Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


İşgüzar kommunikasiyada maneələr



Yüklə 231,62 Kb.
səhifə10/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
Mövzular 2023

İşgüzar kommunikasiyada maneələr. Kommunikasiya hər şeyin yolunda getdiyi, ötürülən informasiyanın nəzərdə tutulduğu formada alıcıya çatdığı hamar bir proses deyil. Nəzərə alsaq ki, kommunikasiyada ən önəmli faktorlardan biri insan amilidir, müəyyən maneə, problem, anlaşılmazlıqların ortaya çıxması qaçılmazdır. Çünki kommunikasiyanın tərəfləri olan insanlar müxtəlif dərketmə, qavrama, yorumlama səviyyəsinə malikdir. İnsanların temperament və emosional çıxışları da fərqli olduğundan informasiyanın mənbəyi və alıcı arasında maneələrin yaranması təbiidir. Əsas məsələ bu tip baryerlərin vaxtında aşkarlanıb aradan qaldırılmasıdır. İnformasiya mübadilə prosesində ən çox aşağıdakı tipli maneələrlə qarşılaşırıq:
1.Subyektiv interpretasiya – Hər bir alıcı qəbul etdiyi informasiyanı, ilk növbədə şəxsi ünsiyyət təcrübəsi, təhsil və intellekt səviyyəsi, mühakimə, arzu və istəkləri baxımından qiymətləndirir. Bu hallarda insanlar ötürülən mesajdan öz mənafelərinə uyğun nəticə çıxarır, eşitdiklərini yox, eşitmək istədiklərini anlayırlar. Bu maneəni minimuma endirmək üçün tərəfdaşlar düzgün seçilməli və hazırlanan mesajlar aydın və birmənalı tərtib edilməlidir.
2.Kommunikatora şəxsi münasibətdən qaynaqlanan psixoloji maneə. Kommunikasiyanın tərəfləri arasında inam və etibar prosesin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Etibar edilməyən mənbədən alınan mesaj dəyərsiz hesab edilir. Maneələr birbaşa mənbənin avtoriteti ilə bağlıdır. Avtoritet nə qədər yüksək olarsa, maneələr bir o qədər az olacaqdır. Bu hallarda alınan məlumatların yoxlanılması xüsusilə vacibdir. Bəzən etibar etmədiyiniz mənbədən belə mühüm mesajlar ötürülə bilər. İşgüzar kommunikasiyada şəxsi münasibətlər yox, obyektivlik öndə olmalıdır.
3.Sosial-mədəni maneə. Tərəfdaşlar arasında sosial durum, suyasi görüş, dini və etnik mənsubiyyət baxımından mövcud olan fərqlər də birbaşa informasiyanın qavranılmasında problemlər yaradır. Eyni simvollara müxtəlif anlamların yüklənməsi, fərqli etiket və etik normalar, məfhum və hadisələrin qiymətləndirilməsindəki baxış bucaqları və s. bu tip maneələrdəndir. Bu kimi fərqlər nəinki, mesajın qəbuluna, hətta tərəflərin bir araya gəlməsinə belə neqativ təsir edir. Sosial-mədəni baryerlərin aradan qalxması üçün insanların bir-birinə tolerant münasibət göstərməsi, dəyərlərə hörmətlə yanaşılması gərəkdir. Sosial-mədəni maneələrin aradan qalxması üçün tərəfdaşınızı yaxşı tanımalı, mənsub olduğu sosial çevrə, dini və etnik mənsubiyyətindən irəli gələn xarakterik xüsusiyyətləri barədə məlumatlı olmalısınız.
4.Anlamada maneə. Buna bəzən dil (linqvistik) baryeri də deyilir. Anlamada maneələr 3 formada özünü göstərir: fonetik, üslubi, semantik.
-fonetik maneə şifahi nitqlə əlaqədardır və aşağıdakı hallarda yaranır:
a) həyəcan və düzgün nəfəs almamaqdan irəli gələn yavaş nitq. Belə nitq hətta bir neçə metrlik məsafədən belə eşidilmir;
b) çox sürətli nitq də anlamada, dinləyicinin fikri təqib etməsində çətinlik yaradır;
c) monoton nitqlər də dinləyicini yoraraq diqqətin yayınmasına səbəb olur. Nəticədə isə informasiyanın qəbuluna əngəl yaradır;
d) cümlələrin sonunda müəyyən sözlərin “yeyilməsi” uzun nitqlər zamanı ən çox rast gəlinən maneələrdən biridir.
- semantik maneə ünsiyyət iştirakçılarının məna sistemlərindəki (tezaurilər) fərqlərlə bağlıdır. Bu və ya digər sahələrlə bağlı xüsusi leksikanın anlaşılmaması, eyni və yaxud oxşar sözlərin fərqli mənalarda işlənməsini göstərə bilərik. Məsələn, “kosmopolitan” sözünün mənasını bilməyən şəxs bu ifadənin kosmosla bağlı olduğunu düşünəcək. Əslində isə “kosmopolitan” bütün insanların yeganə cəmiyyətdən ibarət olduğunu qəbul edən, heç bir dini-etnik fərq tanımayan dünyəvi insan deməkdir. Təbii ki, sözün kökü ilə yeni yaranan termin arasında semantik bağlılıq var, lakin leksik baxımdan termin yeni məna çaları əldə etmişdir.
- üslubi maneə kommunikasiya prosesini kökündən məhv edə bilər. Ötürülən məlumatın üslub cəhətdən düzgün qurulmaması anlama və qavramada ən ciddi əngəldir. Kütlə qarşısında çıxış zamanı ağır elmi üslubda danışmaq, yaxud ikitərəfli işgüzar görüşdə həddindən artıq rəsmi-formal tərzdə ünsiyyət qurmaq, ciddi mövzularda yüksək pafos və bədiilik nümayiş etdirmək yolverilməzdir.
Mövzu 5. İşgüzar kommunikasiyanın formaları:

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin