Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


Ə Əsirgəmə ver, utanma isdə. E



Yüklə 2,51 Mb.
səhifə27/29
tarix21.06.2018
ölçüsü2,51 Mb.
#54364
1   ...   21   22   23   24   25   26   27   28   29

Ə

  1. Əsirgəmə ver, utanma isdə.


E

  1. El içində, öl içində.

  2. Evlatda nəvə, devlatda dəvə, yatırda gəvə (və yaxud qatır).


F

  1. Filankəs o qədər varrı adam idi ki, yükü uşsa altında adam qalar.


G

  1. Gedən gətirir, oturan gözdüyür.

  2. Gələni qovmax olma, gedəni saxlamax olmaz.

  3. Gəzən ev olsaydı, oturanın bağrı çatdıyardı.

  4. Gördün yemək, daha nə demək.


H

  1. Haja gedən gəldi, saja gedən gəlmədi.


İ

  1. İbadətnən səxavət yarıdı.

  2. İş bəd gətirəndə quymax diş çıxardar.

  3. İt uluyur, canavar quyrux buluyur.

  4. İti öldürənə sürütdürəllər.

  5. İti sahibinə görə sayallar.


K

  1. Kasıbdan Allah da narazıdı.

  2. Kirvə kirvənin damının üsdünə çıxmır ki, kirvənin üsdünə torpax tökülər.

  3. Kış eləməynən donuz darıdan çıxmaz.

  4. Küldən təpə, ağaşdan təndir, keçidən döylət, gedədən ağa olmaz.

  5. Külü küllükdən götür.


M

  1. Mərd deyər: “Allah verdi”. Namərd deyər: “Özüm tap­mışam”.


Ö

  1. Öküz əyməsə, daş qərifçiliyə düşməz. (Burdan el dağa ge­dən­də farmaşı, yükü – hamısını yüklüyüllər, sijimnən də bağ­lı­yırmışdar. Yolda gedəndə birdən elə olur ki, yük əyi­lir. Təzdənnən yükü aşmax çətin imiş da. On kilo-on beş kilolux daşı götürüf bu biri üzə qoyurmuşdar ki, taraz­dığ yaransın. Deməli, gedillərmiş dağa. Dağda yükü açan­da o daşı tulluyullarmış da. O daş o daşdarın içində qərif görü­nür­dü. Orda deyirdilər ki, ey dünya, öküz əyməsəydi, bu daş da qərifçiliyə düşməzdi).

  2. Öküz öldü, ortağ ayrıldı.

  3. Ölünü qoy, diriyə ağla.

  4. Övlatda nəvə, döylətdə dəvə, səxavətdə xoruz, övlatda nəvə, itaətdə dəvə.

  5. Öz obanı ürküt, axsağını tut.


P

  1. Paxıl adam cənnət görməz.

  2. Paxılın yeri cəhənnəmdir.

  3. Pisi eldən çıxartmax ayıfdı,

Yaxşını eldən çıxartmax hayıfdı.

Q

  1. Qaşıx çömçədən böyük oluf.

  2. Qazanc qudurdu mayanı yedi.

  3. Qırx eşşəyi sağına gəlif (Qarabağda belə bir misal var. Biri lovğalananda, özünnən razı olanda deyillər: “Buna bax ey, özünü elə aparır, elə bil qırx eşşəyi sağına gəlif”. Bu məsəl belə yaranıf. Andranikin qulağını kəsən Soltan bəyin dağda ferması vardı. Hər gün mal sağılan vaxdı qırx dənə eşşəh tuluğnan gedirmiş südü gətirməyə. Çıxırmış dağa, qırx eşşəyin yükünü yüklüyüf qayıdırmış. Varlılığ əlaməti kimi bu misalı çəkillər).

  4. Qızı çoxotaxlıya yox, başıpapaxlıya verəllər.

  5. Qonax getmiyən ev xarabadı.

  6. Quş gəlif kətəyinə qısılıf.


S

  1. “Salam məlöyküm” salam isdəmir.

  2. Saybalı yasa gedir. (Saybalı* camaatı yasa gedəndə asda-asda gedir. Ona görə konulsuz bir yerə gedən olanda deyillər: “Ə, saybalı yasa gedir? Bir az tez ol da”).

  3. Seyidin çörəyi qırx gün adamın bədənində qalar.

  4. Söz sözü gətirər.

  5. Söz var xalq içində, söz var hulq** içində.


U

  1. Usta oğlunnan şəyird olmaz.


Y

  1. Yorğa at olsun, həmişə olsun.

  2. Yurd bilmirsən, yurda düş.

VIII

BAYATILAR


1. Aşıx elə yaxşıdı,

Kəmər belə yaxşıdı.

İlahidən gəlmiş işdi,

Bəlkə belə yaxşıdı.


2. Mən aşıx, o gün eylər

O güney, o quzeylər.

Öz vətənimiznən, elimiznən

Havaxt görüşsəh

Bayramın o gün eylər.

= Əzizim, o güneylər,

O quzeylər, o güneylər.

Dosd dosnan görüşəndə

Bayramın o gün eylər.
3. Əsgəran vay, qalam vay

Əsəgəranda qalan vay.

Basılıfdı dünyamız,

Alınıfdı qalam, vay.


4. Dağdan aşıf gələnin,

Qanı coşuf gələnin.

Xoş halına o kəsdərin

Öz elində ölənin,

Öz torpağında ölənin.
5. Əzizinəm, yüz qandı,

Əlli qandı, yüz qandı.

Kəbə yıxmax bir evdi

Könül yıxmax yüz qandı.

6. Mən aşıx, qızaranda,

Dan üzü qızaranda.

Qalsa oğlannar qalsın,

Qalmasın qız aranda.


7. Dünya sənnən kim keşdi?

Kim qərq oldu, kim keşdi?

Gözəl-gözəl yerrərimizdən

Vaxt gəldi, gör kim keşdi?


8. Yağaram yağış kimi,

Bitərəm qamış kimi.

Səni konlüm isdiyir

Təzə çıxmış yemiş kimi.


9. Mən aşıx, baxdı kəm,

Talehi kəm, baxdı kəm.

Mən fələyə neynədim,

Fələh mana baxdı kəm?


10. Qardaş gəlsə, yaxşı olar,

Bajı görsə, yaxşı olar.

Qardaşın qapısında

Bajılar ölsə, yaxşı olar.


11. Qardaşım birdi mənim,

Gözümə nurdu mənim.

Yada qardaş demərəm,

Talehim kürdü mənim.


12. Gəl gedəh dağa, qardaş,

Qar yağa-yağa, qardaş.

Sən duman ol, mən çiskin,

Çəkiləh dağa, qardaş.


13. Bilmədim yaz olduğun,

Güllərin pərvaz olduğun.

Nə sən bildin, nə mən bildim

Ömrümün belə az olduğun.


14. Mən aşıx, su deyin ağlar,

Sünbül “su” deyin ağlar.

Dəryada bir gül bitif

O da su deyin ağlar.


15. Ağlaram ağlar kimi,

Dərdim var dağlar kimi.

Bir elə dərdim var

Virana bağlar kimi.


16. Mən aşıx, ha səni,

Hax saxlasın ha səni.

Xəsdənin gonlu nar isdər,

Mənim gonlum, a qardaş,

a bajı, ha səni.
17. Bajılar bajısıyam,

Şirinnərin ajısıyam.

Hər kəsin qardaşı, bajısı yoxsa,

Mən onun bajısıyam.

= Analar anasıyam,

Bajılar bajısıyam.

Kimin bajısı ölüf

Mən onun bajısıyam.


18. Mən aşıx, binə qaldı,

Binə nə günə qaldı?

Sənnən mənim görüşməyim

O dünyaya qaldı.

= El getdi, binə qaldı,

Məhəmmət dinə qaldı.

Sənnən mənim görüşməyim

Qiyamət günə qaldı.


19. Qızıl gül haça bəntdi,

Sana gör, neçə bəntdi?

Fələh üsdümə düşən dərdən

Çəhsin, görsün necə dərtdi.


20. Qızıl gül oyum-oyum,

Dərim qoynuma qoyum.

Yağış yağar yer doymaz,

Mən sənnən necə doyum.


21. Mən aşıx, bala dağı,

Bürüyüf lala dağı.

Hər yaralar sağalsa da,

Heş sağalmaz bala dağı.


22. Gözdərinə ay demərəm,

Kipriyinə yay demərəm.

Qardaş, sən ölsən,

Dilim quruyar, “vay” demərəm.


23. Mən aşıx, balabanı,

Asda çal balabanı.

Gedən hamısı gəldi, ay bala,

Bəs mənim balam hanı?


24. Bakıdan bir meh əsdi,

Ürəyim tel-tel əsdi.

Ay qardaş, sağ gözüm

saa qurvan,

Sol gözüm özümə bəsdi.
25. Dağlar, otun qurusun,

Bağlar, tutun qurusun.

Sən ki belə iş gördün,

Sənin də mənim kimi matın-qutun qurusun.


26. Bağında şirin nə var?

Yeməyə şirin nə var?

Dünya namərdə dönsə,

Görəm atadan, anadan şirin nə var?


27. Mən aşıx, illər ayrısı,

İllər, günnər ayrısı.

Fələh bir iş işdədi

Düşdüh illər ayrısı.

= Salıb bizi ellər ayrısı.
28. Arxa su düşdü, neynim,

Axdı, su düşdü, neynim.

Aləmə pay paylandı,

Bizə də bu düşdü, neynim?


29. Belə ağlamax olmaz,

Gülə bel bağlamax olmaz.

Tüləh tərlan əvəzinə

Cürə bağlamax olmaz.


30. Yaralandım yanımnan,

Quşdar doymaz qanımnan.

Elə bir bir dərdə düşdüm,

Bezar oldum canımnan.


31. Azreyil astarçıdı,

Qızılgül bosdançıdı.

Dəymiş qoyur, kal kəsir,

Gör, nə gavur bosdançıdı.


32. Məni üjə saldılar,

Üjdən üjə saldılar.

Mən sənnən doymazdım,

Sənnən ayrılmazdım,

Məni güjə saldılar.
33. Su üzündə qalmışam,

Su gedifdi, qalmışam.

= Aya belə baxmışam,

Günə belə baxmışam.

Fələh bir iş işdiyif,

Özüm də mat qalmışam.


34. Gələn bulağa gəlsin,

Çaya, bulağa gəlsin.

Gəlsin anan ağlasın,

Səsi qulağa gəlsin.


35. Ağlama dərtdi, ağlama.

Hava sərtdi, ağlama.

Dərtdilər bağrı yararsan,

Çox da dərtdi ağlama.

36. Aşığam, bu vətəndə,

Gözüm yoldan ötəndə.

Qəriblih yaman olar,

Baş yasdığa yetəndə.


37. Mən aşıx, xuda səni

Saxlıyeydi xuda səni.

Eşkarada görə bilmirəm səni,

Göreydim barı yuxuda səni.


38. Burdan bir maya getdi,

Sallandı çaya getdi.

Çox zəhmət çəkdim,

Əməyim zaya getdi.


39. Bu dağlar, qoşa dağlar,

Verif baş-başa dağlar.

Nə gələn var, nə gedən

Dönüf daşa dağlar.


40. Dərdimin əllisinnən,

Yüzünnən, əllisinnən.

Bu dərdə çara yoxdu,

Soruşmuşam əllisinnən.


41. Aşıx dərdə nə bağlar,

Zülfün gərdana bağlar.

Gedəh dərtdi yanına,

Görəh dərdə nə bağlar?


42. Mən aşığam dağlara,

Duman gəlsə dağlara.

Yüz qoyun qurbanım var,

Elim getsə dağlara.

43*. Dəsmalı tikən ölsün,

Qırağın bükən ölsün.

Mən sənə göz dikmişəm,

Başqa göz dikən ölsün.


44. Qızıl üzük füruzə,

Gedin deyin xoruza,

Bu gecə bannamasın,

Yar gələjəhdi bizə.


45. Yeri, daldadan yeri,

Ləbi bal dadan, yeri.

Dodaxları xam şəkər,

Dili bal dadan, yeri.


46. Maşın gəlir Batumnan,

Tunel keçir altınnan.

Maşında bir qız sevdim,

Adım çıxdı yadımnan.


47. Arxalıx abı gərəh,

Yar-yarın babı gərəh.

Yarı çirkin olanın

Dərya qədər tabı gərəh.


48. Qaranquşam, qalxaram,

Qənətdərim çalxaram.

Desələr yarın gəlif,

Xəsdə olsam qalxaram.


49. Qərənfiləm, qərəlsiz,

Qərəlim yoxdu sənsiz.

Yerinə oddar dolsun,

Nejə yatırsan mənsiz?


50. Aynanın dalı qara,

Söykənmişəm divara.

Söz verdin, geri durdun

Beilqar, üzüqara.


51. Ana gəl, gərəyimsən,

Hürümsən, mələyimsən.

Səni könlümüz isdiyir,

Həmi də gərəyimsən.


52. Anam-anam öz anam,

Qoynu dolu köz anam.

Yad ağlarsa yalan ağlar,

Qoy ağlasın öz anam.

= Sənə bir dağ vurmuşam,

Qiyamata döz, anam.


53. Gün çıxdı, dağa düşdü,

Şögəsi bağa düşdü.

Sənin bu müşgül işin

Nə yaman çağa düşdü.


54. Bir quş gələr Ağdaşdan,

Xəbər verər qardaşdan.

Qardaş bacıdan doysa,

=Yağış yağar yer doyar,

Bacı doymaz qardaşdan.

55. Bu yerdə badam olmaz,

Əksələr, badam olmaz.

Qardaşın özü gərəh

Şəkildən adam olmaz.
56. Dəryada balıx yan gedər,

Aşma yaram, qan gedər.

Həkim ona neynəsin?

Əjəl gəlib, can gedər.


57. Gəldi, haradan gəldi?

Göydən, qaradan gəldi.

Oturmuşdux şad ikən,

Bu sel haradan gəldi?


58. Gəlifdi yaralılar,

Göylülər, qaralılar.

Ağlasın dərtdi olannar,

Dinşəsin yaralılar.


59. Ağcabədi duz dağı,

Ceyran gəzər düz dağı.

Qıya baxdın, yan keşdin

Çəhdin mənə düz dağı.


60. Mən aşıx, Ağcabədi,

Ağ nədi, ağca nədi?

Yolunda baş verərəm,

Pul nədi, axça nədi?


61. Vurufdu talxa məni,

Göstərmə xalxa məni.

Getməz gözüm (= ağzımın) ajısı,

Min gölə (=yüz gölə) çalxa məni.


62. Dərdim ojax-ojaxdı,

Halım nejə olajaxdı?

Bala itirən analar

Yanıf kül olajaxdı.


63. Ləzgidən qoşun keşdi,

Bilmədim neyçün keşdi.

Ellərdən təkcə-təkcə,

Bizzən bir qoşun keşdi.


64. Qırmızı bitər gördüm,

Yan verib ötər gördüm.

Dirinin diri dərdin

Ölüdən betər gördüm.


65. Bağdatda xurmalıxlar,

= O tayda qarğılıxlar,

Suda oynar balıxlar.

Nə belə istəy olsun,

Nə belə ayrılıxlar.
66. Şüşədən başmax olmaz,

Geyinsən qaşmağ olmaz.

Hər iş Allah işidi,

Qəzadan qaşmağ olmaz.


67. Köynəyin ağa dönsün,

Yuduxca ağa dönsün.

Gəl qapıdan gir, ana,

Ürəyim dağa dönsün.


68. Ağlıyan başdan ağlar,

Kiprihdən, qaşdan ağlar.

Bala itirən ana

Durar o başdan ağlar.

69. Aşığam aşıxlara,

Zülfü dolaşıxlara.

Əlimə bir saz allam

Qoşullam aşıxlara.


70. Mən aşığam, dil azar.

Bülbül azar, dil azar.

Cavan övlad itirənin

Ağlı çaşar, dili azar.


71. Hay-hayına düşdüm mən,

Qəm çayına düşdüm mən.

Əzrayıl ova çıxdı,

İlk payına düşdüm mən.


72. Mən bir ana isdərəm,

Yana-yan isdərəm.

Sirri-sözümü deməyə

Xəlvətxana isdərəm.


73. Köynəyin ağ saxlaram,

Yuyaram, ağ saxlaram.

Bir də əlimə düşsən,

Yüz il qonax saxlaram.


74. Ay layla, belə layla,

İlləllah belə layla.

Heş bəndələr çalmasın,

Biz çaldıx belə layla.


75. Göynən gedən sonalar,

Bir-birinə yan alar.

Tamam bir yana dursun,

Oğlu ölən analar.

76. Bağımda var boyana,

Bağın yolu hayana.

Hərə bir layla desin

Bəlkə yatıb, oyana.


77. Bajı, bajım deyilsən,

Başda tajım deyilsən.

Xəsdəmi durquzmadın,

Daha bajım deyilsən.


78. Gülü əkdim dübarə,

Bülbül gülü süvarə.

Yayı sənlə yayladım,

Qışı qaldım avarə.


79. Mən aşığam qansıza,

Yolsuza, ərkansıza.

Tanrı heş kimin işin

Salmasın vijdansıza.


80. Qardaşdar mənim mələyim,

Yaxamda düyməliyim.

Köçəndə köçüm qardaş

Düşəndə kölgəliyim.


81. Səni görən ağlasın,

Zülfün hörən ağlasın.

İndi görən tanımaz,

Əzəl görən ağlasın.


82. Göydə qar havası var,

Yağış, qar havası var.

Anaynan balanın

Ayrılıx davası var.


83. Göynən gedən daşa bax,

Qanadında daşa bax.

Hamıya yaz gələndə

Bizə gələn qışa bax.


84. Bu dərə balıxlıdı,

Öküzlər alıxlıdı*.

Mən o oğlana getmərəm,

Ayağı çarıxlıdı.


85. Mən aşıx, ulduzunnan

Ayınnan, ulduzunnan.

Dərd çəkməhdən keçərəm

İynənin ulduzunnan.


86. Gedərəm, oturmaram,

Bu cəbri götürmərəm.

Versələr dünya malın,

Sənnən əl götürmərəm.


87. Barmaxcılım laxladı,

Verdim anam saxladı.

Anama qurvan olum,

Yarımı qonax saxladı.


88. Yeri çiskinim, yeri,

Duman-çiskinim, yeri.

Yaxşı günüm qutardı,

Bu da pis günüm, yeri.

89. Bajın da mən olaydım,

Anan da mən olaydım.

Əzrayıl haxlayanda

Yanında mən olaydım.


90. Bülbülüncə, gülüncə,

Bülbül oxur, gül incə.

Sənə bir layla deyim

Öz ananın dilincə.


91. Bülbülüm lalə olufdu,

Gülüm xəndan olufdu.

Hər səhər ötən bülbül

Bu səhər lal olufdu.


92. Apar bazara məni,

Saldın azara məni.

Aç belinin qurşağın,

Salla məzara məni.


93. Köynəyin müjə-müjə,

Geymişəm müjə-müjə.

On iki şam yandıraram

Sən bizə gələn gejə.


94. Axşamın şöynüsünə*,

Şeh düşüf şöynüsünə.

Yandırram gözün yağın,

Sən gəlsən şöynüşünə.


95. Atasızam atasız,

Heş gül olmaz xatasız.

Biz fələyə neylədik,

Bizi qoydu atasız.

96. Əzizim, ana yeri,

Atdan düş, ana yeri.

Yüz vəfalı yar olsa,

Heş verməz ana yeri.


97. Əzizim, qazan ağlar,

Od yanar, qazan ağlar.

Qəriflihdə ölənin

Qəbrini qazan ağlar


98. Qardaşıma qoş qurban,

Qoş qurban, quzu qurban.

Qardaşımın bir telinə

Namərdin yüzü qurban.


99. Əzizinəm, arxasızdı,

Su gəldi arxa sızdı.

Təpə gördüm arxalıdı,

Dağ gördüm arxasızdı.


100. Əzizinəm, dərd əhmişih,

Budaxdan dər dəymişi.

Özüm dərd əhliyəm,

Bilirəm dərd əhmişih.


101. Mən öldüm ağlamaxdan,

Qara-göy bağlamaxdan.

Toysuz bala, qəfil qadalı bala*,

Bağda xəzəl qalmadı,

Yarama bağlamaxdan.
102. Göynən gedən qu məni,

Çağırıf neynir bu məni.

Əl dəsmalın kəfənim,

Göz yaşuynan yu məni.


103. Dağda duman belə gəl,

Qaşda kaman belə gəl.

Azreyil ova çıxıf, ay balam,

Səni vurar, belə gəl.


104. Açıx qoy pencərəni,

Gözüm görsün gələni.

Yarıf haraya qoyallar, ay fələh,

Bu dərdinən öləni.


105. Avçılar av tutmasın,

Avlasın av tutmasın.

Səni vuran ovçunun

Qolları yay tutmasın.


106. Qardaş gəlsə, yaxşı olar,

Bajı görsə, yaxşı olar.

Bajılar ölümün isdəmir,

Qardaş gəlsə yaxşı olar.


107. Canımnan, cəsədimnən,

Bir qətrə kəs ətimnən.

Kəssələr gənə də doymaram

Vətənin həsrətinnən.


108. Əziziyəm dağda nə var?

El köçüfdü, dağda nə var?

Dəli Məcnun bir belə ah eliyif

Leylisiz dağda nə var?


109. Əziziyəm, mənnən al,

Mənnən isdə, mənnən al.

Bəndə müvəqqəti şeydi,

Mətləbii xudadan al.




IX

MЬXTДLİF ŞEİRLДR
AFŞARIN*
Nadir şah nəslidir, tanısın hamı,

Böyük keçmişi vardı afşarın.

Ulu tarixdəndir yadigar,

Yazılsın tarixə adı afşarın.


Ağsakqalları tez-tez məclis qurallar,

Sağ-solunda cavannarı durallar,

İgidləri püşt tutub güləşəllər

Yerə dəyməz heş vaxt dizi afşarın.


İgidləri at belində durallar,

Gözəlləri bulaq üsdə gəzəllər,

Toy-düyündə halay vuruf süzəllər

Heç pozulmaz toy-düyünü afşarın.


Həkimi var, təbibi var,

Şairi var, müəllimi var,

Xanəndəsi, aşığı var,

Axundu var, hacısı var,

Əldə Allah kalamı var afşarın.
Obası var, oymağı var,

Aranı var, yaylağı var,

Ağsakqallı ağası var,

Öz divanın özü tutar afşarın.


Evlərində daim işığı yanar,

Ocaxları çatır-çatır qalanar,

Yadelləri talan edər talayar,

Heç vaxt sönməz od-ocağı afşarın.


Elə nəsildi ki, elləri boldu,

Uzun Həsən kimi ağası vardı,

Şah İsmayıl kimi igid oğlu vardı,

Əyilməzdi heş vaxt başı afşarın.


Köçəri tayfadı, elə bəllidi,

Binədən evləri üç yüz əllidi,

İgidləri elə dəli-doludu,

Yerə dəyməz arxası afşarın.


Sinəsində bir vurufdu ürəyi,

Süfrəsində bol olufdu çörəyi,

İgidlərin polatdandı ürəyi,

Qorxu olmaz ürəyində afşarın.


Qoyunu var sürü-sürü,

Malları var naxır-naxır.

Yaylaxları, bulaxları,

Lülpər kimi yaylağı var afşarın.


TAPŞIRIN MƏNİ*
A ellər, köçürəm, salamat qalın.

Tez gəlin görüşə, halallıx alın.

Səbuhi Munisnən amanat qalır,

Aparın torpağa tapşırın məni.


Sabirə tapşırın çox ağlamasın,

Tayınnan-tuşunnan təsəlli alsın,

Gələndə qəbrimin üsdünə gəlsin,

Aparın torpağa tapşırın məni.


Sabirdən intizar gedirəm mən də,

Onu çox isdərdim mən də əzəldən,

Qızlarım ağlasın, yaş töksün gözdən,

Aparın torpağa tapşırın məni.


Daha bu dünyadan köçürəm bu gün,

Yığışıf başıma qohumum, elim,

Sabiri görmədim, dərdimi deyim,

Aparın torpağa tapşırın məni.


Daha isdəmirəm varı-döyləti,

Almışam dünyada mən də cənnəti,

Hərdən yada salın, ağlayın məni,

Aparın torpağa tapşırın məni.


Musa* bu sözdəri yazanda ağlar,

Oxuyanda ağlar, deyəndə ağlar,

Seyidi yadına salannar ağlar,

Aparın torpağa tapşırın məni.


VAXDIDI
Əli, gəl çıxax dağlara,

Dağların laləzar vaxdıdı.

Gələndə çiçəhdən yığax,

Kəkotunun çiçəh açan vaxdıdı.

Yığax çiçəhlərdən bir çay dəmlədəh,

Tökəh isdəkana doyuncan içəh,

Baldırğanı çini-çini yığax, eliyəh,

Baldırğanın yeyiləsi vaxdıdı.


Gedəh Zülfüqara, çıxax Qoşdaşa,

Çiçəhlər açılıf, oluf tamaşa,

Yeyəsən, baxasan pendir-lavaşa,

Musa deyir kef-damağın vaxdıdı.


QALMIR
Haxsız, ədalətsiz, kərəmsiz insan

Köçəndə beş günnüh izi də qalmır.

Əzəldən belədi gərdişi-devran

Səni dəfn edənin özü də qalmır.


Bir dilənçi gördüm, şah idi bir gün,

Asırdı, kəsirdi, edirdi sürgün,

Gəzdirə bilmirdi yamaxlı kürkün,

Doğurdan zülmünən tozu da qalmaz.


Siz sülhü qoruyun, ədalət hanı,

Son pay kəfəndi hər hakim cana,

Salahlı Paşayam, ağıllı oğlanam,

Dünya calalında gözü də qalmaz.


YA ƏLİ*
Darda qalannarın sənsən pənahı,

İmdada, köməyə çatan, ya Əli.

Müşgülü guşəsən, şahların şahı,

Zindanın qapısın açan, ya Əli.

Sənin hünərinə hünər çatmadı,

Sənin möcüzənə ağıl batmadı,

Əvvəlinnən kimsə xəvər tutmadı,

Bilməz sirrin bəni-insan, ya Əli.


Zahirin, batilin sirri sənisən,

Alimlər usdadı, piri sənisən,

Allahın vəlisi, şiri sənisən,

Həmişə sənindi meydan, ya Əli.


Göyün sütunusan, yerin ləngəri,

Vəsi sənsən, hax göndərdi xəvəri,

Doğru yola sən qaytardın bəşəri,

Yol sənindi, etdin müsəlman, ya Əli.


Qüdrətdən yarandın pir-hünər əzəl,

Özün bir nursan, gözəldən gözəl,

Götür Zülfüqarı genə qeyzə gəl,

Aşsın ürəhlərdə imam, ya Əli.


Yer-göy qərar tutmaz olmasa imam,

Adın hörmətinə gətirir davam,

Cəlilin dilində hər səhər-axşam

Çağırmaxdı şahi-mərdan, ya Əli.


YATIBDI
Bir gün yolum düşdü qəbirstannığa,

Orda zaman qışdı, devran yatıfdı.

Sanki pıçıldaşır hər məzar daşı

Şair, asda yeri, insan yatıfdı.


Orda pul işdəmir, qiymatsızdı zər,

Ağa hökm eyləmir, işdəmir nökər.

Orda nə zəhmət var, nə alında tər,

Ağadan yuxarı nökər yatıfdı.


Eşit sən Qəmkeşi, mərhəmətdi ol,

Xalqa hakim olsan, ədalətdi ol,

Əgər varın varsa, səxavətdi ol,

Şöhrət yuvasında şeytan yatıfdı.


TANIMIR MƏNİ
Bu gün elə bil ki, tanımır məni,

Dünən adam bilib əl verdiklərim.

Üzünüzdən iraq, danıb dünənin,

Yalın ayaqlara nal verdiklərim.


Kiminə dost oldum, kiminə ata,

Əl atdım dar gündə, qoymadım bata,

İnanmazdım məni qəpiyə sata,

Yolunda yüzlərlə pul verdiklərim.


Qanana çəkəsən zəhmət çəkəndə,

Qanmaza getmiyə bircə tikən də,

Yolumda əlləşib tikan əkəndə,

Bəs niyə utanmır gül verdiklərim?


Kimə dost dedimsə, qəhər gətirdi,

Dedim çiynimdə gəz, yəhər gətirdi,

Əliylə qarşıma zəhər gətirdi,

Əlimlə həmişə bal verdiklərim.


Dostum, bəsdi, uzatmıyax söypəti,

Hələ bir yaxşı dost seşmədim qəti.

Heş kəsə hürmədi özgənin iti,

Mənə mırıldadı yal verdiklərim.



ÇAĞIMDI
İlyas, ağrın alım, unutma məni,

Ömrümün saralıb solan çağıdı.

Bir gün olar aranızda olmaram,

Üzülüb cərgədən qalan çağımdı.


Mənim bir kimsəyə sözüm də yoxdu,

Dünya sərvətində gözüm də yoxdu,

Dərdləri çəkməyə dözüm də yoxdu,

Qəlbim evi viran olan çağımdı.


Çəkilən dərdlərin yoxsa əlacı,

Bəs buna neynəsin qardaşnan bacı,

Məkkəyə gedib olmuşam hacı,

Gözlərim qəhərdən dolan çağımdı.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin