Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə90/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   86   87   88   89   90   91   92   93   ...   96
Qeyd və şərhlər:

1. Hüseyn Cavid (1882-1941) – Azərbaycan şairi, dra­ma­turqu, maarif xadimi. O, lirik şeirlərin, lirik-epik poema­ların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dram­ların müəllifidir. Bəzi şeirləri H.Z.Tağıyevin vəsaitinə çıxan “Füyuzat” jurnalında nəşr olunub. H.Cavidin fəlsəfi və tari­xi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdır.

2. H.Cavid bu şeiri göz xəstəliyindən müalicəsinə yar­dım göstərdiyi üçün H.Z.Tağıyevə ithaf etmişdir. Şeiri fars­cadan filologiya elmləri doktoru Arif Ramazanov tər­cümə edib.

3. 1896-cı ildə H.Z.Tağıyev Naxçıvandakı rus-tatar (Az­ərbaycan) məktəbinin ehtiyaclarına 1000 rubl ianə ayırmışdır ki, o da balkonun və həmin məktəbin digər tikili­ləri­nin qurulmasına sərf olunmuşdu. Bununla əlaqədar İm­pe­rator II Nikolay Naxçıvan şəhərində və Lənkəran qəza­sında xalq təhsilinin ehtiyaclarına ianələr ayırdığı üçün H.Z.Tağıyevə təşəkkür elan etmişdir.

4. H.Cavid bu şeiri Naxçıvanda onun məktəb müəl­limi olmuş Məmmədtağı Səfərova (Sidqiyə) göndərmişdir.

Mirzə Ələkbər Sabir

Elmə yollar açdın, ey millətpərvər

Hacı Zeynal Abdin, ey taci sər.

Vətənin qızların elmə bağladın,

Vətənə, ümmətə, millətə pərvər.

Müzəyyən eylədin kəlbi nadanı,

Mərhəmətli ata, muarif göstər.

İrana, Turana, türkə, tatara

Səxavət eylədin, oldun müzəffər.

Hər kəs səni sevər, millətin canı.

Çünki sən onlara olmusan rəhbər.

Üzün sənin görüb, sözün eşitmək

Canə səfadır, ey qəlbi münəvvər.

Ta həsrə qədər yadigar qoydun,

Tarixül aləmə yazdın bir əsər.

Dillərdə yad olar, yanında qalar

Çox söz var, amma bu şərafət

Ancaq sənə müyəssər.



ARDƏİA: f. 675, s. 2, s.v. 105, v. 101
Mir Seyfəddin Seyidov

Guşeyi-xanədə bir gün otururkən daldım,

Fikr dəryasiylə axırda yoruldum, qaldım.

Tutdu bu dəmdə, bu əsnada gəribanımı xab,

Xabara oldu nümayan mənə bir şeyyi-ücab.

Nəfx olub, suri-qiyamətdi, qopubdur məhşər,

Yığılırlar ərasətə bütün əfradi-bəşər.

Səf çəkib cümlə məlayik, qurulubdur divan,

Hərə bir dərdə giriftar olub eylər əfqan.

Ənbiyalar hamı xiclətdən əgib başlarını,

Əbri-neysan kimi cari eləyir yaşlarını.

Nagəhan güşlərə gəldi xudadan bu nida,

Bu nə ayinü nə məzhəbdi, bu nə çun, çera?

Bu nə zülmü nə rəzalətdi, nə cövrü nə cəfa.

Hiç məxluq eləməz bir-birinə bunca əza.

Sizə mən əql verib, kərrəminən söyləmişəm,

Hər nə lazımdı sizə dönə-dönə eyləmişəm.

Tapmaq istəriz əgər haqq tərəfə rahi-nicat,

Hamı məxluqə mənim tək edin ehsan, həzərat.

Bunu təkrar peyğəmbərlər ediblər isal,

Nə üçün nəfsə uyub beylə olubsuz Dəccal?

Bunu gördükdə var əndamıma düşdü lərzə,

Dini-islama düşüb zəf, nə lazımdı bizə?

İttihad ilə bəsirət, - dedi, lazımdı sizə

Bu nə olan vaqiədir, sanma kəlamım hərzə.

Xofdan qəşş eləyib getdi başımdan huşum,

Qəşş halında bu əsvatı eşitdi güşum.

Qum ənə cəddukə ya ale-Rəsule Zəhra,

Bu nə xof, bu nə vəhşətdi edirsən bica?

Söz gələn canibə tutdum üzümü düz baxdım,

Su kimi payinə düşdüm, fərəhimdən axdım.

Bus edib payi-şərifin, dedim: ey fəxri-rəsul,

Ey düşən döşünə qeysuyi misali-sünbül.

Səy edin, qeyrət edin, elm oxuyun, çox çalışın,

Qeyrət odinə düşüb yanmağa siz də alışın.

Sahibi-bərr ilə ehsanı edin mədhi-səna,

Ta ki, təşviqlə təksir eləsin əhli-səxa.

Bu kəlamı eşidəndən sonra oldum bidar!

Fərz qıldım özümə mədhi-səxi leyl-nəhar.

Ey salan gün kimi afaqə şüayi-ehsan,

Səni hifz eyləsin ol qadiri-xəllaqi-cəhan.

O necə qövmidi sən salmayasan sayə ona,

Hansı əflasdır ol, vermiyəsən mayə ona.

Bunu tedad eləmək gərçi çətindir, amma

Şəmə zikr eləmək niycə degildir bica.

Dərgəhində nə qədər xəlq çatır ehsanə,

Nemətin qismət olub hər tərəfə, hər yanə.

Baisi tərbiyəsi olduğunun sanımı var,

Qeyri-dövlətlilərin sən kimi ehsanımı var?

Ya ki, qız məktəbini rişteyi-təhrirə çəkim,

Nə qədər sərf eləyibsən gör ona ta zərü sim.

Müxtəsər yoxdu bu Qafqazda himmət sənə fərd,

Bəlkə çox az tapılar ruyi-cəhanda belə mərd.

Haciyi, möhtərəm adı onun Zeynəl-ibad,

Tağıyevdir ləqəbi bari-xuda yövmi-tənad

Elə məşhur onu sən ol şəhi-Mərdanilə,

Müttəqidir, ona qıyma köçür imanilə.

Ömri-tul eylə kəramət ona çun həzrəti-Nuh,

Çünki üftadələrə bəxşiş edər qüvvətü ruh.

Ta cəhan baqidi, ya rəbb, ola nami baqi,

Cudi-ehsanı onun tutdu tamam afaqi.

Mirzə Məhəmmədtağı Mirzə Qasımzadə Şirvani (1)

Tağıyev, ey səxavətin kani,

Sənə həqq lütfün etsin ərzani.
Şəhri-Şirvani həqq xərab etdi,

Çıxdı əflakə ah, əfqani.


Min doqquz yüz, həm ikimci sənə,

Sülxi-yanvardə gördü tufani.


Dəri-divar oldu məxrubə,

Getdi xalqın tamam samani.


Uçdu mətbəx, xərabə qaldı tənur,

Tutdu heyrət tamami-dünyani.


Nə ki, insanı, bəlkə icmaən,

Vəhşət aldı cəmi-heyvani.


Vəli, bu heyrət içrə sərkərdan,

Dolanırlardı xəlq pünhani.


Əli qoynunda xəstə, bəstə təmam,

Qalmamışdı dolanmaq imkani.


Bir tərəfdən ölənlərin dərdi,

Eyləmişdi əhatə hər yani.

Əhli-şəhrin sədayi-qülqüləsi,

Bürümüşdü təmami-səhrani.


Xəlq qalmışdı cümlə heyrətdə,

Yadə düşməzdi malı, ya cani.


Həşrdən sanki bir nümunə idi,

Sövtü ənfəs tutdu dünyanı.


Vəli bu girdardə nagəh,

Bəxş qılduz bu xəlqə ehsani.


Həqq Sizi şad, kamyab etsin,

Ömr versin cəhanda tulani.


Çün Həsən bəy (2) yetişdi Şirvanə,

Gördü Şirvanı, ey səxa kani.


Əhli-Şirvanı bu bəlada görüb,

Pozğun oldu o mərifət kani.


Babi-ehsanı eylədi məkşuf,

Sanki verdi xəlayiqə cani.


Mərhəba qeyrətilə himmətizə,

Oldu bu xəlqə lütfünüz ərzani.


O çilenlər1 ki, şəhri-Şirvanə,

Varid oldu, be hökmi-rəbbani.


Gecə-gündüz heç olmayıb rahət,

Heç dincəlməyibdi bir ani.


Gəzdilər cümlə bu məhəllələri,

Etdilər xalqa yaxşı ehsani.

Kimiyə verdilər çörəyi-hazır,

Kimiyə un, əya kərəm kani.


Ümmət əldən gedən zaman idi,

Bir kəsin qalmamışdı imkani.


Necə vəsfin deyim Həsən ağanın (3),

Zəhməti çox, mürüvvətin kani.


Əsədüllahı (4) həqq şad eyləsin,

Yaxşı şad eylədi əhli-Şirvani.


Vəkilov (5) çox çəkib dəxi zəhmət,

Yoxdu məndə deməklik imkani.


Bir tərəfdə Əbdüləli bəy (6) çalışıb,

Xəlqə eylərdi yaxşı ehsani.


Qərəz öldür ki, ey vəliyi-niəm,

Xəlq bir növ tapdı samani.


Verdilər fələ, əmlə, məxluqə,

Torpaq altdan çıxartdı yorğani.


Yazmaq ilə yetişməz itmamə,

Dərdimiz çoxdur, ey vəfa kani.


Əhli-Şirvan Sizə duagudur,

Etmisiz zində xas əyani.


Həqq Bakuni eyləsin abad,

Ömr versin o xəlqə tulani.


Həşrdə cümlə ru-səfid olasız,

Sizə həqq lütfün etsin ərzani.


Alicaha, məgər nədir dünya,

Budu aləm, aləmi-fani.

Mal-dövlət qalır bu dünyada,

Kimsəyə yoxdu qalmaq imkani.


Ədllə zində qaldı Nuşirəvan,

Həm səxavətlə Hatəm adlani.


Vəli Siz bir iş eylədiz zahir,

Onların adı qaldı pünhani.


Bu qədər xəlqi qurtarıb qəmdən,

Eylədiz şad, ey vəfa kani.


Xəlq qalarkən evində sərkərdan,

Yox idi istirahəti-cani.


Biri mən, bir fəqiri-nalənəm,

Yoxdu bir kəsb kim, edəm ani.


Yığmışam başə bir sürü külfət,

On nəfər xırda-xırda tulani.


Nə çörək var verim edim sirab,

Nə də yatmağa vardı yorğanı.


Ağlaşırlar gecə səbahə kimi,

Qalmayıb istirahət imkanı.


Hamının halı çox pərişandır,

Vəli halım mənim olub fani.


Həqq Sizi daim eyləsin xürsənd,

Bəndənizə lütfün olsun ərzani.


Bəsdir ey şakəri-bəladidə,

Nəzmi qılma bu qədər tulani.


Burda bəylər sənə edər ənam,

Qorxma, çox çəkmə ah-əfqani.

Tağıyev həm səni salar yadə,

Mənbəi-lütfdür, səxa kani.


Müntəzir qalma, sən yəqin eylə,

Daim ol sən onun sənaxani.


Bari-ilahi be həqqi-Ali-əba,

Buların ömrün elə tulani.


Vermə asibi-ruzigar olara,

Tapmasınlar cəhanda nöqsanı.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin