32. MƏHƏMMƏD PEYĞƏMBƏRİN ÖLÜMÜ
I mətn
Deyir, Məhəmməd peyğəmbər xurma bağını suvarırmış. Bağı suvardığı yerdə Azreyil gəlif.
Məhəmməd peyğəmbərin Fatimeyi-Zəhra adında bircə dənə qızı vardı, oğlu-zadı yoxdu. Deyifdi ki, Fatimeyi-Zəhranı verəjəm Abutalıbın oğlu Əliyə, onnan mənimki tutur. Mənim bir dənə qızım var, onun da bir dənə oğlu.
Bu Məhəmməd peyğəmbərin çiynində Məhəmmədi-rəsulallah yazılmışdı. Hər kəs ona gözüynən baxsa, cənnətə gedirmiş. Bir də onun paltarınnan bir qırıx kimin üsdündə olsa, o da cənnətə gedirmiş.
İclas imiş, iclasda bunun paltarınnan qırıx-qırıx kəsif götürül-lər. Deyiflər gərəh onun çiynindəki Məhəmmədi-rəsulallaha baxax. Xayiş eliyif ki, daa məə belə əziyət vermiyin. Bunnan xilas oluf.
Günnərin bir günü xurma bağını suvardığı yerdə qızı gəlir ki, baba, səni ərəb çağırır. Daa özü bilir ki, kim çağırır. Deyir ki, qoy suyun qulağını çöyrüm, gəlirəm. Ölənədəh işdəməh onnan qalıf. Gedif Azreyil buna maslahat eliyif ki, dünyada qalmağ isdiyirsənsə, nəkqədər deyirsən Allahımdan icazə alım, ömür versin saa, bir o qədər də yaşa. Deyifdi ki, yox. Sırağagün məni çox pis hala salıf camaat. Bir az da qalsam, bihörmət olajam. Gedəri qonağın getməyi yaxşıdı. Gedəh. Bir dənə alma olur, onu iysiləyir. Alma düşür diyirrənir qapının ağzına. Nəvələri yüyrüşüf:
– A baba, a baba.
Uçuf göyə.
Söyləyicinin babası molla olub, rəvayəti də ondan eşidib.
II mətn
Məhəmməd peyğəmbər deyif ki, saad üşdə mən öləjəm. Saad üşdə camaat yığılıf gəlifdi ki, bunnan vidalaşa. Gəlif görüflər ki, Məhəmməd peyğəmbər bağ suluyur. Deyiflər: “Ya peyğəmbər, səndə yalan olmaz axı”. Deyif ki, mən belə eləməsəm, mənim bəndələrim mənnən sora işdəməz.
Dostları ilə paylaş: |