Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Aynur FƏRƏCOVA
AMEA Folklor İnstitutunun dissertantı
e-mail: karimovaaynur@gmail.com
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QƏHRƏMAN
VƏ CƏMİYYƏT MÜNASİBƏTLƏRİNİN TƏZAHÜR TİPLƏRİ
Xülasə
Hər bir milli dastanın bütün poetik dəyərləri qəhrəman obrazında təcəssüm olunur. O, bütün hadisələrin mərkəzində durur və bütün obrazlar, hadisələr onunla bağlanır. Lakin qəhrəman əsərin təkcə mərkəzi obrazı, yəni baş qəhrəmanı olmaqla qalmır, dastanın daşıdığı ideyalar, milli dəyərlər, eləcə də əsərin bütün poetik ağırlığı qəhrəman obrazına bağlanır. Qəhrəman bu cəhətdən dastanın nüvəsi, mərkəzi nöqtəsidir. “Kitabi-Dədə Qorqud” dastanını bu istiqmətdə nəzərdən keçirdikdə görürük ki, əsərdə qəhrəman və cəmiyyət münasibətləri, əsasən, aşağıdakı xətləri əhatə edir: Qəhrəman dövlət başçısı kimi: xanlar xanı; Qəhrəman sərkərdə kimi: bəylər bəyi; Qəhrəman ata kimi; Qəhrəman oğul kimi; Qəhrəman ər, ailə başçısı kimi; Qəhrəman qardaş kimi; Qəhrəman dost kimi: Qəhrəman elin oğlu kimi.
Açar sözlər: folklor, epos, dastan, “Kitabi-Dədə Qorqud”, qəhrəman, cəmiyyət
Dostları ilə paylaş: |