Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə141/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   137   138   139   140   141   142   143   144   ...   238
3. SEYFƏLMÜLKÜN NAĞILI
Bir dənə patcah olur. Yaxşı varrı-hallı, irəhimdar patcah olur. Bunun bir dənə oğlu olur. Bu, oğlunu yekəldip, boya-başa çıxardır. Məhdəb vaxdı olur. Bunu aparır vəzirin, vəkilin oğluynan qoyur məhdəbə. Bu, məhdəbi oxuyur, məhdəbi başa çatdırır. Bunnar məh­də­bi qutarannan sorasına gəlir atalarının hüzuruna kı, ata, biz məhdəbi qutardıx, çatdırdıx başa.

Deyir ki, yaxşı, saa ənam verəjəm. Vəzirin oğlu gedir öz ata­sının otağına, vəkilin oğlu gedir öz atasının otağına. İndi bunnar nə verəjəhlər özdəri bilər. Patcah gətirir Seyfəlmülühə bükülü bir don verir. Deyir:

– Saa bunu ənam verirəm mən.

İndi padarka deyillər, onda ənam deyirdilər. Patcahın oğlu götürür bunu aparır öz otağına. Gedir, patcahın oğlu bu ənamı açır, görür burda bir dənə surət var. Bu o qədər gözəldi ki, patcahın oğlu bunu görəndə ürəyi gedir, qəşş eliyir yıxılır. Yıxılanda patcaha xəbər gedir ki, patcah sağ olsun, sənin oğluu ürəyi gedip yıxılıf. Patcah gəlir görür, pahoo, – patcah bilirmiş nədi bu, – iki əli olur, bir təpəsi. Deyir: "Vay əvi yıxılan canım, mən bu donu niyə verdim bına?"

Nəysə, bını ayıldıllar. Ayıldannan sora deyir:

– Ay oğul, niyə belə eliyirsən, sənin niyə gedir ürəyin? Niyə belə olmusan sən?

Deyir ki, ata, mən bu surətin dalınca gedəcəm. Deyir:

– Ay bala, sən onu gedip tapa bilməzsən. Bilmirsən hardadı, uzaxdı, nə təərdi.

Deyir:

– Yox.


Surət demə, can de,

Canan onun yanında yalandı.

Hər kəs görsə o şahzadanı,

Əl atdı yıxasına, dedi amandı.

Əl atdı Seyfəlmülüh yaxasını cırdı, genə ürəyi getdi, yıxıldı yerə. Yıxılanda patcah dedi:

– Vay əvi yıxılan canım, mən necə özüm öz əlimnən başıma daş saldım ee. Mən munu niyə verdim muna?

Nəysə, munu ayıldıllar, nə qədir yığışdılar, öyüt-nəsihət ver­di­lər. Dedi:

– Ola bilməz, mən gərəh gedəm o surətin dalınca.

– Ay oğul, sən tapa bilməzsən onu. Sən nə təər gedip taparsan onu? Bilmirsən hardadı o.

Hamma patcah bilirdi ha o nədi. O, yerdə dəyil, göydədi. Axır­da patcah məjbur oldu, gördü bunnan başarmır. Apardı saldı zin­dana. Bir nəğədə zindanda qalannan sora yığışır bunun vəziri, vəkili, deyir:

– Patcah sağ olsun, sən zindanda niyə çürüdürsən oğlunu. On­suz da o çürüyəjəh orda, boşda qoy getsin. Allaha pənah, nə olajax, olajax.

Patcah bunnarın sözünə baxır, oğlunu çıxardır. Deyir:

– Yaxşı, ay oğul, gəl, qoşum səni vəzirin, vəkilin oğluna, tə­da­rükü görüm, get, Allaha pənah. Qayıdıp gələrsən, məni taparsan, taparsan, tapbazsan da, day nağayrım. O çox uzax əsabədədi, uzax yerrərdədi.

Seyfəlmülüh hazırraşır, düşür vəzirin, vəkilin oğluynan yola, gedir. Çox gedir, çox dolanır, dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, yolları seyr eliyə-eliyə gedir. Gedir çıxır bir vilayətə. Bir patcahın vilayətinə çıxır. Patcaha deyillər ki, üş dənə şəxsi gəlip sənin ölkənə, hamma heş buraların adamına oxşa­mır. Patcah deyir:

– Hardan gəlirsiz, ay şəxsilər, hara gedirsız?

Deyir:


– Biz yol adamıyıx, bəs fılan yerə gedirih.

Deyir:


– Pahoo, siz gedip oranı tapa bilməzsiz, ora sizin yeriniz dəyil, getmə. Gəlin qalın bizim ölkədə.

Deyir:


– Yox, biz bu niyətə gedirih.

Deyir:


– Pahoo, Seyfəlmülüh, mənim ölkəmdə qal, saa yaxşı şərayit düzəldim. Burdan da yaxşı bir qız al, heş getmə.

Deyir:


– Ola bilməz.

Gənə bunnar gedillər, davam eliyillər. Çox gedir, az gedir, bun­nar gənə bir şəhərin küncündə gecəliyillər. Qalanda bunnarı yu­xu aparır, yuxu aparanda vəzirin oğluynan vəkilin oğlu yuxuya ge­dir, Seyfəlmülüh də yatır. Yuxusunda görür kü, o dağdan nəysə yendi, kimsə bunnarı apardı (vəzir ilə vəkilin oğlanlarını – top.) "hənh" eliyir ayılır, görür nə vəzirin oğlu var, nə vəkilin oğlu var. Bunu gəlip nə aparırsa, aparıp, yoxdu. Deyir: "Ay əvi yıxılan ca­nım, qaldım təhcəjə e".

Deyir:

– Gənə davam eliyəjəm, gedəjəm.



Gedir çıxır bir ölküyə. Nəysə, bu ölkədən gedir, çıxır patcahın hüzuruna. Patcah gənə buna təklif eliyir, bunun təklifini də qəbul eləmir.

Nağıl atı yüyrəy olur. Nəysə, patcah deyir ki, sən qalam­mır­san, onda səni salajam zindana. Niyə qalmırsan mənim ölkəmdə? Bunu salır zindana, ağzına da qoyur bir dəyirman daşı.

Bu burda bir az qalmaxda olsun, patcahın yaxşı bir irəhmdar qızı varımış. Bu duyux düşür. Deyir ki, mənim atam çox qəzəp­kar­dı, o ca­hıl yazıxdı, orda qalıp öləjəh. Xəlvətcə gedir bu oğlanı çıxardır. Deyir:

– Oğlan, mənim atam çox qəzəpkar patcahdı. Heş sən mənim atama görühmə, sənə yazığım gəlir, səni zindannan çıxardaram, çıx get.

Gənə düşür bu yola. Az gedir, çox gedir, gənə gedir çıxır bir ölküyə. Bu ölkədə nəysə getməyə yer olmur. Gedir ağacın divində əylənir. Bir az, deyir, dincəlim. Oturur. Donu da elə özündə hərri­yir, don da elə özündədi. Oturub özü belə fikrə dalmışmış. Bir də görür kü, ağacın başına üş-dört quş gəldi qondu. Seyfəlmülüh quş­darın dilini bilirdi, oxuyanda keşmişdilər buna. Gördü kü, bu quş­dar deyir:

– Bacı, bacı, can bacı.

O biri deyir:

– Nədi bacı?

Deyir:

– Görürsən o oğlanı? O donun surətinin dalıncax gedir, bili­rəm mən. Hamma o donun surəti patcahlar patcahı, pərilər patca­hı­nın qızının donudu. O, ildə bir dəfə gəlir. Onu heş vaxdı tapa bil­miyəjəh. Bəlkə, bir ildən sora filan çayda çiməndə gələ, xəlvətcə onun paltarını oğurruya, onnan sora o qızı tuta bilər o. Yoxsa onu tuta bilməz.



Seyfəlmülüh bunu eşidip görür kü, bu, bir il burda qalmalıdı. Durur Seyfəlmülüh gedir, çox əzab-əziyətinən bir dənə şəxsinin evində qalır. Bu kişi bunu götürür oğulluğa. Deyir ki, bəs qalmağa yerim yoxdu, bu kişi bunu saxlıyır.

Bir il gözdüyür, bir il tamam olanda çıxır çayın qırağına. Çayın qırağında gizdəndi, gördü bir dəsdə quş gəldi, hamısı belə çırpındı, yendi yerə. Yendi, onnar hamısı oldular qız. Bu donun su­rə­tinnən tanıyır də, bilir bunu. Bunnar soyundu, özdərini verdilər ça­ya, başdadılar çimməyə. Çiməndə Seyfəlmülüh çıxdı yavaçca şaxın da­lın­nan, həmən qızın paltarını oğurradı. Oğurradı gizdədi. Gizdi­yəndə çıxdı qızdar, paltarrarını geyinəndə, bu donun yiyəsi qaldı burda. Bu qızdar gördü kü, bunun paltarı yoxdu. Uşdular qondular bir ağacın başına. Bu qaldı burda, bu oğlan da çıxdı zuhura. Dedi:

– Ay qız, sənin paltarın məndədi, səni aparajam. Bax, bax, sənin dalınca gəlmişəm. Bu surət səninkidi.

Qız dedi ki, məni aparsan da saxlıya bilmiyəssən. Deyir:

– Saxlıyaram, patcah oğluyam.

Deyir:


– Yox, heş vaxdı saxlıya bilməzsən.

Bir ayrı paltar verir, bu geyir, Seyfəlmülüh qızı götürür gəlir. Nəysə, çox əzabınan, əziyətinən gətirip çıxardır öz vilayatdarına. Salamat gəlir çıxır dədəsinin hüzuruna. Çıxannan sora bunnarın özünün mənzili varıdı, yaşıyıllar ayrı. Başdıyıllar yaşamağa.

Bir günnəri bu qız əvdə olmuyan vaxdı Seyfəlmülüh gətirir divarı söhdürür, paltarı hördürür divara. Deyir ki, tapbasın da, bunu geysə, uçajax da, bilirəm. Nəysə, bu da bilənimiş. Pərilər patcahının qızıdı, zarafat dəyil. Nəysə, bu, ev paltarıynan fırranır bir müddət. Hamma bu qız bilir ki, bunun paltarı burdadı.

Oğlan səfərə çıxmışımış, Seyfəlmülüh səfərə gedəndə bir usda gətirir. Pərilər pərisi deyir:

– Bura mənim xoşuma gəlmir. Buranı sök.

Buranı söhdürür, paltarı çıxardır. Bir də hördürür, paltarı gizdiyir. Paltarı gizdiyir. Seyfəlmülüh gəlir əvə, gələnnən sorasına bu qəfildən paltarını geyinir, deyir:

– Seyfəlmülüh, mən saa dedim ki, sən məni saxlıyammiyəssən.

Pırr eliyir üçür göyə. Uçur, çıxır gedir. Seyfəlmülühün bir başı olur, iki də əli.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin