramların yerinə yetirilməsi və bununla əlaqədar qarşıda duran vəzifələrin öyrənilməsi olduqca vacibdir.
KURSUN MƏQSƏDİ:

Kursun başlıca məqsədi tələbələrə Azərbaycan Respublikasında regionlarının sosial-iqtisadi inkişafına dair həyata keçirilən tədbirlərin mahiyyətinin, nəzəri-metodoloji əsaslarını, praktiki əhəmiyyətini, ölkədə regional bölgü metodlarını, onarın müsbət və çatışmayan cəhətlərini, regionların sosial-iqtisadi inkişafının səviyyəsini, onun sürətləndirilməsi istiqamətlərini, sosial-iqtisadi yüksəlişə nail olunması məqsədi ilə regionların imkanlarını nəzəri alınmasının vacibluyini və s. izah etməkdən ibarətdir.



KURSUN NƏTİCƏLƏRİ:

Bu kursu bitirdikdən sonra tələbələr ölkənin və xüsusilə regionların sosial-iqtisadi inkişafın sürətlənməsinin obyektiv zəruri proses olduğunu tam mənimsəyəcək, region bölgüsünün inkişafını, onun prinsip və metodlarını öyrənəcək regionların inkişaf səviyyəsi arasındakı fərqləri və onun aradan qaldırılması yollarını biləcək. Azərbaycan Respublikasının regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarını mənimsəyəcək, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli, ehtiyat və imkanlardan səmərəli istifadə edilməsi istiqamətini dərk edəcəklər.


FƏNNİN MÖVZULARI:

1. Regional iqtisadi inkişaf siyasət və regionların sosial-iqtisadi inkişafı

2. Regionun mahiyyəti və müəyyən edilməsinin prinsipial əsasları

3. Regional inkişaf şəraitində regionların bölgü sistemi

4. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)

5. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

6. Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial inkişafı

7. Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının səviyyəsi

8. Regionların iqtisadi inkişafının sürətləndirilməsi

9. Regional inkişaf şəraitində kənddə əmək resursları və məşğulluq

10. Regionların iqtisadi inkişafı şəraitində əhalinin sosial müdafiəsi

11. Regional inkişaf şəraitində ASK-da investisiya

12. Regional idarəetmə və onun təkmilləşdirilməsi

FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ

Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunələri, testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.

Virtual Univeritetin ünvanı: vu.aseu.az

Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.



QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər

O cümlədən:



10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

30 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə q/b yazılsa da, 0 (sıfır) bal kimi hesablanacaq.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir.



Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtaha qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71-80

D – “Kafi” – 61-70

E – “Qənaətbəxş” – 51-60

F – “Qeyri-kafi” – 51 baldan aşağı

SƏRBƏST İŞ:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, şrift 12, həcmi 1-2 səhifəolmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.



SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİNİN TARİXİ




Mövzular

Son tarix

1

Regional inkişaf siyasətinin məqsədi və vəzifələri

IV həftə

2

Regional inkişaf və regiona bölgü sistemi

V həftə

3

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının məqsədi və vəzifələri (2004-2008-ci illər)

VI həftə

4

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının əsas istiqaməti

VII həftə

5

Bazar iqtisadiyyatı şəraitində regionların iqtisadi inkişaf səviyyəsi

VIII həftə

6

Müasir dövrdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi

IX həftə

7

Regionlarda əmək resursları və məşğulluq

X həftə

8

Müasir dövrdə regionlarda əhalinin sosial müdafiəsi

XI həftə

9

Regional inkişaf şəraitində investisiya

XII həftə

10

Regional idarəetmə və onun təkmilləşdirilməsi

XIII həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.

Sərbəst işlərin nəticələri jurnala yazılır.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:


  1. Azərbaycan Respublikasının Konstitusiyası

  2. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli fərmanı

  3. “Aqrar sektorda idarəetmənin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” AR Prezidentinin sərəncamı. 23 oktyabr 2004-cü il

  4. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci il) 12 fevral 2004

  5. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram

  6. Yoxsulluğun azaldılması və iqtisadi inkişaf haqqında AR Dövlət Proqramı. Bakı 2003

  7. Ə.C.Qasımov, H.A.İsrafilov və b. – Regionların sosial-iqtisadi inkişaf problemləri

  8. Ə.X.Nuriyev – Regional siyasət və idarəetmə. Bakı 2004

  9. Ə.X.Nuriyev – Regional idarəetmənin əsasları. Bakı 2007

  10. Ə.Qasımov – ASM-nin iqtisadiyyatı və idarə edilməsi, 2005

  11. Ə.C.Qasımov – Kənd təsərrüfatının iqtisadiyyatı, 2007

  12. Ə.Hacıyev – Aqrar- sənaye kompleksinin iqtisadiyyatı, 2006


KURS İŞİ:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmamışdır.


TƏCRÜBƏ:

Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmamışdır.




Hazırladı:

Dos. Ə.H.Hacıyev İmza: Tarix:


Azərbaycan Dövlət İqtisad Universiteti
Xarici dövlətlərin aqrar siyasəti və kənd təsərrüfatının inkişaf təcrübəsi

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin