Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Kənd təsərrüfatı heyvanlarına qulluq edərkən



Yüklə 1,16 Mb.
səhifə69/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   65   66   67   68   69   70   71   72   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Kənd təsərrüfatı heyvanlarına qulluq edərkən

təhlükəsizlik (texnikası) tədbirləri.
Yaşı 18-dən aşağı olan şəxsləri törədici buğalara, torədici aycırlara və qabanlara qulluq etməyə buraxmaq qadağandır. Tibbi komissiyanın icazəsi və həmkarlar ittifa-qının razılığı ilə yaşı 16-dan yuxarı olan yeniyetmələrin digər heyvanlara qulluq et-məsinə icazə verilə bilər.

Yeniyetmələrin iş günün davamı müddəti SSRİ Ali Soveti Rəyasət heyətinin 26 may 1965-ci il tarixli fərmanı ilə tənzim edilir.

Nadinc və bədxasiyyət heyvanlar saxlanan yataqların bayır tərəfində, üzərində bu heyvanlara yanaşarkən ehtiyatlı olmaq zərurəti xatırladan sözlər yazılmış lövhə asılmalıdır.

Heyvanları bağlı saxlarkən çalışmaq lazımdır ki, ip möhkəm olsun, kifayət qədər sərbəst bağlansın ki, inəyin hərəkətinə maneçilik törətməsin və onun boynunu aşağı çəkməsin. Vurağan inəklərin buynuzu baytar həkimin göstərişi ilə kəsilməlidir.

Əl ilə sağım zamanı inəyin quyruğu ayağına bağlanılmalıdır. Sağıcıların fərdi oturacaqları möhkəm və saz olmalıdır. Buzovların qrup üsulu ilə əmizdirilməsi zama-nı vurağan və qızğın inəklərdən dayə inək kimi istifadə etmək olmaz.

Törədici buğalara qulluq edən şəxslər təhlükəsizlik texnikası qaydalarını öyrən-miş və təlimatlandırılmış (şəxslər) olmalıdır.

Təlimatlandırma müəssisə rəhbərinin əmri ilə təyin edilən komissiya tərəfindən həyata keçirilir. Təlimat xüsusi jurnalda sənədləşdirilir.

Buğalar saxlanılan binaların və gəzinti meydançaların yerləşdiyi ərazi azı 1,5 m hündürlükdə metal hasarla dövrəyə alınır. Törədici buğalar, onlar üçün heyvanlar ara-sında ayrılmış, bütöv arakəsmələri olmayan xüsusi binalarda saxlanılır.

Qaramal həyaətlərində buğaları genişfərdi qəfəslərdə bağlı saxlamaq lazımdır.

Buğalar iki metal zəncirlə iki tərəfli (zəncirlə) bağlama üsulu ilə bağlanılmalıdır. Zəncirlər boyunbağına birləşdirilir. Boyunbağı altına qayış və ya yumuşaq material qoyulmuş dəmir zəncirdən hazırlanır.

Bağ kifayət qədər boş olmalıdır ki, heyvanın hərəkətinə maneçilik törətməsin və buğa uzandıqda onun boynunu dartmasın. Hər bir 6-8 aylıq buğanın burun pərələri arasına halqa keçirilməlidir. Buğanı burun halqasından bağlamaq qadağandır. Burun halqasını qayışla buynuzlara bənd etmək lazımdır ki, o buğaya mane olmasın.

Buğalar gəzintiyə cilovla çıxarılmalı və bu zaman burun halqasına mütləq uzunluğu 2m -dən az olmayan çubuq bərkidilməlidir. Buğaların gəzintiyə çubuqsuz çıxarılması qəti qadağandır. İnəklərin buğalarla eyni vaxtda gəzintiyə çıxarılmasına icazə verilmir.

Bədxasiyyət buğaların buynuzuna taxta lövhələr bənd edilir, habelə gözlük-ey-nəcik (təxminən 30 x 40 sm ölçüdə qalın düzbucaqlı dəri parçalı) taxırlar bu hey-vanın görmə sahəsini məhdudlaşdırır. Gözlük-eynəciyi heyvanın başına qayışla elə bərkidirlər ki, görmə zonası ən az, lakin buğanın sərbəst hərəkəti üçün kifayət dərəcə-də olsun. Belə buğaları ipi açıq vəsiyyətdə gəzintiyə iki naxırçı çıxarmalıdır. Buğa-ları, məcburi sürətdə sürüb aparmaq üçün onları mexaniki intiqallı qurğu ilə təchiz edilmiş xüsusi meydançalarda gəzdirməyə icazə verilir. Bu zaman həmin qurğunun təhlükəsiz işləməsi təmin olunmalıdır. Sərbəst surətdə burun halqasından aparıcı çubuq bağlamağa imkan verməyən buğaları əlavə olaraq boyunluqla birləşdirilmiş və burun halqasından sərbəst keçirilmiş zəncirlə bağlamaq lazımdır. Yay gəzintisi otlaqlarında (köçəri otlaqlardan başqa) buğaları ümumi naxırda saxlamaq qadağan edilir. Buğaları bordaq şəraitində saxlayərkən yem təknələrinə yemi, ancaq yem keçidindən tökmək lazımdır. Buğalardan toxum almaq üçün xidmət heyətinin təhlükəsizliyini təmin edən xüsusi dəzgahlar düzəldilir.

Qabanlar xüsusi donuz damlarında, yaxud ayrıca bölmələrdə saxlanılır. Bölmələr bir-birindən möhkəm materiallardan düzəldilmiş 1,4 m hündürlükdə arakəsmələrlə ayrılır.

Qabanları cütləşdirmə yaşına çatdıqda və sonralar onların köpək dişlərini mişar-layır və yiyə ilə hamarlayırlar. Törədici qabanlar saxlanılan bölmələrdə yem təknə-ləri və suvarma qabları elə yerləşdirilməlidirki, donuzabaxan, qulluq zamanı bölmə-yə daxil olmadan xaric tərəfdən yem vermək və su tökmək imkanı əldə etsin. Bölmə-lər, içəridə heyvan olmadığı zaman təmizlənir.

Baytar müayinəsi zamanı qabanların burun halqasına kəndir ilgək keçirir və onu heyvanın bağına bənd edirlər.

Atlara qulluq edən şəxsləri öyrədib təminatlandırarkən hər bir höcət və hirsli at barədə briqadirlər onlara xəbərdarlıq etməyə borcludurlar. Atları döymək və hirslən-dirmək qadağandır. Höcət və hirsli atlara qulluq etmək ancaq ən təcrübəli və ixtisas-laşmış işçilərə tapşırılmalıdır. Tövlə atçılığı zonasında törədici ayğırlara bölmələrdə, ilxı atçılığı zonalarında qruplarla salon tipli binalarda saxlamaq lazımdır. Nadinc ay-cırlar tövlənin bir güncündə yerləşən bölmələrdə saxlanılmalıdır.

Bölmələr atçılıq fermalarında və atlar üçün nəzərdə tutulmuş tikintilərdə layihə-ləndirmə normalarına (NTP-SX9-66) müvafiq olaraq qurulur.

Cütləşdirmə dövründə törədici aycırlar bölmələrdə nalsız saxlanır; hər ayqırın noxtası və boğazaltı halqası olmalıdır. Müstəsna hallarda törədici ayqırın qabaq ayaq-larına hamar nal burmaq olar. Damazlıq atların gəzintiyə çıxarılması tövlələrin yaxın-lığında ətrafı möhkəm hasarlanmış və ya çəpərlənmiş gəzinti həyətlərində aparılır. Təmizləmə zamanı atları, at bağlanan yerə, yaxud divardakı halqaya bağlayırlar. At-ların dırmaqlarının təmizlənməsi və nallanması xüsusi hazırlıq almış dəmirçiyə tapşı-rılır. Bu iş dəzgahlarda və heyvanın ayaqları açıq saxlanılmaqla görülür. Bu vaxt atın mehtəri onun yanında olmalıdır. Atların dırnaqlarının təmizlənməsi və nallanmasında kənar şəxslərin iştirakına icazə verilmir.

Tövlələrin bölmə və dəhlizlərində atların dırnaqlarının təmizləmək və onları nal-lamaq qadağandır.

Atları çay, göldə yalnız üzməyi bacaran fəhlələr çimizdirə bilərlər.

Nadinc, coşğun təbiəli atları yemləmək üçün yem təknələri düzəldirlər. Bu hal-da ylmı girəcək tərəfdən verir, bordağa daxil olmurlar.

İlxıları gecələr otarmaq üçün, həmçinin boranlı günlərdə ən azı iki növbətçi ilxı-cı təyin edilir. Növbətçi ilxıcı yəhərli at minməlidir. Bu məqsədlə yəhərsiz atlardan istifadə etmək olmaz.

Yaşlı atların, həmçinin ilxıdakı körpə heyvanların zootexniki və baytar müayinə-si ancaq ayrıca həyətdə aparılmalıdır. At qrupları dairə üzrə və ya düz istiqamətdə bir birindən azı 0,5 km və gediş-gəliş yollarından azı 0,5 km aralı otarılmalıdır.

İş atları, habelə öküzlər müəyyən mehtərə və sürücüyə təhkim edilməlidir. Atları, öküzləri yalnız saz arabalara, kənd təsərrüfatı alətinə qoşulmağla icazə verilir.

Canlı qoşqu nəqliyyatı (araba və s) dağlıq şəraitdə işlədikdə saxlama qurğusu ilə təchiz edilməlidir. Kənd təsərrüfatı alətlərinə qoşulmuş atları, öküzləri hətta ən qısa müddətli dayanacaqlarda belə nəzarətsiz qoymaq qadağandır. Düz torpaq yolda və qarlı yollarda habelə azacıq enişli yerlərdə canlı qoşqu nəqliyyatının, arabalar karvanı yaxud araba qruplarının hərəkəti zamanı adi yollarda 1,5-2 m., buz bağlamış yerlərdə isə 5m ara məsafəsi saxlanılmalıdır. Dik sıldırımlı enişlərdə arabalar arası məsafə bü-tün eniş uzunluğu qədər olmalıdır. Dik enişlərdə mütləq saxlama qurğusu tətbiq edil-məlidir. Qışda buzun qalınlığı kifayət qədər olmadıqda (15-18 sm dən az olduqda). Canlı qoşqu nəqliyyatının çay və göllərdə hərəkəti qadağan edilir; habelə yaz vaxtı buzlar çatladıqda və üstü su ilə örtüldükdə donu açılmış yerin 10m yaxınlığında hərə-kət etmək qadağandır.

Cavan atların arabada işləməyə öyrədilməsi ixtisaslı fəhlələrə tapşırılmalıdır. Bəhşi heyvanlar və onlara qulluq üçün zəruri olan bütün avadanlıqlar mütləq müəy-yən işçiyə təhkim edilməlidir. fermalarda vəhşi heyvanları qapıları möhkəm bağlanan qəfəslərdə saxlayırlar. Vəhşi heyvanlara qulluq zamanı dəri yaxud sırıqlı əlcəklərdən istifadə edilməlidir.

Vəhşi heyvanı tutarkən tor, tələ və digər vasitələr tətbiq edilir. Fermanın daxi-lində heyvanları biryerdən, başqa yerə köçürmə qutu və ya qəfəslərdə olmalıdır. Vəh-şi heyvanlar xüsusi nəqliyyat qəfəslərdə daşınır; hər qəfəsin dibi iki qat olmalı və qapısına möhkəm cəftə vurulmalıdır. Qəfəslərin tuacaqları elə düzəldilməlidir ki, vəhşi heyvanlar fəhlənin əllərini yaralamasın.

Vaqonlarda, təyyarələrdə, gəmilərdə vəhşi heyvan daşıyarkən qəfəslərin divar boyunca bir neçə mərtəbəyə yerləşdirilməsinə yol verilir. Bu zaman qəfəslər möhkəm bərkidilməlidir.

Vəhşi heyvanların kəsilməsi xüsusi olaraq ayrılmış və öyrədilmiş şəxslərə tap-şırılmalıdır.

Dəri emalı üçün fermadan kənarda xüsusi bina ayrılmalı, həmin bina aşağıdakı avadanlıqlarla təchiz edilir:

a) asqılar, qəfəslər, piysizləşdirmə dəzgahları, diyirlənən, sirkələnən barabanlar.

b) məcburi ventilyasiya;

v) yanğından mühafizə avadanlığı;

q) dezinfeksiya vasitələri, heyvanları və cəmdəkləri daşıma qutuları ilə təmin olunmalıdır.

Dərini bilavasitə vəhşi heyvan fermasında soymaq və piysizləşdirmək qəti qada-ğandır.

Heyvanları nəqliyyat vasitələrinə gündüz işığında, gecə vaxtı isə yaxşı işıqlan-dırma şəraitində xüsusi yükləmə meydançalarından, estakadalardan, möhkəm məhəc-cərli ayaqaltılardan yükləmək və boşaltmaq lazımdır. Buğaları, onlara qulluq edən maldarlar yükləyib boşaltmalı və daşınmalıdırlar. Heyvanları bir yerdən başqa yerə aparmaq üçün xüsusi növ maşınlardan istifadə etmək lazımdır. Bortlu maşında hey-van daşıyarkən onun bortuna azı 100-110 sm hündürlükdə qəfəsə əlavə edilməlidir. Heyvan daşınan maşında insanların aparılması qadağandır. Mal-qaranı sürüb aparma-ğa yaşı 18-dən aşağı olan fəhlələri habelə hamilə və südəmər uşağı olan qadınları göndərmək qadağandır.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin