İşgüzar görüş kontakt qurmaqla başlayır, ikinci mərhələ özünü təqdim
etməkdən ibarətdir. İlk görüş zamanı unutmayın ki,
məhz qurduğumuz ünsiyyətin
keyfiyyəti insanların bizə yaxınlaşma dərəcəsini müəyyənləşdirir, ünsiyyətimizə
görə haqqımızda fikir formalaşır, ünsiyyətimiz qədər dəyər görürük.
Belə olduqda,
xüsusilə peşəkar iş həyatında yazılmamış qaydalar ortaya çıxır. Xüsusən də bu
qaydalar yeni başlayan işgüzar münasibətlərdə çox önəmlidir. İlk işgüzar görüş
üçün aşağıdakılar nəzərə alınmalıdır:
1)
Öncə siz salamlaşın və bacardığınız qədər gülərüz olun. Bu hərəkətlər sizi
daim bir addım irəlidə tutacaq;
2)
Tərəfdaşınıza hörmətlə yanaşdığınızı və
onu önəmsədiyinizi ilk
dəqiqələrdən hiss elətdirin;
2) Yaxşı dinləyici olmaq uğurlu ünsiyyət üçün vacib şərtdir;
3) Qarşınızdakının fikir və hisslərini başa düşməyə çalışın, anlayış göstərin;
4) İlk görüşdən tərəfdaşınızı inandırmaq, fikirlərinizi
qəbul etdirmək bir o
qədər də vacib deyil. Bunu daha sonraya saxlayın. Hələlik isə onu olduğu kimi qəbul
edin.
5) Anlaşılmazlıqlara yol verməmək üçün kifayət qədər sadə, aydın bir ünsiyyət
qurun.
6) Danışıq
və hərəkətlərinizdə uyum olsun, qarşı tərəfdə inanılacaq insan
təsəvvürü yaradın.
8) İnsanlar söylədiklərinizdən daha çox necə danışdığınıza diqqət yetirir, bədən
dilinizi düzgün və effektiv istifadə edin.
9) Uyğun olmayan hərəkətlərdən, yersiz pafosdan
və ya zarafatlardan çəkinin,
qarşı tərəfdən gözlənilməz bir reaksiya ilə qarşılaşa bilərsiniz.
İstənilən növ işgüzar görüşlərin işlənib hazırlanmasına xüsusi diqqət
yetirilməli, aşağıdakı məqamlar nəzərdən qaçmamalıdır:
•
həmsöhbətə veriləcək suallar üzərində düşünmək;
•
istədiyiniz
son nəticəni müəyyənləşdirmək;
•
danışıqların vaxtını və yerini müəyyənləşdirmək;
•
danışıqların strategiyasını və taktikasını müəyyənləşdirmək.
İşgüzar söhbətlərin düzgün aparılması əmək məhsuldarlığının 20-30%
artmasına şərait yaradır. Bəzi firmalar işgüzar danışıq sənətini mükəmməl
bilənləri “danışıq mütəxəssisi” kimi işə götürürlər.
İşgüzar görüşlər, ümumiyyətlə beş mərhələdən ibarətdir:
1) söhbətin başlanğıcı;
2) məlumat ötürülməsi;
3) mübahisə;
4) həmsöhbətin
dəlillərinin təkzib edilməsi;
5) qərar vermə.
Araşdırmalar sübüt edir ki, işgüzar görüşləri uğurla yekunlaşdırmaq üçün
bəzi amillər mövcuddur və onları belə qruplaşdırmaq olar:
-
Dostları ilə paylaş: