FƏNNİN KODU:
FƏNNİN NÖVÜ:
FƏNNİN TƏDRİS SEMESTRİ:
FƏNNİN KREDİTİ:
FƏNNİN TƏDRİS FORMASI:
FƏNNİN TƏDRİS DİLİ:
FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:
E-MAİL:
|
0119
Məcburi
Payız, yay
4 kredit
Əyani, qiyabi
Azərbaycan dili, rus dili
Dos. Ə.H.Hacıyev
012 564 40 07
050 320 10 01
kaf_01@aseu.az
|
PREREKVİZİTLƏR:
Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.
KOREKVİZİTLƏR:
Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.
KURSUN TƏSVİRİ:
“Xarici ölkələrin aqrar siyasəti və kənd təsərrüfatının inkişaf təcrübəsi” fənni dünya təsərrüfat sisteminin yaranması, bu sistemdə ayrı-ayrı ölkələrin tutduqları mövqey, aqrar sahədə apardıqları islahatlar, tələb və təklif nəticəsində xarici dövlətlərin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşması, emal, satış və xidmətlərin öyrənilməsini tədqiq edir. Eyni zamanda dövlətlər arasında investisiya qoyuluşları, ərzaq probleminin həllində inkişaf etmiş dövlətlərin rolu, tutduğu yer, bu istiqamətdə aqrar sahəyə dövlət himayəsi, tətbiq olunan başqa güzəşt formaları da öyrənilir.
KURSUN MƏQSƏDİ:
Tədris olunan “Xarici ölkələrin aqrar siyasəti və kənd təsərrüfatının inkişaf təcrübəsi” fənnini mənimsəməklə tələbələr xarici ölkələrdə kənd təsərrüfatının inkişaf təcrübəsini, maddi-texniki təchizatın, aqrokimya, meliorasiya, irriqasiya, informasiya və başqa xidmətləri, qiymətlərin tətbiq edilməsi xüsusiyyətlərini, kənd təsərrüfatı məhsulları üzrə dünya bazarının yaradılması prinsiplərini öyrənə bilərlər. Bütünlükdə fənn tələbələrə dünya kənd təsərrüfatı sistemində aqrar bölmənin rolunu, iqtisadi əlaqələrin növlərini mənimsəməkdə kömək etməyi nəzərdə tutur.
KURSUN NƏTİCƏLƏRİ:
Bu fənni bitirdikdən sonra tələbə xarici ölkələrdə aqrar sahənin inkişaf istiqamətlərini, istehsal və emal müəssisələri arasında qarşılıqlı münasibətləri, rəqabətqabiliyətli məhsul istehsalı prinsiplərini öyrənə biləcəklər.
Həmçinin xarici ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı, ölkələr arasında aparılan idxal-ixrac əməliyyatları, dünya miqyasında əmtəə, əmək və kapital, bazarlara, aqrar bazara xidmət göstərən bankların apardığı əməliyyatlar, bununla bağlı başqa məsələləri öyrənəcək və tətbiq edə biləcəklər.
FƏNNİN MÖVZULARI:
-
Dünya ərzaq problemi və müasir aqrar münasibətlər
-
Şimali Amerika ölkələrində aqrar siyasət və inkişaf təcrübəsi
-
Aqrar sahənin inkişafında ABŞ təcrübəsi
-
Aqrar sahənin inkişafında Kanada təcrübəsi
-
Avstraliya və okean ölkələrində aqrar münasibətlər:
-
Aqrar sahənin inkişafında Avstraliya təcrübəsi və onun inkişaf mərhələləri
-
Yaponiyada kənd təsərrüfatının inkişaf təcrübəsi
-
Aqrar sahənin inkişafında Yeni Zelandiya təcrübəsi
-
Avropanın qabaqcıl dövlətlərində aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi:
-
İngiltərədə k/t-nın inkişaf mərhələləri
-
Aqrar sahənin inkişafında Fransa, Almaniya, İtaliya təcrübəsi
-
Cənubi-Qərbi Avropa ölkələrində aqrar münasibətlər
-
Şərqi Avropa ölkələrində aqrar münasibətlər
-
Rusiya Federasiyasında və Ukraynada aqrar münasibətlər və onların təzahür formaları
-
Orta Asiya respublikalarında aqrar münasibətlər
-
Kənd təsərrüfatının inkişafında Çin təcrübəsi
-
İnkişafda olan Asiya qitəsi ölkələrində k/t-nın iqtisadiyyatı və inkişaf təcrübəsi
-
İsraildə aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi
-
Latın Amerikası ölkələrində aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi
FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ
Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunəvi testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.
Virtual Universitetin ünvanı: vu.aseu.az
Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.
QİYMƏTLƏNDİRMƏ:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq.
50 bal – imtahana qədər
O cümlədən:
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə q/b yazılsa da, 0 (sıfır) bal kimi hesablanacaq.
50 bal – imtahanda toplanılacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir.
Qeyd:
İmtahanda minimum 17 bal toplanmasa, imtaha qədər yığılan ballar toplanılmayacaq.
İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100
B – “Çox yaxşı” – 81-90
C – “Yaxşı” – 71-80
D – “Kafi” – 61-70
E – “Qənaətbəxş” – 51-60
F – “Qeyri-kafi” – 51 baldan aşağı
SƏRBƏST İŞ:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada, word faylı formasında, şrift 12, həcmi 1-2 səhifəolmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARIVƏ TƏHVİL VERİLMƏSİNİNİN TARİXİ
№
|
Mövzular
|
Son tarix
|
1
|
Dünya ərzaq problemi və müasir aqrar münasibətlər
|
IV həftə
|
2
|
Şimali Amerika ölkələrində aqrar siyasət və inkişaf təcrübəsi
|
V həftə
|
3
|
Avstraliya və okean ölkələrində aqrar münasibətlər
|
VI həftə
|
4
|
Avropanın qabaqcıl dövlətlərində aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi
|
VII həftə
|
5
|
Rusiya Federasiyasında və Ukraynada aqrar münasibətlər və onların təzahür formaları
|
VIII həftə
|
6
|
Orta Asiya respublikalarında aqrar münasibətlər
|
IX həftə
|
7
|
Orta Asiya respublikalarında aqrar münasibətlər
|
X həftə
|
8
|
İnkişafda olan Asiya qitəsi ölkələrində k/t-nın iqtisadiyyatı və inkişaf təcrübəsi
|
XI həftə
|
9
|
İsraildə aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi
|
XII həftə
|
10
|
Latın Amerikası ölkələrində aqrar münasibətlər və k/t-nın inkişaf təcrübəsi
|
XIII həftə
|
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.
Sərbəst işlərin nəticələri jurnala yazılır.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:
-
Н.Г.Обушенков, А.Л.Митендорф – Государствен-ное регулирование и динамика цен на сельскохозяйственную продукцию в США и ЕЭС, Москва 1986
-
А.А.Коныгин – Фермерское хозяйство США, Москва Агропомиздат 1989
-
В.Н.Демьяненко – Проблемы межотраслевых связей в продовольственном комплексе США, Москва 1988
-
Л.Г.Чузахина – Особенности и тенденции развития АПК Франции, Москва 1988
-
С.Б.Андреев – Аграрнопромышленный комплекс ФРГ: особенности и проблемы формирования, Москва, Наука 1987
-
Аграрная экономика. Учебник, Санкт-Петербург, 2002
-
Агропромышленный комплекс России. Москва – 2000
-
Аграрный сектор США в конце XX века. Москва, 1997
-
З.Я.Сямядзадя – Дцнйа игтисадиййаты: Чин игтисади мюъцзяси. Бакы - 2001
-
Н.Г.Обушенков – Экономический механизм государственного регулирования сельского хозяйства США, Москва 1988
-
Майкл Тейси – Сельское хозяйство и продовольствие в экономике развитых стран (введение в теорию, практику и политику), Санкт-Петербург, «Экономическая школа» 1995
-
В.П.Афанасьев – Перестройка аграрного сектора АПК, Москва, «Агропроиздат», 1990
-
А.Н.Борусенко – Что нужно для развития крестьянских хозяйств в России. Эн.АПК, Москва 1993
-
История Европейской интеграции, Москва, Наука 1996
-
Маршалл А. – Принципы экономической науки.Том 1. Москва 1993
-
Лавритина О.И. – Деньги, кредит, банки. Москва 1998
-
Салиделсон А., Вильям Д. – Экономика. Пятое издание. Випом 1997.
KURS İŞİ:
Bu fənn üzrə kurs işi nəzərdə tutulmamışdır.
TƏCRÜBƏ:
Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmamışdır.
Hazırladı:
Dos. Ə.H.Hacıyev İmza: Tarix:
Dostları ilə paylaş: |