Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını



Yüklə 231,62 Kb.
səhifə9/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
Mövzular 2023

İşgüzar kommunikasiyanın aşağıdakı funksiyalarını göstərmək olar:

  • İnstrumental, yəni zəruri fəaliyyətlərə təşəbbüskarlığı həyata keçirmək üçün idarəedici vasitə;

  • interaktiv, yəni insanları, iş ortaqlarını bir araya gətirən vasitə;

  • özünüifadə etmə, yəni şəxsi hədəf və maraqlarını nümayiş etdirmə vasitəsi;

  • Yayım vasitəsi, yəni məlumatötürmə (əmr, təlimat, hesabat və s.);

  • Sosial nəzarət, yəni işçilərin davranış və fəaliyyətlərini tənzimləyən vasitə kimi;

  • Sosiallaşma, yəni bir komanda daxilində işgüzar ünsiyyət mədəniyyəti bacarıqlarını inkişaf etdirmə vasitəsi kimi.

İşgüzar kommunikasiyada davranış tipləri. Fərdlərarası kommunikasiyanın əsas tipləri bunlardır: imperativ, manipulyasiya və dialoq.
İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət formasıdır. Burada partnyor passiv roldadır. Təsir vasitəsi kimi tələb, sifariş, təlimatdan istifadə edilir.
Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə tərəfdaşa təsir etmək üsuludur. Bu nominasiya tipində də tərəfdaşın rolu passivdir. İmperativ tipdən fərqi isə burada həqiqi ünsiyyət hədəfləri barədə tərəfdaşın məlumatlandırılmamasıdır.
Həm imperativ, həm də manipulyasiya monoloji ünsiyyət tipidir. Burada fərd tərəfdaşını təsir obyekti kimi seçərək onun mənafeyini heçə sayır, yalnız öz xeyirini güdür.
Dialoq ikitərəfli ünsiyyətdir. Dialoji ünsiyyətin şərtləri aşağıdakılardır:

  • Həmin andakı hiss, motiv və davranışları nəzərə alan “burada və indi” prinsipinə uyğun ünsiyyət formasıdır.

  • Bu ünsiyyət formasında tərəfdaşlarınızı şəxsi fikrə sahib bərabərhüquqlu fərd kimi qəbul etməyi nəzərdə tutur;

  • Dialoq zamanı ünsiyyəti fərdiləşdirərək öz fikir və düşüncələrinizi təqdim edə də bilərsiniz;

  • Dialoq zamanı sualları düzgün qoymaq və sual vermək taktikasından səmərəli istifadə etmək də çox vacibdir.


Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin