Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə75/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   71   72   73   74   75   76   77   78   ...   96
Qeyd və şərhlər:

1. X.Qasımovanın sözləri Tacəxanım Həmidova tərə­findən yazıya alınıb.

2. Xanım Qasımovanın qayınatası gəmi kapitanı idi, İrana gedib-gəlirdi. Fabrikdə dükan açmaq üçün o, H.Z.Ta­ğıyevdən veksellə pul götürmüşdü. Dükanların işçiləri mal­ların yeyintisinə yol vermiş və dükan sahibini müflis­ləş­dir­mişdilər (qeyd S.Tağıyeva-Sarayevanındır).
Mərdəkan qəsəbəsinin sakini

Eldar Əlikösər oğlu Əliyevin xatirələri
Mən, Əliyev Eldar Əlikösər oğlu Əzizbəyov rayonu (1) Mərdəkan kəndində anadan olmuşam. 1920-ci ildə Azər­baycanda Sovet hakimiyyəti qurulduqdan sonra mən Mər­də­kan kəndində İnqilab Komitəsinin ilk sədri, eyni za­man­da, kənd İcraiyyə Komitəsinin sədr müavini olmu­şam. 1922-ci ildən sonra isə sədr vəzifəsində işləmişəm.

Bu illərdə yoldaş N.Nərimanov Mərdəkan kəndinə gəlib kəndin ictimai, mədəni, maarif işlərini daha da qal­dır­maq məqsədilə söhbətlər aparırdı. Eyni zamanda N.Nəri­manov dəfələrlə bizə tapşırırdı: “Siz Hacıdan muğayat olun, onun hörmətini saxlayın, çünki o, maarifpərvər və xalq maa­ri­fi uğrunda çalışan adamdır. Heç vaxt onu başqa döv­lət­lilərlə bir tutmaq olmaz. O, xalqın istirahətini, mədə­niyyətini sevən və onu yüksəklərə qaldıran bir şəxsdir”.

1922-ci ildə keçmiş “Kazım bəy bağı”nda klub yer­ləşirdi. Həmin klubun nəzdində Sovet hökuməti tərə­findən təşkil olunmuş və peşəkar kapelmeysterin rəhbərlik etdiyi nəfəsli orkestr var idi. Orkestrin bütün xərcini Sovet höku­məti ödəyirdi. Orkestrin təşkili haqqında eşidən Hacı Zey­nal­abdin bir gün orkestrin onun bağına gəlməyini xahiş et­di. Orkestr onun bağında çalarkən Hacı sevindiyindən ağla­mağa başladı. O dedi: “Mən sevindiyimdən ağlayıram, çün­ki Sovet hökuməti həqiqətən zəhmətkeşlərin və sadə adam­ların tərəfdarı olduğu üçün xalqın mənəvi, mədəni işləri ilə maraqlanır və onun gündən-günə yüksəlməsinə çalışır”.

Bir gün söhbət etmək üçün Hacının yanına getmişdim. Hacı öz xatirələrini mənə belə nəql etdi: “Keçmişdə - çar hökuməti zamanında Qafqaz müsəlmanları adından məni çarın yanına nümayəndə göndərmişdilər. Bu vaxt məndən başqa digər xalqların da nümayəndələri gəlmişlər. Mən ça­rın yanına Avropa libasında yox, öz milli libasımda get­miş­dim. Mən o vaxta qədər hələ Avropa libası geyinməmişdim. Çarın yanına girərkən məruzəçi söylədi ki, bu şəxs Qafqaz müsəlmanlarının nümayəndəsidir. Çar mənə çox pis gözlə baxdı və yanındakına dedi ki, bu millət vəhşi millətdir. Onlara çox sərbəstlik vermək olmaz. Çarın məni o cür qar­şı­laması və xalqıma vəhşi nəzərlə baxması mənə çox pis təsir elədi, çünki mənim xalqım vəhşi yox, geridə qalmış xalq idi. Ona görə də mən çarın yanından qayıdandan sonra xalqı­mın mədəniyyətdə geri qalmasını düşünərək, nə cür olursa ol­sun xalqıma xidmət etməyə başladım. Məsələn, teatr, məktəb açdım” (2).


6 iyul 1957-ci il.

MATM NF, №20030-20032

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin