36. YEDİLƏR, İÇDİLƏR, DAĞILIŞDIQ
Bir gün bir qarabağlı uzax bir qohumunun oğlunun kiçik toyuna gedir. Gəlib oturur isdolun başında. Əlini çörəyə uzadar-uzatmaz biri gəlir ki, bəs dur, ev yiyəsi səni çağırır. Kişi durup gedir. Yarım sahatdan sora təzdən gəlip oturur isdolun başında. Görür ki, kabap kurtarıp, bozbaş qalıp. “Nəysə” – deyip, bozbaşı çəkir qavağına. Elə bu heyn tamada bunu çağırır.
Yazıx bu dəfə də durup tamadanın yanına gəlir. Genə də yarım sahat keçir, kişi gəlir yerinə. Görür ki, isdol yoldaşları öz paylarını da, bunun payını da yeyiplər. Qarabağlı dillənmir. Sakitcə çayın gəlişini gözdüyür. Birəz keçir, çay gəlir. Elə əlini çaya uzadar-uzatmaz dosdunun oğlu gəlir ki, bəs qağam səni çağırır. Çaydan da əlini üzən qarabağlı nəmərini yazdırıb hamı kimi mağardan çıxır. Çağıranın yanına dəyip ordan da üz tutur evə. Yolda bir dəsdə yerrisi onun qabağını kəsip soruşur:
– Ayə, hardan gəlirsən belə?
– Filankəsin oğlunun kiçik toyunnan.
– Nətər oldu, yeyiv-işmək, çalıv-oynamax nətəriydi?
Qarabağlı boş qarnını sığallıya-sığallıya deyir:
– Heş nə. Yedilər, işdilər, dağılışdıx...
Dostları ilə paylaş: |