Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə93/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   89   90   91   92   93   94   95   96   ...   282

Ehtiram qoymaq


306. Allahın rəsulu (s): Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir.2

307. Allahın rəsulu (s): Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir. Mən sizlərin arasında, ailəsi ilə ən yaxşı davranan şəxsəm. Yalnız ailicənab insan qadınlara hörmət edər. Yalnız şəxsiyyətsiz insan qadınları təhqir edər.3

308. Allahın rəsulu (s): Sizə kimin daha yaxşı insan olduğunu söyləyimmi? Təvazökar, xoşəxlaq və evləndikdən sonra həyat yoldaşına hörmət qoyan şəxs.4
7\2

Mülayimlik və güzəşt


309. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara dinlərində agahlıq, mülayim xasiyyət və işlərində mötədillik əta edər. Kiçikləri, bğyüklərinə hörmət edər. Əgər hansı ailə üçün bundan başqasını istəsə, onları öz başlarına buraxar.1

310. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara məişət həyatında mötədillik və xoşəxlaq nəsib edər.2

311. Allahın rəsulu (s): Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi onlara nəsib edər.3

312. Allahın rəsulu (s): Mülayimlik bərəkətdir, qəzəb və köbud rəftar isə bədbəxtlikdir. Allah-təala bir ailəni sevsə, onlara mötədillik və mülayimliyi nəsib edər. Çünki mülayimlik, olduğu hər bir yeri zinətləndirər. Kobudluq və qəzəbli rəftar, olduğu hər bir yeri kirləndirər.4

313. "Şöbül-iyman": Allah-təala bəndələrinin xeyrini istədiyi zaman, məişətdə mötədillik və mülayimliyi onlara ruzi edər. Onların (bəd əməllərinə görə) pisliyini istədiyi zaman isə, onlara məişətlərində tədbirsizliyə düçar edər.5

314. Allahın rəsulu (s): Ey Aişə! Mülayim rəftarlı ol. Doğrudan da, Allah-təala bir ailənin xeyrini istəsə, mötədillik və mülayimliyi onlara nəsib edər.6

315. Allahın rəsulu (s): Güzəştə getməyin və malyimliyin hakim olduğu elə bie ailə yoxdur ki, onun faydasını (xeyir-bərəkətini) görməsin.1

316. İmam Əli (ə): Saglam mühit (salim həyat tərzi), güzəştə getməklə birgədir.2

317. İmam Əli (ə): Qadın qəhrəman yox, (xoşətirli) bir güldür. Hər bir halda ona güzəştə get, onunla yaxşı davran ki, səfa içərisində ömür sürsən.3

8\2


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin