Şəkil 10.. Seqment paket və freym (kadr) terminlərinin izahı
Hal – hazırda TCP/IP çoxlu sayda müxtəlif tip tətbiqi proqramları dəstəkləyir və hər bir tipin müxtəlif Keyfiyyətli Xidmət (Quality of Service – QoS) tələbləri var. Ümumilikdə QoS iki tətbiqi proqram arasında və ümumiliyyətlə şəbəkədə verilənlərin ötürülməsinin keyfiyyətini müəyyən edir. QoS tez – tez bu keyfiyyətləri dörd rəqabətdə olan xarakteristikalara bölür :
Buraxma zolağı (Bandwidth) : tətbiqi proqramın əla işləməsi üçün lazım olan bir saniyədə ötürülə bilən bitlərin sayi bu böyük həcmlə bir istiqamət ilə və ya tarazlaşdırılmış şəkilə əsaslana bilər
Ləngimə (Delay) : bir İP paketin göndərndən qəbul edənə getməsinə lazım olan vaxt.
Əsmə ( Jitter) : ləngimədə dəyişiklik.
İtgi (Loss) : təyinatı yerinə çatmadan şəbəkə tərəfindən imtina edilən paketlərin (hansıların ki , TCP – dən istifadə zamanı təkrar göndərilməsi tələb olunur ) faizi
Tətbiqi proqramların üç əsas kateqoiyası var
paket ,
interaktiv
real zaman
Paket tətbiqi proqramlar daha çox iki proqram prosesləri arasındakı buraxma zolağına diqqət yetirir. Belə proqramlarda çox hallarda insanın iştirakına ehtiyac olmur.
İnteraktiv verilənli tətbiqi proqramlarda adətən axının sonunda insana ehtiyac olur və İP paketlər əhəmiyyətli işin alınması üçün hər iki istiqamətdə hərəkət etməlidir. Məsələn , istifadəçi serverə paletlərin göndərilməsi üçün bəzi əməliyyatlar aparır ,istifadəçi ekranda daha çox verilən görmədən əvvəl server paketləri geri göndərməlidir. Beləki , ləngimə (delay) və əsmə (jitter) istifadəçinin təcrübəsinə böyük təsir edir.
Real – zaman tətbiqi proqramlarına səs və video imkanları olanlar aid edilri və onlar az langimə , az əsmə və az itgi tələb edirlər.
Dostları ilə paylaş: |