Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə18/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   ...   10   11   12   13   14   15   16   17   18

Şuralar

Şuraların səyi budur:

Dünyada bir ad eyləsin

Hər yandakı xərabə var

Şənləsin abad eyləsin.
Cəhd eyləyər oxutmağa

Fələ-kəndli oyatmağa

Təyyarələr uçurtmağa

Elimini icad eyləsin.


Əzəldən budur iqrarı

Səvməz xain hiləgarı

Zilət çəkən məzlumları

Zülmüdən azad eyləsin.


Var bir neçə kapitalistlər

Şura əleyhinə işlər

Tez qurulsun “sosyalistlər”

“Söynü” də bir yad eyləsin.

Aşıq Hüseyn sözünü qurtarar-qurtarmaz məclis tərəfindən gu­rultulu alqışlarla qarşılandı. Hürmətli olunuz, deyə-deyə keçib ye­rində oturdu.

O biri gün el ədəbiyyatını toplamağım xüsusunda söhbət aç­dım.

“Doğrusu bən 20-yə qadar nağıl və dastan bilirəm, söyləyim, xo­şuna gələni yaz götür” dedi.

Aşıq Hüseynin dediklərini dinləyərək yazdım. Sonra yol­daş­la­rının sözlərini qələmə aldım.

Onlar ilə xudahafizləşib qəsd etdiyim Göyçəli mahalına aş­dım. Buranın mühiti və şəraiti bambaşqa idi. 50-60 kəndə malik olan bu mahal Göyçəli gölünün başından, yəni Qaraqoyunlu eli­nin Çantepə adından yaylağından başlamış ta Qarabağ dağ­la­rı­na­dək uzanmışdı. Burası bənim üçün daha xoş, əlverişli idi. Çün­ki Göyçəli elləri aşiqlərin çox bol olan bir yeri idi. Buraya gəl­məkdə ümdə məqsədin gözəl yerimi lirik parçaları ilə bütün Göy­çəlidə və Azərbaycanda məşhur olan Aşıq Ələsgərin mah­nı­la­rını toplamaq idi.

Çox zəhmətlə çölləri, qırları dolaşa-dolaşa gəlib yaşadığı Ağ kilsəyə çıxdım. Kənd şurası Əli Paşa yoldaş bəni hürmətlə qar­şı­la­dı. Kəndli idarəsinə apardı. Nə üçün gəldiyimi ona bildirdim. Bü­­tün kənd əhlini buraya topladım. Tanıdığım məşhur sima­lar­dan şair İmanı və aşıq İbrahimi xəbər aldım. Cəvabımda:

– Yoldaş, sən nə qadar söz istəyirsən yaz. Aşiq nəyinə la­zım­dır. Onsuz da bizim hər birimiz bir aşığıq – dedilər.

Doğrudan da belə imiş. Hərənin bir sazı var idi. İstədiyin qa­dar nağıl və söz bilirdilər.

Bir neçə gün haman kənddə qalıb material topladım. Hansı bi­rini dindirəndə söylüyüm-söylüyüm üstündən yağdırırdılar. Ağ kilsədən sonra Dəli dağda aşıq Məhəmməd, Yar Ağbulaqda şair Qasım, Toaşanda Mirzə Səmədlə görüşdüm. Bu surətdə hər binədə, hər obada aşıqlardan, dünya görmüş babalardan və günü keçmiş qoca nənələrdən bir çox parçalar alıb yazdım. Qəzalara ilk səfərim böylə keçdi; yay qurtardı, köçəri ilə geri döndüm.

Hümmət Əlizadə
Nağılçılardan bəzilərinin tərcümeyi-halı
HÜMMƏT ƏLİZADƏ
Hümmət Əlizadə yoldaş 1907-ci ilin oktyabr ayının 10-da Qa­zax qəzası Həsən Su mahalının Köçəsgər kəndində dünyaya gəl­mişdir. İbtidai təhsilini Tavus məhəllə məktəbində görmüş, la­kin atasının vəfatından dolayı üzərinə yüklənən ailənin təmin mə­sələsi onu məktəbdən uzaqlaşdırmış, nökərçiliyə və muz­dur­çu­luğa məcbur etmişdir.

Azərbaycan şuralaşdıqdan sonra iş büsbütün dəyişmişdir. Hüm­mət Əlizadə yoldaş mənsub olduğu Lenin kommunist Gənc­lər, Yer və Meşə işçiləri ittifaqında göstərdiyi fəaliyyət sa­yə­­sində 1924-cü ildə qəza komitəsi tərəfindən Azərbaycan Mər­kə­zi Türk İşçi fakültəsinə göndərilmişdir. Yoldaş Əlizadə eyni fa­kültəni bitirib, Ali Pedaqoji İnstitutunda təhsilinə davam et­mə­də­dir.

Bakıya gələndən sonra Hümmət yoldaş “Azərbaycanı öy­rə­nən cəmiyyət”ə üzv olmuş və o zamandan bəri Azərbaycanı do­la­şar və xalq ədəbiyyatının toplanması ilə məşğul olar. Topladığı ma­terialda bəzi qüsurların göründüyü təbiidir, çünki folklor top­la­ma üsullarını bir gənc tələbə incədən-incəyə tətbiq edəməzdi. Hər halda yoldaş Əlizadənin xalq ədəbiyyatı sayəsindəki xid­mə­ti diqqətə layiq və faydalıdır.

İrəlidə təhsilinin yüksəlməsi sayəsində qüsurlarının yox ol­ma­sına və bizə bir çox yeni materiallar toplamasına əmin və ümid edəriz.




GÖYÇƏLİ AŞIQ ƏLƏSGƏR
Aşıq Ələsgər Göyçəli mahalının Ağ kilsə kəndindəndir. Ana­­dan olduğu və vəfat etdiyi tarixləri məlum deyil.

Deyildiyinə görə təxminən 1921-ci ildə 60 və 70 yaşlarında və­­fat etmişdir.

Aşıq Ələsgər bir o qadar tanınmış aşıqlara qulluq et­mə­miş­dir, o zəka və istedadı sayəsində hələ gənc ikən bir ustad, bir sə­nət­kar kimi saz çalmağa və bidahətən söz söyləməyə başlamışdır. El için­də o zaman böyük şöhrət qazanmışdır. Onun ilk söylədiyi şeir­­lərə qarşı zamanında yaşayan qüvvətli aşıqlar özlərini aciz hiss etdikləri halda son zamanlar yaratdığı sənətinə daha məftun olub ona bir ustad nəzəri ilə baxmış və ondan istifadə etməyə ça­lış­mışlar.

Aşıq Ələsgərin coşğun bir irmaq kibi təbii şeirlərindəki li­riz­mi yalnız aşıqlar deyil, bir çox mühüm şairlərimizdə böylə nə­zə­rə çarpmayır. Ələsgər yaşadığı mühitdə qız-gəlin, dağ, qaçaq, molla haqqında yığın-yığın dəyişmələr, dodaqdəyməzlər təc­nis­lər, müxəmməslər, divanlar, nəsihətlər, həcvlər söyləmişdir. Gö­zəl­ləmə və qoşmalarında təqlid edilməz bir rəssamdır. Savadsız olduğu halda söylədiyi şeirlər hər kəs tərəfindən bənimsənmişdir. Qa­zanmış olduğu şöhrət sayəsində onun yanına yaxın, uzaq yer­lər­dən gələn şayirdlərin sayı həmişə 40-50-yə çatmışdır. Za­ma­nın­da onunla dəyişən olmuş dursa da kimsə onu bağlaya bil­mə­mişdi. Məclislərdə ona qarşı söz söyləyən aşıqlar qüvvətli və gözəl cəvablarla hər kəsi heyrətdə buraxmışdır. Hətta şagirdləri to­ya və nişanə gedərkən “aşıq Ələsgərin şagirdidir” deyə heç bir aşıq ona yanaşmamışdır.

Başqalarına nisbətən aşıq Ələsgərin şeirləri daha həyatdadır. Hər zaman xalqın arzusunu nəzərə almış, el ilə ağlamış və el ilə də gülmüşdür:

Həsən dədə, Həsən baba qoşardım,

Xanbulaq yaylağı xoş tamaşadı.

Arsız aşiq elsiz nə yaşadı

Ölsün Ələsgər tək qulların dağlar.

Aşıq Ələsgərin hər bir şeirini el hafizəsinə yerləşdirərək ço­ban­lar, naxırçılar səvə-səvə oxumuşdur.

Onu hər kəsə səvdirən xüsusiyyət səmimiyyət, təbiilik və in­cə­likdir. Mühitində gördüyü hər bir şeyi bir sənətkar kibi ya­rat­mış­dır. Aşıqlar tərəfindən yüzlər və bəlkə də nəzirələr yazıl­mış­dır. Lakin onun qadar müvəffəq olan yox kibidir.
AŞIQ ƏLİ RƏHİM OĞLU
Aşıq Əli 1867-ci ildə İran məmləkətinin “Sulduz” qə­sə­bə­sin­də anadan olmuşdur. 8 yaşlarına kibi atası Rəhimin özünü do­lan­dıran qadar varı olduğu üçün evlərində rahət yaşamış, 8 ya­şın­dan sonra maldarlıqla və nihayət 12 yaşlarından 15 yaşına qə­dər də dəmirçi şagirdi olmuşdur. 15 yaşından 17 yaşına qadar cüt sürmüş 17 yaşından atlı sərbazı olub 20 yaşına varanadək ha­­man vəzifədə bulunmuşdur. 22 yaşından Rusiyaya köçmüş, fə­ləlik, əkinçilik və bu kibi işlərlə uğraşmışdır. 29 yaşlarında ye­nə vətəni Sulduz qəsəbəsinə qayıtmış, 4 il bağbançılıq etmiş və 33 yaşında yenə Rusiyaya dönmüş, müxtəlif şəhərlərdə do­la­şa­raq istedadı sayə­sində istər İranda və istərsə də Rusiyada məşhur saz şairlərindən layiqincə aşıqlıq öyrənmişdir. O vaxtdan indiyə qadar həm aşıqlıq və həm də fələlik və əkinçilik işi ilə məşğul olmuşdur.

Aşıq Əli savadsız olduğu halda çox ölkələr gəzdiyinə görə fars, türk, yəhudi və kürd dillərini gözəlcəsinə bilir. O söy­lə­dik­lə­rinə görə İranı, Hindistanı, Ərəbistanı, Türkiyəni, Misri, Hə­lə­vi­ni və Çini gəzmiş və bu müddət içərisində həyatını başqalarına muz­durluq etməklə keçirmişdir.

Aşıq Əlinin uca zümzüməli səsi, gözəl oxumaq qabiliyyəti və son dərəcə yaxşı nağılbazlığı var.

Bunlar onu Azərbaycanda xüsusən Qazax, Gəncə qəza­la­rın­da tərifə gəlməz məşhur etmişdir.

Aşıq Əli hal-hazırda Qazax qəzası Həsən Su mahalının Kö­çəs­gər kəndində yaşamaqdadır.
ŞAİR VƏLİ
Şair Vəli 1892-ci ildə Qazax qəzası Tavus nahiyəsinin Bo­zal­qanlı kəndində doğulmuşdur. Bozalqanlı kəndi maldarlıq ilə ya­şayan bir xalq olduğundan atası Aslan Vəlinin qoyun və mal qa­rasını otarmışdur. Vəli 18 yaşlarına qadar naxırçılıq ilə məş­ğul olmuşdur. Sonra bir papaqçı yanına gedib papaqçılığı la­yi­qin­cə öyrənmişdir.

Şair Vəli şeir söyləməyə 18 yaşlarından qoyuna getdiyi za­man başlamışdır. Öz istedadı və fitri və zəkası sayəsində yaşa­dı­ğı həyatı və şəraitə uyğun mahnılar demişdir. 22 yaşında Bakıya gə­lərək əvvəllərdə səthi bildiyi papaqçılığı daha da mükəmməl bil­mək üçün yenə də papaqçı şagirdi olmuşdur.

24 yaşında Tavusa dönərək özünəməxsus papaqçı dükanı aç­mış, həm papaqçılıq eyləmiş və həm də şairlik qabiliyyətini aş­kara çıxarıb, xalqın əhval-ruhiyyəsinə, bədii zevqinə və görüş du­yuşuna uyğun tərzdən mahnılar demişdir. Bu minval ilə ha­man sənətlərdə 30 yaşına qadar çalışmışdır. 30 yaşından baş­la­ya­raq əkinçilik ilə məşğul olmuş, əvvəllər sevmədiyi papaqçılığı ata­raq əkinçiliyə, maldarlığa və son dərəcə sevdiyi el şairliyinə baş­lamışdır. Hala da el şairlərinin ən çox olan yeri Tavusda həm əkin­çilik, maldarlıq həm də şairlik ilə məşğul olmaqdadır.
GÜLLÜ XALA
Güllü xala 1839-cu ildə Maraqlıca adlı yaylaqda anadan ol­muş, çəmənli-çiçəkli, saf havalı yaylağın canlı təsiri Güllü xa­la­ya da silinməz izlər buraxmışdır. 10-12 yaşlarınadan dəstə-dəstə qız arkadaşları ilə çiyələk, morux dərməyə gedərkən o gülşanlı hə­yatını eşq və həvəsilə qoşmalar mənzum, mənsur nağıllar və das­tanlar söyləməklə keçirmişdir. Böyləliklə, 60-70-ə qadar na­ğıl bilər ki, bunların əksəriyyəti eşqi və əfsanəvidir.

Bu gündə varlı bir ev başçısı vəcz nəşəsindən uzaqlaşmayan hə­qiqətən bir el yaradıcısı nümunəsi olaraq qalır. Oğul, qız onun qon­şu tərəfindən qayət hürmətlə qarşılanan bu qadın ömrü müd­də­tində gördüyü hadisələri vaqiələri 15 yaşında həvəslə öy­rən­di­yi nağıllar sırasında öz gönül dəftərindən bir monoloq kibi söy­lə­məyə qabildir. Hər kəs bilmədiyini güvənərək Güllü xaladan sual edib kifayətli cəvablara nail olar.


XƏDİCƏ XALA
Xədicə xala 1854-1855-ci illərdə Dərəçiçək mahalının Qo­çulu kəndində anadan olmuş, olduqca kasıb bir ailə tərbiyəsi ilə bö­yümüşdür. Cocuğluğunu tam mənası ilə fəna bir vəziyyətdə ke­çirmişdir.

Kiçik yaşlarında ata və anasını qeyb edərək evdə tək qal­mış­dır. Ancaq onu himayə edəcək bir qoca xalası olmuşdur ki, bu da onu həmişə döyə-döyə saxlamışdır. Bu qız 9-10 yaşlarında öz əmisi oğluna ərə verilmişdir. Bu izdivacdan az keçər-keçməz iki uşağı olmuş, onlar da çox kiçik vaxtlarında atalarını qeyb etmiş­lər, özü yetimlik həyatından qurtarır-qurtarmaz yetim cocuqlar onun boynuna düşmüş bir müddət yetimcikləri çətinliklə sax­la­yıb böyütmüşdür. Fəqət başa qadar himayə etməyə qüvvəsi ol­ma­dığından ikinci bir ərə getmişdir. Bu ikinci ərinin zamanında Xə­­dicə xala yaxşı həyat keçirmişdur. Lakin bir qadar keçdikdən son­ra onun ərini öldürürlər, həyatı daha da fənalaşmışdır.

Azərbaycan şuralaşandan sonra yerli hökümət tərəfindən nü­fuz etibarı ilə ona torpaq verilmiş və uşaqları komsomol və şura üzv­lüyünə qəbul olunmaqla bərabər yeni məktəblərə ezam olun­muş­dur. Bundan sonra bu cocuqlar analarını saxlamağa baş­la­mışlar.

Xədicə xala yetim zamanlarından başlayaraq bir nev ələm­lə­ri­ni, kədərlərini unutmaq üçün məşhur nağılçılardan dastan, na­ğıl, masal və sair öyrənməyə başlamış, böyləliklə yığın-yığın na­ğıl öyrənməyə müvəffəq olmuşdur. Özünün dediyinə görə 50-60-a qadar nağıl bilir.

Xədicə xalanın cocuqluqdan keçirmiş olduğu ağır vəziyyəti onun öyrəndiyi və bənimsədiyi nağıllara çox təsir yapmış, zira ən çox bildiyi və hafizəsində yerləşdirdiyi nağıllar acı, bədbin fa­ciəli və tam mənası ilə müdhiş və qızğın bir həyatı andırır.
AŞIQ MİRZƏ
Mirzə Əhməd oğlu 1895-ci ildə anadan Qazax qəzası Əmir Şəmsəddin nahiyəsinin Çilovdarlı kəndində təvəllüd etmişdir. 7 yaşından məktəbə dəvam etmiş, 15 yaşında bir nev oxuyub yaz­ma­ğı bildiyindən sonra məktəbdən çıxmış cocuqluqdan sevdiyi aşıq­lığa getmişdir. Məşhur şair və ustad sayılan aşıq Hüseynə bir müddət şagird olmuş, oxumağı və saz çalmağı yaxşı bə­nim­sə­dikdən sonra ustadın yanından çıxıb özü bir sərbəst aşıq ol­muş­dur.

Aşıq Mirzənin yaxşı uca səsi və yaxşı nağıllar söyləməsi onu el içində məşhur etmişdir. Qazaxda Bir May bayramı mü­na­si­bətilə düzənlənən el aşiqlərinin yığıncağında birincilik al­mış­dır.

Aşıq Mirzə Tavusda yenə də son dərəcə məharətlə bildiyi aşıqlıq ilə məşğuldur.
AŞIQ ƏSƏD
Aşıq Əsəd 1883-cü ildə Göyçay mahalının Qaraqoyunlu kən­dində anadan olmuşdur.

12 yaşında atası vəfat etdiyindən böyük bir ailə yükü onun üzərinə düşmüş, onu idarə edə bilmək üçün beş il xidmət etməyə məcbur olmuşdur. Nökərçiliyi zamanlarda dağlarda, yamaclarda mal-qaranı otararkan eşitdiyi və öyrəndiyi el mahnılarından oxu­mağa başlamış və arabir də özündən söz demişdir.

Aşıq Əsəd çöllərdə, qırlarda ney çala-çala mahnı oxuya-oxu­ya yaşamış və böylə həyat onda aşıqlığa böyük bir həvəs və bö­yük bir zevq oyatmışdır: daha mal otarmaqla çalmaq ça­ğır­maq onun zevqini təmin edəməmişdir. Ona görə nökərçiliyi tərk edə­rək aşıqlığa başlamışdır. Aşıqlıqla ailəyi idarə etmək olmaz, de­yə böyük qardaşı dəfələrlə aşıq Əsədin sazını qırmış aşıqlığa get­məyinə mane olmuşdur.

Aşıq Əsəd aşıqlığı 20 yaşına qadar gizlin etmişdir. Lakin on­­­dan sonra qardaşının razı olmamağına baxmayaraq səmimi qoş­maları incə gözəlləmələri ilə eldə, obada məşğul olaraq və qa­bil ystadlardan sayılan aşıq Əli Əsgərin yanında şagird olmuş, çox keçmədən saz çalmağı, söz oxumağı gözəlcəsinə öy­rən­miş­dir. Əvvəlləri şagird olan aşıq Əsəd ustalaşmış və sərbəst olaraq za­manəyə aid şeirlər söyləməkdə və düzəltməkdədir.

Aşıq Əsəd yığın-yığın təcnisləri, müxəmməsləri, mü­rəbbe­lə­ri, dodaqdəyməzləri, dəyişmələri xüsusilə gəraylı və gözəllə­mə­ləri ilə Göyçay, Qazax və Gəncə mahallarında böyük hörmət və bö­yük şöhrət qazanmışdır.

Aşıq Əsəd bununla da qalmamış, o yeniliyə aid bir çox şeir­lər söyləmiş və hər zaman şura, firqə, gənclər yığıncağında ça­lış­mış və oxumuşdur. Böyləliklə, 1927-ci sənədə Qazaxda Bir May bayramı münasibətilə çağırılmış qəza aşıqlar yığıncağında Xalq Maarif Komissarlığı tərəfindən Bakıda çağırılmış aşıqlar qu­rultayında bütün Azərbaycan aşıqları içərisində birinciliyi qa­zan­mışdır.



BAŞLIQLAR
Azərbaycan folklorunun ilkin nəşrləri (AFİN)

seriyasından çap olunmuş kitablar 3

İsrafil Abbaslı. “Nəcib məqsəd, gözəl nəticə”dən

doğan “Qu quşunun son nəğməsi”, yaxud

Hümmət Əlizadəni anarkən 4

Şahzada İbrahim 10

Tahir Mirzənin nağılı 53

Şahzada Qasımın nağılı 76

Şahzada Bəhramın nağılı 103

Məlik Məhəmmədin nağılı 134

Moğum Şahın nağılı 150

Beylibozun nağılı 170

Piyalagözün nağılı 185

Nardan xatın 189

Paracanın nağılı 195

Nəcəfin nağılı 199

Fatmajıxnan Kavıjığın nağılı 212

Kötükçü Abbas 223

Şah oğlu Şah Abbasın nağılı 237

Xəddixumarın nağılı 247

Doqquzum paranın nağılı 257

Allahverdi çovanın nağılı 260

Dərzi qızı Dərdiyoxun nağılı 277

Qarı 282


Qırxlar qannısı Ağ döyrüşün nağılı 284

Ağ atın nağılı 293



El ədəbiyyatını necə topladım 302

Nağılçılardan bəzilərinin tərcümeyi-halı 308

Hümmət Əlizadə.

Azərbaycan el ədəbiyyatı (Nağıllar).

Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013.

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Sönməz Abbaslı
Kompyuterdə yığdı:

Səadət Əliyeva
Korrektoru:

Vüsal Abıyev
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva
Kağız formatı:

Mətbəə kağızı: № 1

Həcmi: 316

Tirajı: 300

Kitab AMEA Folklor İnstitutunun

Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən

ofset üsulu ilə çap olunmuşdur.





1 Azərbaycan ədəbiyyatı inciləri (dastanlar), Bakı, Yazıçı, 1987

2 Dastanlar və nağıllar. Toplayanı H.Əlizadə, Bakı, Azərnəşr, 1937, s. 178-196, 118-156, 296-316

3 Dastanlar və nağıllar. Toplayanı H.Əlizadə, s. 180

4 Azərbaycan aşıqları. Toplayanı H.Əlizadə, s. 201-202

5 Yenə orada, s.3

6 Dastanlar və nağıllar. Toplayanı H.Əlizadə. Bakı, Azərnəşr, 1937

7 M.H.Təhmasib. Nəcib məqsəd, gözəl nəticə, “Ədəbiyyat və incəsənət” qəzeti, 20 iyul, 1968-ci il

8 Aşıq Ələsgər. Toplayanı H.Əlizadə, Bakı, 1934, 1935, 1937; Aşıq Hüseyn Bozalqanlı. Toplayanı H.Əlizadə, Bakı, 1938; Aşıq Əsəd. Toplayanı H.Əli­zadə, Bakı, 1939

9 Həbibova Z.Z. Hümmət Əlizadənin folklorşünaslıq irsi. Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferatı, Bakı, 2009, s. 15

 Kitabdakı tərcümeyi-hallar Hümmət Əlizadə tərəfindən yazılmışdır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin