548. Allahın rəsulu (s):Sizlərdən hər biriniz, qadınınızla cinsi əlaqədə olmamışdan öncə onu da həyəcanlandlrsın. Əgər qadınınızdan əvvəl şəhvətiniz doyarsa, onun da şəhvətini söndürməmiş, ondan öncə ayağa qalxmayın.1
550. Allahın rəsulu (s): Kişi qadını ilə yaxınlıq etdiyi zaman, xoruz kimi olmamalıdır (bir anda uçub-enməməlidir). Bəlkə bir az gecikdirməlidir ki, qadın da, onun aldığı həzzi ala bilsin (onun çatdığı həzzə çata bilsin).3
551. Allahın rəsulu (s): İbn Qəddah, İmam Sadiqdən (s) rəvayət edir: Allahın elçisi (s) buyurdu: Quşlar kimi cinsi əlaqədə olmayın. Cinsi əlaqənin müddətini uzadaraq, (qadınlarınızın da, son həzzə çatması üçün) gecikdirin.4
552. İmam Əli (ə): Sizlərdən hər biriniz, həyat yoldaşınızla cinsi əlaqədə olarkən, ondan öncə ayağa qalxmasın. Çünki qadınların da (özlərinə məxsus cinsi) istəkləri var.5