Azərbaycan dili haqqında ümumi məlumat


Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat



Yüklə 159,07 Kb.
səhifə10/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   6   7   8   9   10   11   12   13   ...   72
nitq

Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat

Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların danışığında xüsusi cəhətlər olur.

Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.

Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli dialektlər, b) “sinfi” dialektlər və ya jarqonlar.

Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər – jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur.

Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.

Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:

1) Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.

2) Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.

3) Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.

4) Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.


  1. Ritorika. Ritorikanın başqa elmlərlə əlaqəsi

Müasir dilimizdə işlətdiyimiz mədəniyyət sözü çox anlayış ifadə edir. Bu anlayış yaxşı-pis, müsbət-mənfi sözləri qədər və bəlkə, onlardan daha geniş məna ifadə edir. Mədəni sözü ərəbcə şəhərli deməkdir. İlk əvvəl mədəni-şəhərli insan davranışının və fəaliyyətinin bütün növlərində şəhərdən uzaq bədəviliyə qarşı qoyulurdu. Başqa sözlə, şəhərlinin hərəkəti, davranışı, danışığı bədəvilərə nisbətən mədəni hesab olunurdu. Sonradan mədəniyyət sözü öz mənasını daraldaraq mədəniyyətsizliyə qarşı qoyuldu. Azərbaycan dilinin izahlı iüğətində bu sözün üç mənası verilmişdir:

1. İnsan cəıniyyətinin istehsalatda, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu;

2. Xalqın və ya siniflərin müəyyən dövrdə əldə etdiyi nailiyyətlərin məcmusu, belə nailiyyətlərin səviyyəsi, təsərrüfat və ya zehni fəaliyyətin inkişaf səviyyəsi;

3. Savadlılıq, elmilik, mədəni adamın tələblərinə uyğun gələn həyat şəraitinin məcmusu, yaşayış mədəniyyəti.

Bu izahı tam və dolğun hesab etmək olmaz. Çünki, birinci bənddəki insanların istehsalatda və mədəni həyatda əldə etdiyi nailiyyətlərin, uğurların (maliyyə, təsərrüfat və s.) hamısını mədəniyyətə daxil etmək olmaz. 3-cü bənddə isə taftalogiya özünü göstərir: «mədəni adamın tələblərinə uyğun gələn ifadəsi də taftalogiya olub sözün mənasını dolğun əks etdirmir.

Azərbaycan dilində mədəniyyət sözünün bir termin kimi işlənməsi tarixi çox da qədim deyil. Sovet hakimiyyətinin ilk onilliklərində bu söz ərəb mənşəli olduğu üçün onu”Kultura” sözü ilə əvəz etmişdilər. Bu söz latın mənşəli olub cultura sözündəndir. Mənası tərbiyə, təhsil, inkişaf, hörmət deməkdir. İnsanın mədəni səviyyəsinin və həyatının inkişafı nəticəsində mədəniyyətin çoxçeşidli sahələri yaranmışdır.

Məsələn:

1.Dövrlə bağlı: Antik mədəniyyət

2. Millətlə bağlı: Ərəb mədəniyyəti

3. Məkanla bağlı: Kənd mədəniyyəti, şəhər mədəniyyəti, Avropa mədəniyyəti.

Qeyd etmək lazımdır ki, mədəniyyət insan faaliyyəti ilə bağlı olduğu üçün konkret yerin – məkanın mədəniyyəti anlayışı şərti formada başa düşülür. Məsələn, Avropa mədəniyyəti dedikdə burada yaşayan xalqların mədəniyyəti başa düşülür, yoxsa yerin mədəniyyəti olmaz. Eyni sözləri Fransa mədəniyyəti, Iran mə- dəniyyəti və s. haqqda demək olar. :

4. İnsanın həyat və fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müəllim mədəniyyəti, tələbə mədəniyyəti, oxuma mədəniyyəti, səhnə mədəniyyəti, sürücü mədəniyyəti, satıcı-ticarət mədəniyyəti və s.

Bunlardan biri də “insanın atributu” olan danışıq mədəniyyətidir. Danışıqsız insanı təsəvvür etmək olmaz. Insan ünsiyyət sözündəndir. Əgər lalların əl-hərəkət (doktilo) vasitəsini istisna etsək, insanı danışıqsız təsəvvür etmək olmaz. Hər bir insan cəmiyyətin əsl mənada üzvü olmaq üçün nitqə malik olmalıdı. Tələbə və müəllimlərin içərisində, qurultay iştirakçıları, deputatlar, böyük və kiçik toplantıların iştirakçıları arasında bircə nəfər də olsun lal adama rast gəlmək olmaz. Çünki burada danışmaq lazımdır. İnsan kiçik yaşlarından danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonuna qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Bunu ən kobud, mədəniyyətsiz adamlar da bilir. Eyni zamanda insan danışığı dili – xüsusilə, ana dilinin incəliklərini bilməli, fıkrini gözəl ifadə edə bilməlidir. Burada M.R.Lvovun bir müqayisəsini xatırlatmaq yerinə düşərdi. O yazır: “Bədən tərbiyəsi haqlı olaraq, orta və ali məktəblərdə lazımlı bir fənn kimi qəbul edilir və ona milyardlarla pul xərclənir, ancaq nitq mədəniyyəti qrammatikanın hüdudsuz sahəsinin pərsəng daşı kimi dilçiliyə aid edilir”. Dilçilikdə bu məsələ ikinci dərəcəli bir iş hesab edilir. Əslində isə belə olmamalıdır. Qəti şəkildə inanmaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, nitq gözəlliyi insan gözəlliyinin, nitqin təsirliliyi insan nüfuzunun (avtoritetinin) tərkib hissəsidir. Bu səbəbdən də nitq mədəniyyəti dil normaları məcmusu kimi yalnız qrammatika tədris olunan yerlərdə deyil, mühəndislərə, hüquqşünaslara, aviatorlara, həkimlərə də tədris edilməlidir. Onların da öz sahələrində mədəni danışığı təmin edilməlidir. Hər bir adam nitqində özünü təqdim edir. Əgər öz bəlağətli nitqi ilə özünü təqdim edə bilmirsə, nə müəllimin, nə baş nazirin sözünə qulaq asmaz, ona hörmət etməzlər. Əksinə, nitqi gözəl olan adam özünə cəmiyyətdə böyük nüfuz qazandırır. Bu mənada böyük fars şairi Sədinin sözləri yada düşür:

Ağızdakı dil nədir?

Hünər sahibinin xəzinəsini açan.

Əgər danışmasa, heç kəs bilməz ki,

O zərgərdir, ya saqqızsatan.

Burada çoxlu incə mətləblər vardır. Eyni mövzunu müxtəlif auditoriyada eyni cür şərh etmək olmaz; Eyni mövzıınu müəllimlə tələbə eyni cür izah edə bilməz. Yəni bu problem aşağıdakı məsələləri əhatə edir:



1) Kim danışır?

2) Kimə danışır?

3)Hansı şəraitdə danışır?

4) Nə barədə danışır?

5) Nə məqsədlə, nə səbəbə danışır?

6) Öz fikrini çatdıra bilirmi, onu başa düşürlərmi?

7) Ona auditoriyanın (dinləyicilərin) münasibəti necədir?

8) Onun nitqini arzu edirlərmi?

9) Danışdığı mövzunu yaxşı bilirmi? və s.

Nitq mədəniyyəti bir sıra problemlə vəhdətdə olub, öz spesifik xüsusiyyətləri ilə onlardan ayrılır. Yəni onları təcrid etmək mümkün olmadığı kimi, eyniləşdirmək də olmaz. Bu problemlər aşağıdakılardır: a) Ritorika – bəlağət; b) Üslub və üslubiyyat; c) Norma.




Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin