Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə90/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   86   87   88   89   90   91   92   93   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

NARDAN XATIN
Xacca İsmayıl qızı

Qazax- 1928
Biri var imiş, biri yoxumuş, Allahın bəndəsi çoxumuş. Bir Ra­sul addı kişiynən, bir Nazdı addı arvat varmış. Bu ər-arvadın dal­vadal yeddi oğlu olmuşdu. Əmbə heç qızı olmamışdı. Oğlan­nar bajıları olmadığınnan çox qəmgin idilər. Bir gün analarına de­dilər:

– Ay ana, bajı çox mehrivan olur. Hayıf ki, bizim bajımız yox­du. İndi biz də bajımız olmadığınnan burdan gedərik. Alaçağ da­ğın başında oyçuluxnan dolanax. O vaxda qadar ki, sənin uşa­ğın olsun. Nazdı, havax oğlun olsa qapımıza yay, ox as, onda biz ge­dək, yox qızın olsa qapıya ələk as, onda gələrik.

Nazdı nə qədər yalvardı, başa gəlmədi. Axırda yeddi qardaş Ala­çağ dağa getdi.

Bu tərəfdən gün keşdi, ay keşdi. Nazdının bir qəşəng, gözəl qı­zı oldu. Bu qızın adını Nardan xatın qoydular. Nazdı qızı ol­du­ğun­nan söyünə-söyünə qapıya ələk asdı. Qapı-qapıya olaşıq tuş­man­­narı Məmişin arvadı Yomsa ələyi götürüf yay-ox asdı ki, Naz­­dının oğlannarı gəlməsin. Yeddi qardaş qapıya baxarkən, qa­pı­da yay-oxu görcək baş götürüf diyar-ba-diyar o qədər getdilər ki, axırda bir çöl biyabanda çox oylu olan bir yerdə yaxşı dəyə qu­ruf gündüzdər oy oyluyurdular. Gejələr dəyələ­rin­də yatırdılar.

Yazıx Nazdı oğlannarının dediyinə görə qapıya ələk asdısa da bir gələn olmadı. Nazdı qızı Nardan xatını söyə-söyə saxla­yır­dı. Nardan xatın böyüyüf on iki yaşına gələndə əlləməyax bir qız olduğunnan meymunnan itin qarımasınnan bir yaxşı balaja tu­la balası tutdu. Munu yanınnan elə örgətdi ki, hər şeyi qanırdı.

Günnərin bir günü Nardan xatın qonşuluqda yun iməjilinə get­mişdi. Orda çoxlu qarı və qız gəlin vardı. Qəzadan oların bi­ri... Buların içinə hay-küy düşdü:

– Görəsən, bu kim ola...

deyə bir-birini qorxuya salmışdılar. Biri anamın o biri qardaşı­mın başı üçün mən döyüləm – deyif arvatdarı inandıranda, Nar­dan xatın da – bu qara bücük tulanın başı üçün mən döyüləm – deyirdi.

Arvatdar hamısı gülüf, a günü qara, yeddi qardaşı olan da tu­la­nın başına and içərmi?

Mənim qardaşım nə gəzir. Onu bil ki, sənin yeddi qardaşın var. Hər biri bir mahalın cavabını verər.

Nardan xatın sərsəm dinməz-söyləməz anasının yanına gəlif əh­­val pursannıq eyləyəndə anası ağlaya-ağlaya afalatı qızı Nar­dan xatına söylədi. Nardan xatın gözünün yaşını bahar bulu­dun­dan yağış tökülən kimi töküf dedi:

– Ay ana, mən gərək qardaşlarımı harda olur-olsun tapam. Olar­sız mən nəyə lazımam. Nejə ki, olar bajı-bajı deyə-deyə çöl bi­yavana düşüflər. Anası nə qədər öyüt, nəsihət verdisə də bax­mı­yıf qaraja büjük də yanında yola düşdü. Gejə-gündüz surxa­la­şa qədər getdi ki, axırda həmən qardaşdarı olan məkana yetişdi. Nə gördü bir çadır var. Bu çadırın içində çiy ət, çörək və sairə var­dı.

Ancax bir ins-cins yoxdu. Nardan xatın öz-özünə dedi:

– Həlvət buranın bir yeyəsi var. Axşam gələr. Bu ətdən xö­rək pişirmək lazımdur. Nardan xatın yaxşı xörək, çörək hazırradı. Və özü də bir xəlvət yerdə gizdəndi. O tərəfdən axşam yeddi qar­daşı öyə gələndə xörək, çörəgi hazır, öyü-eşiyi dəzil-dozən gö­rüf mat-məhəttəl qaldılar. Bular yeyif içif yatdılar, savah olan­da biri bu sirri bilmək üçün öydə pusquda qaldı. Qalannarı oya get­dilər. Pusquda qalan nə gördü, bir yandan alaja bücük öyə gəl­­di. Munnan bir az sora qız gəldi.

Bu zaman oğlan qızın yanına gəlif hardan gəlif, haraya get­mə­­sini xavar aldı. Nardan xatın afalatı başdan-başa ona söylədi. Oğ­lan Nardan xatın bajısı olduğunu bilif bir-birini qucaxlayıf öpüş­dülər. Bu günnən həməşə yeddi qardaş oy oyluyuf gətirirdi. Nar­dan xatın da pişirirdi. Yeyif dolanırdılar. O tərəfdən Nardan xa­tınnan balaja bücük bir belə əhdnama bağlamışdı. Biri-biriy­nən ayrı heş bir şey yeməsinnər. Bir gün Nardan xatın yadınnan çı­xıf ayrı xorək yeyəndə balaja bücük gördü ki, o and işdi ki, da­ha mən burada qalmıyajam. Tula acığa düşüf bir gün Nardan xa­tın öydə olmuyan zaman siyif odu keçirdi və özü də baş götürüf get­di. Qız öyə gələndə gördü, od keçif bildi ki, balaja bücüyün işi­di. Xörək hazır olmadığınnan qapıya çıxıf oddan ötrü hər yana ba­xırdı. Bir də gördü ki, uzaxda bir tüsdü görünür. Nardan xatın ba­lağını belinə sancıf həmən tüsdü gələn tərəfə ilğadı. O tüsdü gə­lənə yetişəndə gördü ki, bir qızı saçınnan asıflar. Nardan xatın nə üçün asıldığının səbəbini soruşanda o qız belə cavaf verdi – Mən Xəyriab şahının qızıyam. Həmən mə­ni saçımnan asan İn­qi­raz döy mənə aşıq olduğunnan Xəyriabdan bu məkana gətirdi. Mən ona rəy vermədiyimnən belə saçımnan asılmağıma səbəb ol­­muşam. İndi sən yazıxsan, hər nə lazımsa götü buradan get – Nar­dan xatın qorxa-qorxa ordan bir az götürüf tələsik qaçarkan ci­binnən yumax kələfi düşüf çözdənə-çözdənə gəlif öyünə çıxdı. O yannan İnqıraz döy öyünə gəlif.

Adam-adam iyisi gəlir

Yağlı badam iyisi gəlir

Qatır gəlsə dırnax salar

Quş gəlsə qanat salar. –

deyə-deyə qızının yanına gəlif – buraya kim gəlmişdi – deyə xa­var aldı.

Qız cavaf verdi:

– Ay canım, buraya heç kim gəlmiyif. O adam iyisi mənim iyim­­di. Döy duymuş kimi inanmıyıf oyan-buyanı dolanarkan Nar­­dan xatının saf kələfi gözünə sataşdı. İnqıraz bildi ki, buraya adam gəlifmiş ki, kələfi də açılıf qalıfdı. Ona görə kələfi dəs­də­lə­yə-dəsdələyə düz Nardan xatıngilə gəldi. Bilmiş adam kimi döy deyir.

– A Nardan xatın! A Nardan xatın, anan sana üzük yolluyuf. Aş qapıyı, onu sana verim və ya barmağını çıxart üzüyü bar­ma­ğı­na taxıf gedirəm.

Nardan xatın anasının adını eşidif inandı. Ona görə də bar­ma­­ğını eşigə çıxartdı. Bu zaman döy Nardan xatının barmağını di­şinin arasına qoyuf o qədər sordu ki, Nardan xatın laf bihuş ol­du. Döy qızı ölmüş bilif öyünə getdi. Axşam olanda yeddi qar­daş­dar öyə gəldilər və qapını bağlı görüf təəccübə düşdülər.

Ona görə bir təərnən qapıyı açıf içəri girəndə bajılarını bihuş gör­dülər. Olar bir təərnən bajılarını huşa gətirdilər. Və onnan bü­­tün afalatı bilənnən sonra İnqıraz döyun öyünə getdilər. İn­qı­raz döyü tutuf onun tusdağında olan qızı da Azad şah qızını da azad eyləyənnən sonra İnqırazı da gətirif öylərinə gəldilər. Öy­lə­rin­də İnqıraz döyu öldürüf öylərinin sol tərəfinə basırdılar. Ay keş­di, il gəldi. İnqıraz döyün qavrının üsdünnən yeddi gül bitdi. Nar­dan xatının qardaşı yeddi olduğunnan bu gülün də yeddi ol­du­­ğuna görə onun xoşuna gəlif gülləri dərif sandığına qoydu ki, ha­vax gönlü istiyəndə çıxardıf baxsın. Bir gün çıxardıf baxanda gör­dü ki, bu yeddi gül yeddi qənirsiz gözəl qız oluflar.

Nardan xatın bu afalatı qardaşdarına söylədi və o qızdarın hə­­rəsini birinə aldı. Qardaşdarı bajıları Nardan xatını çox istə­dik­­­lərinnən həmən İnqıraz döyün nəsilləri olan qızlar Nardan xa­tı­nı öydən rədd eyləmək üçün ona suyunan, xörəknən, çörək­nən xəl­vət ilan, çayan verdilər. Az vaxda Nardan xatının qarnı şişib bur­nuna dəydi. Bu zaman yeddi qardaşdar arvatdarınnan xavar al­dılar ki׃ – Nardan xatının qarnı yellənməsinə səbəb nədi?

Döy qızdarı cavaf verdilər:

– Biz nə bilək, hası lotu-butdan tutuf, yaqın ki bajınızın oy­na­­şı var. O dəngəsərlər döy qızdarının sözdərinə inanıf bajılarını öy­lərinnən qoyladılar.

Nardan xatın ağlaya-ağlaya az gedif-çox gedif axırda bir da­ğın başında bir sürüyə yətişdi. Sürünün iki çovanı Nardan xa­tı­nın yanına gəlif, biri dedi: bu qız mənimdi, o biri dedi mənimdi, mən aparajam. Çovannarın sözdəri çəfləşif qoyun sahavı Əhməd Ço­van çomağı və xançalı çekif dedi:

– Mən bu qızdan tən yarı kəsif öz payımı aparajam.

Çovan Əhməd xançalı endirif, qaldırıf vurmax istiyəndə Nar­dan xatın qorxuf qarnındakı bütün ilan və çayan qusdu. Özü də axırda dedi:

– A canım nəyə mənnən ötrü biri- birinizi qırırsınız, bir qız bir oğlanındur. Odu ki, mən çovan Əhmədə getmək istərəm. Ço­van Əhməd Nardan xatınnan öyünə gəlif onun kəvinni özünə kəs­dirdi.

Bu vaxtdan gün, ay keçif Nardan xatının bir oğlu oldu. Nar­dan xatının bu oğlu yekələnif hər buyruğa gedəsi oldu. Bu za­man Nardan xatın həmən qardaşdarı at sulayan yerə oğlunu qa­mış ata mindirif dedi:

– Suyun qırağına gedəndə “A atım, su iç, a atım su iç... de.

Oğlan anasının təybiri üzrə qarğı atı minif həmən dayıları at su­ladığı yerə gəldi.

O qədər gözdədi ki, dayıları at sulamağa gəldilər. Bu zaman Nar­­dan xatının oğlu qarğı atı minif oların at suladğı yerə gəldi. Və atım su iç, a atım su iç... dedi”. Yeddi qardaşdar gülə-gülə:

– A .... oğlu, qarğı at da su içərmi....dedilər.

Uşağ cavaf verdi:

– Bə yeddi qardaş da bir bajıdan keçərmi – deyif, qarğı atı sü­rüf körpünün üstündə oturdu və onnan sonra civinnan aşığı çı­xar­dıf:

A aşığım şek dur,

Nardan xatın oğluyam.

A aşığım şek dur,

Yeddi qardaşdar yeyəniyəm.

Bu sözdəri deyə-deyə aşığ atırdı. Yeddi qardaşdar bu uşağ­dan Nardan xatın adını eşidif onun yanına gəldilər və afalatı on­nan xavar aldılar. Uşax Nardan xatının afalatını başdan-başa da­yı­larına nağıl elədi. Dayıları uşağı da qucağına alıf bajıları Nar­dan xatının yanına gəldilər və onnan da gənə bütün afalatı ög­rən­dilər. Nardan xatın qardaşlarının alnınnan, ayağınnan öpüf, ay gözümün nuru və dizimin taqəti qardaşdar, sizi sirdaşlarınız yol­dan çıxartdı. Odu ki, siz də məni qovaladınız. Əmbə mən və siz də mənnən əl çekmiyək. Çünki “Ər eldən gəli, uşax beldən gə­li, vay qardaş dərdi”. Bəlli uyurdan gələn yeddi qardaşdar ba­jı­larını belə namusdı görüf tutduxlarınnan peşman oldular, Nar­dan xatının nişannısı Əhməd çovan öyə gələndə onu, bajılarını və bajı oğlularını özdərinnən baravar alçax dağda öylərinə gə­tir­dilər. Bu zaman haman arvatdarı döy qızdarı öldürüf Xeyriab ca­ma­lınnan hərəsi bir qənirsiz gözəl və ağıllı qız aldılar və ata-ana­la­rını da öylərinə getirif qulaqları dinc, oyçuluxnan ağ günnər için­də ömür keçirməyə başdadılar.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin