544. "Tarixi-Bağdad": Cabir rəvayət edir: Allahın elçisi (s) (bizi), öncə isinişmə (hazırlıq) olmadan, yaxınlıq etməkdən çəkindirdi.
545. Allahın rəsulu (s): Üç şey (həyat yoldaşına) zülm etməkdir: ... Kişinin qadını ilə, qabaqcadan hazırlıq olmadan, "xəbər göndərmədən": zarafat və öpüş olmadan; cinsi əlaqəyə girməsi. Sizilərdən heç kim öz qadını ilə heyvanlar kimi2 cinsi əlaqədə olmasın!3
546. Allahın rəsulu (s): Üç şey kişinin acizliyinin nişanəsidir: … Üçüncü budur ki, kişi qadını ilə (bir miqdar) söhbət etmədən, isinişmədən və qucaqlaşmadan, birbaşa cinsi əlaqəyə girsin. Bir halda ki, o, özünü razı salsın, amma qadını ondan razı qalmasın.4
547. İmam Sadiq (ə): ... Sizlərdən hər biriniz, öz qadınınızla yaxınlıq etməmişdən öncə, aranızda bir miqdar zarafatlaşma və isinişmə olsun. Çünki bu, sonra görəcəyiniz işi daha həzz verici edir.5