Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə78/81
tarix01.01.2022
ölçüsü0,62 Mb.
#106927
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   81
innovasiya menecmenti

Mütləq  lisenziya  alan  lisenziat  ixtiradan,  əmtəə 

nişanından,  faydalı  modeldən  və  sənaye  nümunəsindən  tam 

istifadə  hüququnu  əldə  edir.  Bu  zaman  intellektual  mülkiyyət 

sahibi  lisenziata  qoruma  sənədinin  qüvvədə  olduğu  bütün 

müddət  ərzində  məhdudiyyət  qoymadan  istifadəçi  hüququnu 



 

72 


verir.  Lisenziar  üçüncü  şəxslərlə  lisenziya  predmeti  üzərində 

mülkiyyət hüququnu və lisenziata verilməyən hissədən istifadə 

hüququnu özündə saxlayır. Mütləq lisenziya almış şəxs isə öz 

növbəsində sublisenziya həyata keçirə bilər. 



Qeyri-mütləq 

lisenziya 

yalnız  lisenziatın  özünə 

lisenziya predmetindən istifadə hüququnu gec verə bilər. 

Belə  müqaviləyə  görə  lisenziat  sublisenziyanı  yalnız 

lisenziarın razılığı ilə həyata keçirə bilər. 

Müqavilələrdə təkcə mütləq lisenziya və ya qeyri-mütləq 

lisenziya  qeyd  etmək  kifayət  deyildir,  orada  hansı  hüquqların 

verildiyi, hansıların isə verilmədiyi mütləq göstərilməlidir. 



Açıq lisenziya istənilən intellektual mülkiyyətdən sərbəst 

istifadə etmək imkanı verir. Belə müqavilə yalnız patent sahibi, 

daha  doğrusu  ixtiranın  və  ya  sənaye  müəssisənin  sahibi 

tərəfindən imzalana bilər. Bunu üçün o, patent qurumuna ərizə 

təqdim edir və ərizə bu qurum tərəfindən cəmiyyətdə tanınmaq 

üçün dərc  edilir.  ərizənin  predmetindən istifadə  etmək istəyən 

şəxs patent sahibi ilə müqavilə bağlayır. 

Açıq lisenziyada patent sahibinin xərcləri az olur, patenti 

saxlama rüsumları 50% azalır və s. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin