Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab


V mətn Bədnəzəri ləğv eləmək üçün bayquşun döş tüküynən üzərriyi yandırallar, tutallar həmin adama, yaxşı olar VI mətn



Yüklə 2,66 Mb.
səhifə123/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   119   120   121   122   123   124   125   126   ...   238
V mətn

Bədnəzəri ləğv eləmək üçün bayquşun döş tüküynən üzərriyi yandırallar, tutallar həmin adama, yaxşı olar


VI mətn

Uşağa nəzər dəyif-dəymədiyini bilmək üçün uşağın ətrafına dairəvi pambıx düzəllər, beşih də ortada qalar. Əgər pambığın ha­mısı yanırsa, deməh nəzəri var. Yox, əgər pambığın hamısı yanma­dısa, nəzər dəymiyif.



VII mətn

Üzərriyi yandırıf oxuyardılar:

Üzərrih dənə-dənə,

Çəkilsin çəni çənə.

Qohum olsun, yad olsun

Nəzəri bırda yansın.

Tüsdünü verirdilər, nəzəri kəsərdilər.

Uşağa göz dəyməsin deyə, kömür, pişik tükü, it tükü götürüf, üzərriyin dənəsini də göy parçaya büküb uşağın çiyninnən asırdılar.


VIII mətn

Göz dəyəndə kösövnən uşağın alnını ovurdular, əlini, qolunu, onnan sora ora-burasını qaralıyırdılar ki, uşağa göz dəyməsin, o göz qayıtsın.


IX mətn

Gözdəyməsin deyə üzərrik yandırıllar. O da belə üzərrik yox ha. Üzərrik hər yerdə olur. Ama gərək qəvirsannıxdan götürülə. Məsələn, sarı torpaxlarda, dikin başında da üzərrik pitir. O üzərriyi ordan qır gətir, yandırgınan, onun xeyri yoxdu, o saa təsir eləməz. Ama qəvirsannıxdan gələn üzərrik ona duz qatırsan, duznan baravar yandırıf fırrıyırsan başa. Qəvirsannıxdan əyər yığırsansa, yığanda onun kökünə, qırdığın yerinə nəzir qoyursan. Pulmu, nəsə bir şirinnik qoyursan, sora onu yığırsan. Onun saa xeyri olsun.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin