III mətn
Bir günnəri Həcər kəntdə imiş – Molluda. Nəbi də Geponun rəisinin evində qalırmış. Geponun rəisi Çopurrudan imiş. Nəbinin dədəsi dağ vaxdı Salbartıya gedirmiş, nəçənnik milisyanın dədəsini də ordan tanıyırdı, onnan sıx dosduymuş.
Həcər xəbər tutur ki, Nəbi Gepo rəisinin evindədi. Durur sadə paltar geyinir, gedir ora. İndi milis rəisi Sisyannan gəlirmiş Gorusa iş başına, Həcər də gedirmiş bulara. Həcər bilir ki, Nəbi bularda olur, amma özünü tanımamazdığa vurur. Üzün-gözün örtür. Həkəri çayının üsdünnən keçəndə rəis gəlir bunun qabağına. Salaməlöykü, əleykimət salam. Kimsən, nəçisən? Görür kadındı da. Həcər deyir, sənnik deyil. Həcərin də tüfəngi yoxumuş, amma onatılan tapançası varmış. Deyir, niyə heylə cavab verirsən? Deyir, nətər cavab verirəm? Gedirəm da, yol yolçusuyam. İndi bu rəis fikrini dəyişir, kadındı da, yolu tək gedir. Həcər görür kü, yox, bu fikrini dəyişdi. Deyir, mən məsləhət görürəm çıx get. Deyir, sən mənim əlimdəsən səni aparajam türməyə. Deyir, sənin kimilərin yüzü gələr məni apara bilməz. Aparsan da mən türməni deşif çıxajam, amma mən məsləhət görürəm çıx get. Qəfil tapancanı çıxardır başının üsdünnən birin atır, deyir, əl atsan silaha səni öldürəjəm. Soyun. Bütün paltarın soyundurur alt tuman-köynəkdə saxlıyır. Silahın alır, deyir yer get. Deyir, atına dəymirəm, kişi kişinin atını almaz. Nətər getsin şəhərin içinə? Gəlir bir tanışın evinə. Deyir, məni qaçaxlar soydular, get mənə bir paltar gətir. Da demir ey bir arvad soydu. Həcər çox peşman gəlir. Bilir ki, Nəbi buların evindədi. Sora peşman olur. Deyir ki, gərək deyərdim mən filankəsəm. Nəysə, atdan düşür, girir içəri. Nəbi deyir, niyə bekafsan? Deyir, hal-qəzyə belə-belə. Ev yiyəsini soymuşam, tuman-köynəkdə qoymuşam Həkəri çayının üsdündə. – “Ə niyə?” Deyir, hal-qəzyə belə. Gördüm fikrini dəyişib, mən də belə elədim. Nəbi bərk gülür. Bir azdan sora rəis gəlir, girir evə. Görür ki, bay, Nəbiynən Həcər qujaxlaşıb yatıb. Deyir, hə, Həcər deyirdilər inanmırdım. Elə mənim işdədiyim türməni dağıdan bu kadınmış. Amma iyitdik elədi nə atımı əlimdən aldı, nə alt tuman-köynəyimə dəydi. Onnan sora Həcər bərk gülür. Boynun qujaxlıyır deyir ki, məni bağışda. Nəbi gülür, deyir, arvada sataşmaq isdiyirdin? Deyir, cod cavab verdim, o cavaba görə məni heylə elədi.
IV mətn
Hətəm babam varrı oluf. Bir gün bunun camışını kəsif dərisini soyuf aparıllar. Hətəm babam da camahatı yığıf ki, görə bunu kim eliyif. Eliyəni tapmıyıf. O vaxdı camışın dərisi ətinnən qiymətli idi. Camahatı yığır, elə bu cəhli getdiyi yerdə Qaçax Nəbi gəlir. Deyir ki, bu nə məsələdi? Deyillər, Hətəm kişinin camışını öldürüflər, o da camahatı yığıf bura. Qaçax Nəbi atamı çağırır, deyir, olar ikimiz bir yerdə məsləhətdəşək bu işi yoluna qoyax? Ağsakqalar da çalışırdılar ki, Quran gəlməsin ortalığa. Camahatı yığıllar sıraya. Qaçax Nəbi Hətəm babamnan camahatın sifətinə baxa-baxa başa qədər gedir. Deyir ki, Hətəm kişi, burda camışı oğurruyan yoxdu. Fikirrəş gör bu kəndin adamınnan kim yoxdu burda? Deyillər ki, filankəs yoxdu burda. Bu da o qədər sakit adam olur ki, heş kim bunnan şübhələnmir. Deyir, onu da çağırın gəlsin. Gələndə Qaçax Nəbi üzünə baxan kimi əlin salır civinnən bıçağı çıxardır qoyur ortaya. Camışın tükü-zadı da bıçağın üsdündə olur. O yerin də adı qalır Hətəmin camışı gönlənən yer.
V mətn
Qaçax Nəbi gəlir mənim nənəm Məşədi Zeynafgilə. Bunun qoşa alaçığı varmış. Çölçü adamlar da aralıdan baxanda bilirdi da hansı çadır babatdırsa ora düşürmüşdər. Gəlif belə keçəndə görüllər burda bir alaçıx var, qapısında çəpəri, qoyunu, dööləti. Salaməlöykü, əleykimət salam. Bu məqamda qapıdan bir it keçif. İt o qədər zəif imiş ki. Bular fikirrəşif ki, qapısında bu cür iti olanın evində nə olar. İt keçəndə Nəbinin yanındakı yoldaşı deyif ki, gəl gedəh, bura düşmüyəh. Arvad da dünyagörmüş bir insandı. Sözü alıf deyif ki, o qonşunun itidi, düşün. Əri Məşədi Əsəd özü evdə olmuyuf, amma qadın uşaxları göndərif heyvan kəsdirif. Bular çay içif, çörək yeyiflər. Nəbi deyif, biz bu günnən oldux qardaş-bajı. Mənə Mollulu Qaçax Nəbi deyəllər. Duruf ordan atı miniflər, gəlif Famil dediyi yerə çatanda23 həmin adama deyif, səni gülləliyərdim, amma orda çörək kəsmişəm, bir qadına bajı demişəm. Səni ona bağışdıyıram. Mən Qaçax Nəbiyəm.
VI mətn
Məşədi İsmayılın Boz ürgəsi oluf, naxırçı aparıf otarırmış örüşdə. Atı hörüklüyüb uzanmışmış. Görür meşədən bir atdı çıxdı, ürgəni aşdı mindi. Bir tab sürdü getdi, qayıtdı gəldi. Atı bağladı öz yerinə. Dedi, gedəndə Məşədi İsmayıla deyərsən ki, Nəbi gəldi atı mindi getdi, amma aparmadı. Sora bir öküz, bir inək, bir maydan at yolluyuf ki, atı versin maa. Məşədi İsmayıl bircə maydan atı götürüf qalanın qaytarıf, boz atı da vermişdi Nəbiyə.
Dostları ilə paylaş: |