Şəkil 8. İP paketlərin bir hostdan digər hosta çatdırılması məqsədi üçün İP paketə göstərilən kanal səviyyəsinin xidmətlərinin təsviri
Şəkil 1.2 – də dörd addım göstərilmişdir
Larry İP paketi Ethernet başlıq və Ethernet sonluq arasında inkapsulyasiya edərək Ethernet kadr hazırlayır.
Larry Ethernet kadr bitlərini Ethenet kabeldəki elektrik axını vasitəsilə fiziki olaraq ötürür.
R1 marşurutlaşdırıcısı fiziki olaraq kabel vasitəsilə elektrik siqnallarını qəbul edir və eyni bitləri siqnalların interpretasiya köməyilə yenidən hazırlayır
R1 marşurutlaşdırıcısı İP paketi Ethernet kadrdan Ethernet başlıq və sonluğu silmək və atmaqla deinkapsulyasiya edir.
İnternetə qoşulmuş istifadəçinin məlumatını, sənədlərini və fayllarını kiçik informasiya paketləri vasitəsilə uzaq məsafədə yerləşən nöqtələrə göndərməkdir. Kiçik paketlərə bölünmüş informasiya İnternet xətlərində bir-birindən asılı olmadan göndərilir. Bundan başqa, paketlərdə verilənlər nişanlanırlar ki, bunun köməyi ilə qəbul olunma ardıcıllığı pozulsa belə, nəticədə komputer nişanlara uyğun informasiyanı qəbul edir. Əgər göndərilən informasiya müəyyən olmayan səbəbdən xətdə itərsə, komputer həmin informasiyanı nişanın köməyi ilə təkrarən sorğulayır və göndərilən informasiyaya uyğun olan məlumatı və ya faylı bərpa edir.
Komputer qovşaqları dünyanın bütün ölkələrində vardır və onların sayının dəyişməsi onu göstərir ki, İnternet qlobal varlıqdır və ona qoşulanların sayı getdikcə artmaqdadır. Komputer qovşağı İnternetdə özünəməxsus ünvana malikdir. Ünvanın funksiyası analoji olaraq ev və ya iş ünvanına uyğundur. Əsas məqsəd bir nöqtədən digərinə informasiya göndərərkən informasiyanın ünvana çatdırılmasıdır.
İnternetdə komputerləri ünvanlamaq üçün DNS (Domain Name System) adlı domen sistemindən istifadə edilir. Ünvanlar rəqəmlər və adlar ardıcıllığı kimi təqdim oluna bilər. İnternetdə komputerlər verilənləri göndərmək üçün rəqəmli ünvanlardan, insanlar isə adlarla olan ünvanlardan istifadə edirlər.
DNS adlı domen sisteminin meydana çıxması hökumət orqanları tərəfindən şəbəkənin inkişafı üzərində nəzarətin itirilmasinə gətirib çıxarmışdır. Elə bu zamandan etibarən öz-özünə inkişaf edən, qeyri-mərkəzləşdirilmiş ierarxik struktur olan İnternet anlayışı meydana gəlmişdir.
Dostları ilə paylaş: |