baxımdan öyrənilməsi üsulu olub elmin əsas vəzifəsi sayılan obyektiv reallığın
qanunlarını kəşfetmə vasitəsidir.
Qədim yunan sözü olan “metod” məqsədə çatmaq üçün yol deməkdir.
Buna görə
də sözün geniş mənasında metod dedikdə konkret problemi həll etmək, təcrübi və
ya nəzəri məqsədə nail olmaq üçün həyata keçirilməli olan rasional fəaliyyətlərin
məcmusu başa düşülür.
İnsan fəaliyyətinin istənilən sahəsi üçün müəyyənləşmiş metodlar mövcuddur.
Obyektiv biliklər əldə etmək üçün əsas vasitəyə çevrilən elmi metodların meydana
çıxması və inkişafı öncə fəlsəfənin, sonra isə elmin yaranması ilə bağlıdır. Çünki
məhz fəlsəfə ilk dəfə rasional-nəzəri dünyagörüş tipini ortaya qoymuş, daha sonra
isə bu istiqaməti müxtəlif elmlər davam etdirmişdir.
Elmi biliklərin əldə olunması tarixən inkişaf edən bir proses kimi insan təcrübəsi
ilə təsdiq edilərək sübut olunan dünya haqqında etibarlı biliklərin meydana
çıxmasına yönəlmişdir. Elm təkcə insanın gündəlik həyatda qarşılaşdığı obyektləri
deyil,
uzaq gələcəkdə mənimsəyə, qavraya biləcəkləri obyektləri də araşdırır. Bu
baxımdan da elmi metodun düzgün seçilməsi tədqiqatın uğurunu təmin edən mühüm
şərtlərdən biridir.
Elmi işlərin aparılmasında iki fundamental metod tipi mövcuddur:
1.İnsanın ümumidrak prosesləri ilə bağlı həm elmi, həm də praktiki bilikləri aşkar
edən universal metod.
2.Yalnız elmi idrakla bağlı metodlar. Bu metod özü də 2 yerə bölünür:
1) empirik elmi metodlar;
2) nəzəri elmi metodlar.
Universal və ümumi elmi metodlarla yanaşı, yalnız konkret elmi fənlər
çərçivəsində işlənən, tətbiq olunan və təkmilləşdirilən
spesifik xarakterli yüksək
ixtisaslaşdırılmış metodlar mövcuddur. Nəzəri və empirik tədqiqatın fənlərarası
metodları, o cümlədən konkret tədqiqat metodları əsasən yüksək ixtisaslaşdırılmış
idrak təcrübələridir. Elmdən elmə dəyişən belə metodların əhatə dairəsinə, məsələn,
fiziki eksperimentin aparılması metodologiyası, biologiyada eksperimentin
metodologiyası, sosiologiyada sorğu metodologiyası, tarixdə mənbələrin təhlili
metodologiyası, və s. aiddir.
Elmi və idrak fəaliyyətinin növündən asılı
olmayaraq, istənilən elmi metod üç
fundamental prinsipə - obyektivliyə, sistemliliyə və təkrar istehsala əsaslanır.
-
Obyektivlik idrak subyektinin öz obyektindən uzaqlaşdırılmasını nəzərdə
tutur, yəni tədqiqatçı subyektiv fikirlərin
elmi idrak prosesinə təsir
göstərməsinə imkan vermir.
-
Sistemlilik elmi və idraki fəaliyyətin nizamlılığını nəzərdə tutur, yəni elmi
bilik
prosesi sistemli, nizamlı şəkildə həyata keçirilir.
-
Təkrarlanabilirlik elmi biliklər prosesinin bütün mərhələlərinin digər
tədqiqatçıların rəhbərliyi altında oxşar, ardıcıl nəticələr əldə edərək təkrarlana
(çoxaldıla) və bununla da onların etibarlılığının yoxlanıla biləcəyini nəzərdə
tutur. Nəticələr təkrarlana bilmirsə, onlar etibarlı hesab edilə bilməz.
Elmi-nəzəri tədqiqatlarda istifadə edilən universal metodlar bunlardır:
Dostları ilə paylaş: