Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,51 Mb.
səhifə26/29
tarix21.06.2018
ölçüsü2,51 Mb.
#54364
1   ...   21   22   23   24   25   26   27   28   29

33. BƏYNƏN SÜD QARDAŞI OLMUSAN
Bir bəy oluf, bərk xəsdəliyə tutulufmuş. Buna türkəçarə həkimlər deyiflər ki, sən eşşəh südü işməlisən. Yazda da təzə doğ­muş heyvan xəsil yeyər da. Bəy süd işməhdən ötrü gərəh xodux da yarıya, süd də artıx qala ki, onu da bəyə verələr. Xoduğu da bura­xıflar xəsilin içinə. Xodux ayna-bayna okqədər hopanırmış ki, bəy də azarı adam imiş, qıraxda oturufmuş. Xodux gəlif bunun qava­ğında bir belə şıllax vurur, bir belə şıllax vurur. Hirsdənir axı, dözəmmir. Deyir:

– Niyə şıllax vurmuyasan. Xəsilin içində yeyirsən, üsdəlih bəynən də süd qardaşı olmusan.


MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR
34. FƏRASƏTİ VARDI, BİRİNİ DƏ O TUTARDI
Biri birinnən on qoyun borc alır. Vaxt keçənnən sora adam göndərir ki, mənim qoyunnarımı versin də. Bu gətirir dokquzunu verir. Dokquzunu verəndə deyir:

– Ə, sən on qoyun boşdu idin.

Deyir ki, ə, ondu da. Deyir:

– Yox, dokquzdu.

Deyir:

– Ə kişi, yox ey, ondu.



On nəfər adam gətirir. Deyir:

– Hərəniz birini tutun.

Hərəsi birini tutanda birinə çatmır axı. Deyir ki, bə nətər oldu? Görürsən, biri yoxdu. Deyir:

– Ə, boyunu yerə soxum, fərasəti vardı, birini də o tutardı.


35. OTUZA DURMAYAN, ON İKİYƏ YAXIN DURARDI?
Birinə sual verillər ki, neçə imamımız var. Deyif:

– Otuz.


Deyif:

– Ə, nə danışırsan, otuz nədi?

Deyif:

– Yaxşı, qırx.



Nəysə, mərc gəlillər, gedillər qazının yanına. Qazının yanına gedəndə deyir:

– Ə, niyə gəlmisiz?

Deyir ki, bəs belə-belə. Mən buna sual verirəm, bu da cava­bını düzgün vermir. Deyir:

– Nə sual verir?

Deyir:

– Məə sual verir ki, neçə imamımız var. Deyirəm otuz, razılaşmır, deyirəm qırx, razılaşmır. Bə mən nağarım?



Deyir ki, ə, boynunu yerə soxum, deyə bilmirdin on ikidi imam. Belə deyəndə qazıya deyir ki, ə, sənin boyunu yerə soxum, otuza-qırxa yaxın durmuyan, on ikiyə durardı?
36. BƏXTƏVƏR SİZSİNİZ
Bir gün bir məclisdə söypət gəlinnərdən düşür. İş elə gətirir burda hamı qaynana olur. Hamı başdıyır gəlnini pisdəməyə, heş tərif­liyən olmur. Biri deyir gəlnim yatağandı, o biri deyir iş bacar­mır, bu biri deyir tənbəldi. Bir sözlə hamı gəlnini pisdiyir. Buların içində bir dənə diribalası varmış. Deyir:

– Ay arvatdar, səsinizi kəsin bir dəyqə. Kim gəlninnən narazıdırsa, əlini qaldırsın.

Hamı əlini qaldırır, birinnən başqa. Görüllər dinməzcə oturuf. Deyillər:

– Buuy, bəxtəfərə bax, gör necə yarıyıf, əlini qaldırmır.

Bu bəxtəfər də qayıdır ki, bəxtəfər sizsiniz ki, əliniz-qolunuz salamatdı. Bəs mənimki iki qolumu da qırıf, qaldıra bilmirəm.
37. ELƏ BAĞLAMIŞAM, YERƏ DÜŞMÜYƏCƏK,

AY QAYINANA
Gəlinnər xamırı kündəliyif yığıllar. Qaynana sajı ojağın üs­dünə qoyuf sanıyır ki, on dənə kündə var. Nəysə, bu gedir. Bu gəlin­nər də yekə kündəni balacalaşdırıf yeyillər. Bir vaxdı görüllər ki, qaynana gəlir. Onda da tuman-köynək olur, qatmaynan bağlıyır­mışdar bellərinə. Bu gəlinin biri bəzzad olur. Gətirir çörəyi bağlıyır belinə. Çörəh də isdi olur. Qaynana gəlir görür ki, kündə balacadı, ortada da çörəh azdı. Baxır ki, bunnardan tapa bilmiyəjəh. Deyir ki, sən öl, bunnarı oynadajam, indi kimin qoynunda, qoltuğundasa, düşəjəh yerə. Böyüh gəlinnən başdıyır. Deyir:

– A gəlin, sən gəlin gələndə oynadın ey, mənim yaman xoşuma gəlir, bir oynasana.

Deyir:

– Yaxşı.



Bu durur fırranır. Deyir:

– Mən kündəni kəsməmişəm, ay qaynana.

İkinci gəlin deyir:

– Mən də heş bir şey başa düşməmişəm, ay qaynana.

Üçüncü gəlin deyir:

– Vallah, mən səni pusmamışam, ay qaynana.

Dördüncü, beşinci, altıncı da deyir. Axırda yeddinci gəlin deyir:

– Qorxmayın ey, ay qızdar. Elə bağlamışam, elə asmışam ki, yerə düşmüyəjəhdi, ay qaynana.


38. HALIMA BAX, AY MAHMUD*
Bir gün bir arvadın gözünün ağı-qarası madar bir oğlu varmış. Bunu həvəsiyir tez evləndirir ki, gəlnim olsun, nəvəm olsun. Gəlin gələn günnən bu arvadın günü göy əysiyə dönür. Buna iy vermir, yedirtmir, içirtmir. Bu oğul çıxıf gedir savah ertə, bir də axşam gəlir. Görür bunun nənəsi günü günnən qupquru quruyur.

– Ay ana, dərdini nədi, xəsdəsən?

– Yox, ay bala.

Arvad da dərdin buna demir.

– Ay ana, de görüm nədi, niyə beləsən? Mən qazanıram, aj qalmırsuz, susuz qalmırsuz. Sizin ehtiyacız üçün mən günüz axşa­matan çalışıram ki, mənim anam, ayləm aj qalmasın. Bax, sən niyə beləsən? Bu gəlin günü-günnən kökəlif şişif, ennən-dənnən çıxıfdı, amma sən beləsən.

Bu demir ki, gəlin məə zulum verir. Deyir:

– Ay oğul, vallah nə bilim, surfaya qoyulanı görürsən. Sən də yeyirsən, mən də yeyirəm. Heş xəsdəliyim də yoxdu.

Demə, bu gəlin günü qara olmuş, oğul evdən çıxanda mütək­gəni qoyuf uzanırmış. Deyirmiş nə iş var, qaynənə? Qapını süpür, quyudan su çək, heyvannarı sula, heyvanın altını təmizdə, xamırı ajıt, çörəh bişir, yeməh qayır, paltar yu. Nə iş varmış hamısın arvada gördürürmüş. Arvad yoruluf taqətdən düşəndə gəlif deyirmiş:

– A bala, bir loxma çörəh ver, heç olmasa yeyim, taqətim olsun da.

Deyir:


– Onda mən lillili çalajam, sən oyna. Oyna, səə bir tikə çörəh verim.

Arvadın əlajı yoxuymuş da, nağarsın. Gəlin vedrənin dalına belə dumbadum eliyirmiş, arvadı oynadırmış, axırda buna bir tikə çörəh verirmiş, yeyirmiş. Buna görə də arvad günü-günnən sınıxırmış.

Bir gün bu oğlan savah-savah duruf qazanca gedəndə, bir qonşusu varmış bunun, qonşu bunun qavağına çıxır. Salam-kalam. Oğlanın adı da Mahmudmuş.

– Ay Mahmud, vəziyyətin-zadın? Evdə-eşihdə nə var, nə yox?

Deyir:

– Vallah, anam nəysə yaman geridi. Anamın bu halı məni heş rahat eləmir. Oların ujunnan gejəm-gündüzüm yoxdu. Çalışıram gün­dəlih yeməklərini, yağlarını, çörəhlərini, ətdərini, azuqələrini gətiri­rəm, anam genə də qupquru quruyuf gedir. Bilmirəm anamın dərdi nədi. Mənə də heş-zad demir.



Deyir:

– Oğul, mən sənə bir söz deyim. Sən qayıt səfərdən. Get pus, anaan vəziyyətini gözünnən gör. Ananın nəysə bir sirri var, sənnən gizdiyir, – deyəndə bunun ağlına batır. Qayıdır gəlir evinin yaxın yerində gizdənir. Görür gəlin yıxılıf bərdən ayna, mütəkgəni qoyuf dizinin altına, nənə də pərvan-pərvan qulluxçu təki qapını süpürdü, quyudan su çəkdi, qapını suladı, heyvannarı suladı, paltarı yudu, çörəyi bişirdi. Gün günortadan addadı. Axşam olanda gəldi dedi:

– Ay gəlin, vallah ürəyim getdi, bircə loxma çörəh ver, – deyəndə gəlin dedi ki, şərtimiz var, oyna, çörəh verim.

Başdadı vedrənin arxasını danqıldatmağa. Arvad girdi ortalığa,

Halıma bax, ay Mahmud,

Huluma bax, ay Mahmud.

Oynadıf əppəh verillər

Əhvalıma bax, ay Mahmud,

– deyə-deyə başdadı oynamağa. Mahmud çıxdı:

– Ay filan-filanın qızı, belə eliyirsən, onçün nənəm belədi.

Arvadın belinə bir-iki ağaş çəkir, arvad durur küsülü qaçır. Bir müddət qalannan sora arvad deyir:

– Bala, balaları anasız qoyma.

Gedir özü yalvar-yapış eliyir, gəlini gətirir. Gəlin onnan sora and içir, tova eliyir. Qaynənəynən islah dolanır.
39. ALTI DAŞ, ÜSDÜ AŞ
Biri də olur, bir tək oğlu olur. Bunu evləndirir. Oğul axşamatan çalışır-vuruşur, axşam evə az-çox azuqə gətirir. Gənə bunun da nənəsi günü-günnən geri gedir. Deyir:

– Ay nənə, dərdin nədi? Yeməhdən ehtiyacın yox, işməhdən ehtiyacın yox. Sizin ujuzdan mən gejə-gündüz çalışıram ki, siz aj qalmıyın.

Deyir:

– Ay bala, hez zad yoxdu. Gözün görür, surfadı, hərəyə bir ti­kə gəlir, mənə də gəlir. Aj qalmıram, açıx qalmıram. Amma nədisə sınıxıram.



Gəlin qava bir dənə lay daş qoyuf, üsdünə də bircə qaşıx ye­məh səpəliyərmiş, guya boşqab doludu. Qoyurmuş arvadın qava­ğına. Arvad da bir loxma götürəndə daşa dirənirmiş. Bunnan da avadın qarnı doyan deyilmiş ha.

Nəysə, arvad dözmür, bir qızı varmış, gedir qızının evinə. Gedir ki, bəlkə orda qarnı doya. Gedəndə bunun yeznəsi də gəlin­nən bedahat olur. Qızının gününü qara eliyif. Nənən nəyə gəlif, oğlu­na nə gəlif? Yeməyi nənənə verdin, o gələnnən bəri bizə baxmırsan. Daa bu arvad baxır görür ki, qızının günü qaradı. Deyir:

– Ay bala, altı daş, üsdü daş, genə də oğul yaxşıdı. Qoy qayıdım gedim oğlumun yanına.

Durur gəlir oğlunun yanına. Arvad hər surfa gələndə deyir:

– Altı daş, üsdü aş, gənə də oğul yaxşıdı.

Oğlu deyir:

– Ay nənə, bu nə sözdü, bu nə əzbərdi, elmisən? Bunun sirrinnən məni agah elə.

Deyir:


– Bala, altı daş üsdü aş, genə də oğul yaxşıdı. Neynirsən, bir sözdü deyirəm, sən xırdalama.

Nəysə, bir gün oğlu fikirrəşir ki, “altı daş, üsdü aş” nə olan şeydi. Deyəndə götürür nənəsinin boşqabını qoyur öz qavağına, özünün boşqabını qoyur nənəsinin qavağına. Bu oğlan bir tikə batı­randa görür nə? Altı daşdı. Daşı götürüf arvadının kəlləsinə, arvad yıxılır bərdən ayna. Ay sənin dədən bı, nənən bı. Demək nənəmin altı daş üsdü aş dediyi buymuş. Onnan sora o da heylə düzəlir.


40. İZ EŞŞƏYİN, FİL* GƏLİNİN
Birinin də bir gəlni olur. Bu gəlin hamilə olur. Kadınnarda deyillər də ağzı azır. Bunun dooğadan ötrü ürəyi gedir. İsdiyir ki, dooğadan ötrü ətini darta, yeyə. Bir günü bunun qaynənəsi bir qazan dooğa bişirir. Bunnan bir qaşıx gəlinə vermir. Bu gəlin dooğa sarı­dan az qala hönkür-hönkür ağlıya.

– Allah, nətər eliyim, nejə eliyim, dooğadan ötrü ölürəm axı. Bir qazan orda dursun, mən də burda baxa-baxa qalım.

Arvad durur qazanı qoyur evin ortasına, evi möhkəm sucux eliyir, sudan tökür. Özü də deyir ki, mən gedirəm qonşuya, axşam gələjəm. Bu gedənnən sora gəlin qalır. Axı ürəyi gedir, bu dooğa­dan işməlidi. Deyir: “Neyniyim, nejə eliyim. Ayağımı qoyan təki izi düşəjəh. Arvad gələn təki biləjəh ki, mən gedif dooğanı işmi­şəm”. Əlacı kəsilir, eşşəh vardı, durur eşşəyi minir, avgərdəni də götürür əlinə. Saxlıyır qazanın yanında. Avgərdənnən götürür bu dooğadan doyunca içir. Tamam nəfsi sönür. Qayıdır gətirir gənə eşşəyi boşduyur, gəlir oturur.

Arvad gəlir görür, vay evi yıxılan fələh, qazan yenif ortasına, evdə də heş iz yoxdu, eşşəyin izidi. Arvad məətdəl qalır. İz eşşəyin izidi, fil gəlinin filidi. İşdi işdi, yarəb, nəynən işdi. Arvad elə belə deyə-deyə canını tapşırır. Can verən anda deyir: “İz eşşəyin izidi, fil gəlinin filidi. İşdi işdi, yarəb, nəynən işdi?” Gəlin gəlir deyir ki:

Eşşəyi mindi,

Avgərdəni götdü,

Getdi dooğanı işdi,

Səni də cəhən­nəmə göndərdi*.

Onnan sora arvad canını tapşırır.
41. YAMAN DƏRTDİ, BACI
Bir arvadın da üş gəlini olur. Bu arvad bu gəlinnərə zulum verirmiş. Bir gün arvad deyir ki, mən dururam gedəm qonşu kəndə molla var onun yanına. Gəlinnər tək qalanda deyillər ki, buyünnəri qaynənəmiz evdə yoxdu. Durax nəsə bişirəh, yeyəh. Nə bişirəh, nə bişirəh. Ay qazan bulaşajax, qaşıx bulaşajax, yağ olajax, arvad bilə­jəh. Deyəndə balaja qız deyir ki, gətir kömbə bişirəh. Qavaxlarda belə kömbə bişirirmişdər, külə basdırırmışdar, içinə ayın-oyun qo­yuf soğannı-zaddı bişirirmişdər. Bular gətirir ojağı qalıyır, köm­bə­nin xamırını yoğurullar. Salıllar elə kömbəni bişirif ojaxdan çıxar­danda qəfil arvad gəlir. Arvad gələndə deyillər, ay bajı, nağarax, gəldi. Deyillər kömbəni bağlıyax tumanın altınnan belimizə, suya ge­dəndə aparıf orda yeyəh. Bunu evdə harda gizdətsəh arvad iyin­nən biləjəh. Kömbə soğannı-zaddı bişərmiş, iyi evə yayılan olur­muş. Gətirillər bunu büküllər bir yaylığa, bağlıyıllar böyüh bajının be­linə. Qaynar kömbə bunu yandırdıxca gəlin ayna-bayna soncuxluyur.

– Vay, vay, vay, yaman dərtdi bajı, – deyəndə ortancıl bajı deyir:

– Qorxma bağı bərhdi, bajı.

Guya möhkəm bağlamışam da, açılmaz. Deyəndə balaja bajı deyir:

– Bilsə yaman dərtdi, bajı.

Arvad bunnan annıyır, deyir:

– Deyin görün bu nə sözdü. Bir də deyin mahnuzu.

Böyüh bajı soncuxladıxca deyif:

– Baba, baba, baba, yaman dərtdi, bajı.

Ortancıl deyif:

– Qorxma bağı bərhdi, bajı.

Kiçih deyif:

– Bilsə yaman dətdi, bajı, – deyəndə arvad deyir:

– Bura gəlin görüm sizin nə sirriz var.

Buları lütdüyəndə baxır görür kömbə gəlinin belində. Köm-bəni alır özü yeyir, buların da hərəsinin belinə bir-iki dəfə vurur:

– Mən yox idim, demək, belə eləmisiz?


42. MƏN BİRİNİ GÖSTƏRMİŞDİM
Biri arvadını sınamax isdiyirmiş ki, görüm arvad xəbər ya­yan­dı, yoxsa yox. Səhər durur deyir ki, arvad, səhər durmuşam görmüşəm yerimdə saxsağan var, beyjə saxsağan doğmuşam. Bax, heş kimə demə ha.

Deyir:


– Əşi, heylə şey olmaz.

Deyir:


– Dədəmin goru haqqı, budaha bax. Saxsağan da budu.

Bir saxsağan balası tutuf gətirmişmiş. Nəysə, səhər arvad özü­nü saxlıya bilmir. Ora fırranır, bura fırranır. Qonşunu çağırır, deyir:

– Kişi, beyjə bir saxsağan doğuf.

– Aaz, Allahın olsun, kişi doğmaz.

Deyif:

– Vallah, saxsağan doğuf, yalan döylü a.



Bu ona, o buna, bu ona, o buna. Nəysə, xəbər çatır şaha. Şah deyir:

– Filankəsi bura çağırın gətirin.

Gətirillər. Deyir:

– Ə, bura gəl görüm, bu nətər hak-hesabdı. Deyillər ki, sən qırx bir saxsağan doğmusan.

Deyif:

– Şah, elə saa qırx bir çatdı?



Deyif ki, maa qırx çatmışdı, birin də mən qoydum böyrünə.

Deyir:


– Vallah, mən arvada birini gösdərmişdim, arvadı sınıyırdım. İndi sana gəlif qırxı çatıf.
43. MƏNƏ DƏYMƏGİNƏN
Gəncəli bir balabançı vardı. Həsənqaya kəndindəki kirvəliyim bunu gətirmişdi məclisə. Bu evi yıxılmış həm balaban çalır, həm saz çalır, da saz aşığına imkan vermir. Bu qaravəllini nətər başıdıyrsa, – bizim camaat da qaravəlliyə çox meyillidi, gülməh üçün əldən gedir, – ta camaat uğunuf gedir gülməhdən. Axırda aşıx dözəmmədi. Dedi ki, ya sən məclisdən çıx, ya mən çıxıf gedirəm. Həmin balabançı da­ı­şırdı. Deyir, bir dəfə bərk isdiydi, çıxdım avtobusa. Gördüm yerdi dana, şapbıltıynan özümü tez yıxdım o oturacağa. – Özü də qarnı, bax, bax, belə idi. – Güjnən nəfəs alıram. Birdən başımı qaldır­dım ki, qujağında uşax bir qadın kəsif başımın üsdünü.

– Ə kişi, ağsakqal kişisən. Durmuşam başının üsdündə, sənin heş vejinə döyül.

Dedim:

– Bala, nədi, noluf?



Dedi:

– Bir oranı oxu görüm.

Belə qayıtdım gözümü hərrədim ki, mən otduğum yerə yazıflar: “Uşaxlı qadın yeri”. Çöndüm belə, dedim:

– Bajı, Allaha şükür, sən salamat qutarmısan, mən ölürəm. Qadan alım, mən qutarana qədər mənə dəyməginən.


44. DIZZ
Bir qonşu gedər bir qonşudan pul alar. O da inəyini təzə satmışdı, bir az pulu vardı. Çıxıf bazardan yenisini almax isdiyirdi. Borc isdiyən qonşu deyir ki, gələn həftəyətən pulunu verəjəm. Nəy­sə, pulu alır, amma bazar günü, dediyi vaxt gətirmir. Borc verən gedir deyir ki, ə, mənim pulumu ver da, gedim inəh alım. Dedin axı gətirif verəjəm. Ə, bu gün verəjəm, savah verəjəm. Borc alanın da bir qonşusu varmış. Deyir:

– O kimdi həftədə bir yol gəlir sənin üsdünü kəsir?

Deyir:

– Ə, onnan borş pul almışam, indi əl çəkmir. Gedir gəlir, gedir gəlir. Mən də düzəldə bilmirəm.



– Nə qədər almısan?

Deyir:


– Üş yüz maat.

Deyir:


– Gəl saa bir söz örgədim. Lap aparsın səni versin məhkə­mə­yə. Mən deyən sözü de, məhkəmə səni azad eliyəjəh.

Deyir:


– Nə deyim?

Deyir:


– O, sənə gəlif deyəjəh mənim pulumu ver. Sən ona qəti demə ki, verirəm, vermirəm. Elə denən “dızz”, əlini belə qulağının divinə apar. “Dızz” eliyəndə ona ajığ gedəjəh dana. Desə ki, adamsan, adam oğlu­san, “dızz” nədi, mənim pulumu ver. Denən “dızz”. Da ayrı söz demə.

Gəlir bu pulunu isdədihcə heylə deyir. Nəysə, olmur, aparır bunu verir məhkəməyə. Məhkəmə çağırır. Deyir ki, ə, bu kişinin pulunu niyə vermirsən?

Deyir:

– Dızz.


– Ə, adam oğlusan, insan oğlusan, dızz nədi? Kişinin pulunu almısan, niyə vermirsən?

Dızdan savayı bir söz demir. Axırda məhkəmə qayıdır o inəh yiyəsinə deyir:

– Ə, adam tapmırdın, pul verəsən. Sən görmürsən bunun ağlı başında yoxdu.

O dıznan canını qurtarır.


45. HƏLƏ GEDİB NƏNƏSİNİ DƏ ÖYRƏDİB
Bir dənə dul qadın olur, bunun bir oğlu olur. Bu isdiyir ki, oğlu dəmirçilih sənətini örgənsin. Gətirir şəhərə dəmirçinin yanına qoyur. Uşax qalır dəmirçinin yanında. Kişi qəşəh dəmirrəri yığır nətər lazımdı peçə. Peç qızdırır, götürür qoyur zindanın üsdünə, çəkişnən döyür, düzəldir. Obşim, uşax bir gün buna baxır, səhər də çıxır gedir evlərinə. Anası deyir:

– Oğul, noldu?

Deyir:

– Nənə, örgəndim.



Deyir:

– Nə örgəndin?

Deyir:

– Əşi, nə var orda. Dəmirdi, qoyursan ora, qəşəh qıfqırmızı qızarır, sora götürüf çəkişnən nətər lazımdı düzəldirsən.



Aradan bir müddət keçir. Usda gözdüyür ki, şagird səhər bir də gələjəh axı. Gəlmir. Bir neçə həftədən sora bir gün təsadüfən bu kişiynən bu arvad küçədə görüşüllər. Kişi deyir:

– Ay arvad, sənin oğlun tay gəlmədi. Niyə gəlif çıxmır?

Deyir:

– Boy, nənəsi ölmüş örgənif dana.



Deyir:

– Nə örgənif?

Deyir:

– Nə var orda? Dəmiri qoyursan ora, qəşəh qıfqırmızı qızarır, götürürsən çəkişnən döyürsən, düzəlir.



Deyir:

Pay atonan, uşağdakı fərasətə bax ey. Bir günə özü də örgənif, hələ gedif nənəsini də örgədif.


46. ALLAH QOYSA, ƏRİNDİ
Bir kişi olur. Bir gün səhər-səhər evdən çıxanda ayın-oyun alır ki, arvad, yemək bişir, günorta gələjəm evə. Arvadı deyir:

– Əşi, bir Allah qoysa denən da.

Deyir:

– Allah qoysa da, qoymasa da, gedirəm işə, günorta gələjəm.



Arvad yeməh-işməyini hazırrıyır, kişi günorta gəlir. Kişi deyir:

– Arvad, yeməh noldu?

Deyir:

– A kişi, bir Allah qoysa de da, gətirirəm beş dəyqəyə.



Deyir:

– Allah qoysa da, qoymasa da, gətir, yeyirəm.

Gətirir, stola qoyanda qapı döyülür, polislər gəlir, kişini tutuf aparıllar.

Aradan beş il keçir, qapı döyülür. Arvad deyir:

– Kimdi?

Deyir:


– Allah qoysa, ərindi.

47. SƏNİ ALANI DA GÖRDÜM,

PULUMU YEYƏNİ DƏ
Bir gün bir qəssab olur. Çox simic qəssab olur. Evə həmişə malın xaraf yerinnən göndərərmiş yoldaşına, bişirtdirif yeyərmiş, pulu yığarmış. Bir gün bunun başqa şəhərə yolu düşür. Gedir bir yerdə gejəliyəsi olur. Bir evə qonax gedir. Deyir:

– Qardaş, məni qonağ qəbul edərsən?

Deyir:

– Mənim gözüm üsdə.



Gəlir yemək vaxdı çatır, oturullar süfrəyə. Ev yiyəsi yoldaşına deyir:

– Döyəh yeyəh, yeyəh döyəh.

Arvad deyir ki, əşi, yeyəh, sora döyərih. Nəysə, qonağ ürpənir özünnən, təəccüblənir. Deyir:

– Nə məsələdi?

Deyir:

– Çörəyini ye, sora söypət eliyərih.



Çörəyi yeyillər, yığışdırıllar. Oturullar hamısı. Deyir:

– Bax, bu gördüyün ev tacirin evidi. Çox da imkannıydı. Yol­daşına, uşaxlarına əziyyət verən, pul xəşdəmiyən simic bir adam idi. Biz də bu arvadnan əlbir oluf o kişini tələf elədih. İndi xoşbəxt yaşıyırıx, pulunu da xəşdiyirih. Ona görə də hər süfrəyə yemək gələndə birinci ona söyüf sora yeyirih.

Qəssab tez durur gedir, heş gejə də qalmır. Gəlif evə çatan kimi ayın-oyun alır, bazarrıx eliyir, əti kəsir, yaxşı yerinnən evə ayırır. Həmişə əti evə piyada aparıf verərdi, heş faytonçuya da pul verməzmiş. Faytonçuya pul verir ki, bu əti apar evə ver, denən axşama yeməh-işməh hazırrasın, gələjəm. Yoldaşı da təccüblənir ki, bu nə işdi belə? Ömründə bu qədər bazarrıx edib evə göndər-miyif. Oturur kişini gözdüyür. Kişi gələndə deyir:

– Bu nə məsələdi?

Deyir:

– Arvad, gəl otur.



Arvad oturur. Deyir ki, getmişdim filan şəhərə qonax.

Səni alanı da gördüm,

Pulumu yeyəni də gördm,

Kəlləmi söyəni də gördüm.

İnnən sora pulumuzu xəşdiyif yeyif-içif kef eliyəjeyih. Onnan sora dərk eliyir ki, nə vaxtsa bunun başına da belə iş gələjəh.
48. SƏNİN QUYRUĞUN ELƏ HƏMİŞƏ GÖYDƏDİ
Bir gün keçiynən qoyun yol gedir. Qavaxlarına bir arx çıxır. Keçi qoyuna deyir ki, tullan. Qoyun tullananda ətəyi qalxır yuxarı. Keçi gülməhdən ölür. Deyir:

– Nəyə gülürsən?

Deyir:

– Ətəyin qalxdı, ayıbın görühdü dana.



Deyir:

– A bədbaxt, sənin quyruğun elə həmişə göydədi.


49. HAMINIZI SÖZ VERƏ-VERƏ GƏMİYƏ KOMALAMIŞAM
Azrayıl gəlir birinin canını almağa. Deyir:

– Maa üş gün möhlət ver.

Üş gün möhlət verir. Üş günnən sora gənə gəlir. Deyir:

– İkicə gün də möhlət ver.

Gedir iki günnən sora gənə gəlir. Deyir:

– Bircə gün də mənə möhlət ver.

Verir. Nəysə, bu gəmiynən səyahətə gedir. Səyahətə gedəndə Əzrayıl gəlir. Deyir:

– İmkan ver, səfərə gedirəm. Mənzil başına çatım gəlim, sora al.

Deyir:

– Yox ey, hamınızı heylə söz verə-verə gəmiyə komalamışam. Gəmini batırıf hamınızı öldürəjəm.


50. ATIN ZÜY TUTANI
Camaat dərzi bağlıyıf vəlnən taxıl döyüllərmiş. Bir adam da yol­daşıynan vəl çəkirmiş. Vələ bir at qoşufdu, bir də, üzdən irağ, eşşəh. Təsadüfən bu kəndin* içinnən bir aşıx gedirmiş. Aşığın da böyründə bir züy tutan varmış. Bular belə gedillərmiş. Bu züy tutan deyif ki, bularnan zarafat eliyəjəm. Aşıx deyif ki, bular qarado­laxdı, bular söz altda qalmıyajaxlar. Gəl yolumuznan çıxıf gedəh. Əl çəkmiyifdi bu züy tutan. Deyif:

– Ay bajı, at o işi görür də, bəs o yazığ eşşəyi niyə onun böyründə fırradırsız?

Deyir:

– A başına dönüm, bu eşşəh də atın züy tutanıdı.



Aşıx sazın dalını bunun təpəsinə nətər qoyursa, deyir:

– Ə kopoğlu, saa demədim ki, gəl çıxax gedəh.


51. AYAQ ÜSDƏ GETMİŞDİM
Dovşannan aslan gedirmiş avtobusnan. Aslan oturufmuş, doo­şan ayax üsdə imiş. Dooşan deyif ki, aslan, dur mən oturum. Aslan deyir ki, heylə şey yoxdu. Sən kimsən ki? Mən aslanam, sən dooşan.

Deyif:


– Dur oturum, yoxsa dünənki kimi olajax.

Aslan deyir:

– Lənət şeytana, bu, dünən nağarıf?

Üş dəfə deyif dur oturum, durmasan dünənki kimi olajax. Aslan qorxuf duruf. Dooşan oturuf. Aslan deyif:

– Dooşan, mən durdum dana. Dünən nətər olmuşdu, kimə nağarmışdın?

Deyir:


– Ə, heş nə ey, ayağ üsdə getmişdim.

VII

ATALAR SЦZÖ VД MДSДLLДR
A

  1. Abadan ev kalafasınnan (yaxud: küllüyünnən) məlumdu.

  2. Adam var eldən gedir,

Adam var evdən gedir.

  1. Adam var ki, gündə görməh səfadı,

Adam var ki, ildə görmək cəfadı.

  1. Ağa məni aldı, öpməyi qaldı.

  2. Ağacı düşmənin kimi buda, dostun kimi bəslə.

  3. Axşam bir dolça suynan yuyulan, səhər bir səhəng suynan yuyulmaz.

  4. Alıdan da qoçax var, Abışdan da qoçax var.

  5. Anam bijdi kündədən kəsir, atam bijdi iki-iki yeyir.

  6. Arvad eldən gələr.

  7. At öz ayağının düşmanıdı.


B

  1. Bir tikəni bilmiyəm, min tikəni bilməz.

  2. Bulud altınnan çıxan gün, dodax altınnan çıxan söz adamı yandırar.


C

  1. Cəhənnəmə gedən dosdunu çox isdiyər.

  2. Cəhənnəmə get, hələ bir Yevlağa da get.


Ç

  1. Çox qoyunun çox quzusu olar.


D

  1. Dağarcıxda unum olsun, kol divində evim olsun, məclisdə yarım olsun.

  2. Dəmiri kürədən dəmir çıxardar.

  3. Dəvəyə deyillər: “Hara gedirsən?” Deyir: “Ya Naxçıvana duza gedirəm, ya da Köyüyə oduna”.

  4. Dilənçinin ağacınnan tutmasan torbasını yerə qoymaz.

  5. Dovşanı arabayla tutmağ.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin