Çapa tövsiyə edən: AMEA-nın həqiqi üzvü Muxtar İmanov
Seyfəddin RZASOY
Filologiya üzrə elmlər doktoru
AMEA Folklor İnstitutunun
“Mifologiya” şöbəsinin müdiri
e-mail: seyfeddin_rzasoy@mail.ru
“ALTAY BUUÇAY” DASTANININ RİTUAL-MİFOLOJİ STRUKTURU
Xülasə
Altay dastanlarının xarakterik cəhətlərindən biri onların arxaik-mifoloji görüşlərlə sıx bağlılığında ifadə olunur. Bu cəhətdən dastan mətnlərinin poetik strukturunu təşkil edən hər bir element mifoloji semantikaya sahibdir. O cümlədən ev obrazı mifoloji dünya modelində mərkəz funksiyasını yerinə yetirir.
"Altay Buuçay" dastanı da arxaik-mifoloji görüşlərlə sıx bağlıdır. Dastanda qəhrəman və onun oğlu ölür və yenidən dirilirlər. Ölüb-dirilmə ərgənlik/inisiasiya ritualı ilə bağlıdır. Qəhrəman ritualdan keçərkən ölür və evini tərk edir. Yeni statusda dirilmiş qəhrəman mütləq evini geri almalıdır. Beləliklə, ev mifoloji dünya modelində kosmosun mərkəzidir. Evə sahiblənmək kosmosa sahiblənmək deməkdir.
Açar sözlər: dastan, "Altay Buuçay", mifologiya, ev, yurd, ov, Aranay ve Çaranay, kosmos, xaos, inisiasiya, ərgənlik
Dostları ilə paylaş: |