Ayətullah Fazil Lənkərani


BU AYƏLƏRDƏN ALİNAN NƏTİCƏ



Yüklə 0,58 Mb.
səhifə91/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   87   88   89   90   91   92   93   94   ...   109

BU AYƏLƏRDƏN ALİNAN NƏTİCƏ


Yuxarıda qeyd edilən ayələrdən məlum olur ki, "rics" ruhu bəlaya, aludəliyə salan xəstəliklərdən biridir. Şərab və qumar ricsdir, çünki şərab insanın əqlini itirir və qumar kin-kudurət yaradır. Bu iki iş mələkuti və səfalı ruhu məhv edib, insanı mənəvi tərəqqilərdən, kamallardan saxlayır.

Əxlaqi rəzilətlər və çirkinliklərlə dolub daralan qəlblər ricsə aludə olmuşlar. Bu cür sinələrin gözəl fəzilətləri, mənəviyyatı qəbul edib təkamülə çatmağa ləyaqətləri yoxdur. Onlar şəhvət, kin-küdurət və həsədlə dolu olan bataqlıqlarda əl-qolu bağlı halda həyat sürürlər. Ricsə mübtəla olmaq bəşəriyyətin qarşısında qəm-qüssəli günlər yaradır.

Ümumiyyətlə batini səfa və saflığı, ruhun genişliyini, nəfsin əzəmətini, həqiqət görüb tanımağı, haqqın qarşısında təslim olmağı və mənəviyyatı məhv edən bütün ruhi xəstəliklər rics adlanır.

Ricsin Quran istilahındakı mənası məlum olduqdan sonra həmin ayələrə diqqət yetirməklə bütün bədbəxtçiliklərin və ruhi xəstəliklərin ilkin səbəbinin rics olması aydınlaşır. Bu xəstəliyə düçar olanlar həqiqəti heç vaxt dərk edə bilmir, insanı üsyankar, təcavüzkar və zülümkar bir varlığa çevirir, nəticədə hər bir mənəvi şey müqabilində tüğyan edir, bu da küfrə və ilhada (Allahın inkar olunmasına) gətirib çıxarır, insanı bütün fəzilətlərdən məhrum edir, onun ruhunu alçaqlıq və çirkinliklə doldurur. Bunların hamısına "ziyqi-sədr" (yəni daralmış sinə) deyilir.

Buna əsasən, "Təthir" ayəsinin mənası belə olur ki, Allah-Taala Əhli-beytin qəlbini "ziyqi-sədr" xəstəli-yinə, yəni ruhi xəstəliklərə düçar etməmiş, onları bu cür rəzil əxlaqlardan qoruyub saxlamış, onlarla bu kimi xəstəliklərin arasında böyük fasilə yaratmış və onlara şərhi-sədr (geniş qəlblilik) vermişdir.

Əhli-beyt(əleyhimussalam) həqiqəti dərk etməyə və mənəviyyatın qarşısında təslim olmağa mane olan bütün ruhi xəstəliklərdən, xoşagəlməz əxlaqlardan çox-çox uzaqdırlar, həqiqətləri və incə mətləbləri dərk etməyə səbəb olan şərhi-sədr və geniş qəlb səbəbi ilə Allah qarşısında bütün varlıqları ilə təslimdirlər.

Əhli-beyt(əleyhimussalam) ilə günah arasında fasilə yarandığına və onlar geniş qəlbə malik olduqlarına görə Allah onları insaniyyətin ən uca zirvəsinə çatdırmış, ucsuz-bucaqsız fəzilət və şərafət dəryasına qərq etmişdir, onlar da Allah qarşısında tam ixlasla (sədaqətlə) əməl etmişlər.

Bəli, onlarla günahın arasında fasilənin yaranması Allahın inayətidir:

فَمَنْ يُرِدِ اللهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلاِسْلاَمِ


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin