III mətn
Çələbiləri sürgün eliyirmişdər, qaçırmışdar hərəsi bir tərəfə. Alı Çələbi gəlif bizim evin alt tərəfində bir dam var, söykənif o dama, deyif:
– Hə, Qazaxıstan nə qəşəh qalmalı yerdi.
Həvəzə Çələbi deyif:
– Qardaş, qalmalı yerdi, gedərih.
Qardaşı heylə deyif, bajısı da heylə. Bilifdi ki, bular orda qalajax da, vətəndə qalmeyjax.
55. YASİN ÇƏLƏBİ
I mətn
Yasin Çələbinin uşağı olmurmuş. Hajı İsrəfil varmış. Hajı Qasım Çələbi deyir ki, Hajı İsrəfil, bunun dərmanı Şıx atadadı. Şıx ata da Hovuslu kəndi deyillər, ordadı. Hovusdu kəndinin qabağında qəlbi dağdı. Şıx atanın qəbri onun başındadı. Gedif onun üsdündə dua eliyəndə devlər tərəfinnən bir alma gəlir. Onu verir atasına, anasına. O almanı yeyillər, onnan sora Suqra olur. Onun mamaları deyirmiş ki, Allah sən saxla. Göyərçin qapıya töküləndə qorxurux Suqra qanadlana olarnan uça, əlimizdən çıxa.
II mətn
Cavan vaxdı, on yeddi-on səkgiz yaşında Hajı Qasım Çələbi [Yasin Çələbini] çağırıf yanına, deyif:
– Yasin bala, Daşkənd də pis yer dəyil, pis torpax dəyil. Daşkənd də yaxşı torpaxdı, yaxşı yerdi.
Yasin Çələbinin qavrı Daşkəndə düşməli imiş. Ona görə o erkənnən ona təsəlli verif. Yasin Çələbi də gedif Daşkəntdə rəhmətə gedif.
Dostları ilə paylaş: |