Maliyyə hesabatlarını dərc etdirməli olan müəssisələr qanunla nəzərdə tutulan halda məcburi audit aparmalıdırlar.
Məcburi auditin həcmi və keçirilməsi qaydaları qanunvericilik normaları ilə tənzimlənir.
Məcburi audit yoxlamasının aparılması üçün müqavilənin hüquqi forması – yoxlama ekspertiza işlərinin yerinə yetirilməsi müqaviləsidir.
Məcburi və könüllü audit yoxlamalarının aparılmasında auditor sifarışçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə işləyir.
Auditor təşkilatı məcburi auditor yoxlamalarının nəticələri üzrə yoxlanılan təşkilatın rəhbərinəauditin keçirilməsinin nəticələri üzrə yazılı informasiya və auditor rəyi təqdim etməlidir.
Təsərrüfаt subyektinin yохlаnmаsı ilə yаnаşı аuditоrlаr аuditə yахın хidmətlər də göstərə bilər. Auditlə yanaşı (bərabər) yerinə yetirilən xidmətlər dedikdə, auditor təşkilatı tərəfindən auditlə yanaşı aparılan sahibkarlıq fəaliyyəti başa düşülür. Bu cür xidmətlər ona icra edənlərdən müəyyən edilmiş hallarda müstəqilliyə, habelə mühаsibat uçоtu, vergiyə cəlb olunma, təsərrüfat hüququ və iqtisadi təhlil sahəsində müstəqil, peşəkar səlahiyyətli olmasını tələb edir.
Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə struk-turların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət barədə in-formasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit baş-lıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır. Daxili nəzarətin və mühasibat uçotu sisteminin təşkilinin qiymətləndirilməsi – auditor prosedurlarının və daxili nəzarət vasitəsininriskini təyin etmək üçün aparılır.
Daxili auditin vəzifələrini iqtisadi subyektin ştatında olan xüsusi xidmət yerinə yetirə bilər. Audit olunan şəxsin daxili audit şöbəsi olduqda, auditor maliyyə hesabatının auditi zamanı daxili auditorun işinə tam halda istinad etməməlidir.
Dostları ilə paylaş: |