107. QARA QASIM
Bizdə, indi onu çox adam Avdal Qasımın adıynan səsdəndirir, ama başqa bir Qasım olur, ona Qara Qasım deyirmişdər. Vəba xəsdəliyi olur bizim kətdə. Məəm bir babalığım varıydı, Allahyar adında. Bax, o söhbət eliyirdi ki, elə olurdu, heş kim gedib yumurdu meyitdəri. Qorxurdu ki, xəsdəlih çatajax ona da. Hamı, deyir, ağzını-gözünü sarıyıf gedirdi, bir gündə yeddi-səkgiz adam ölürdü kəntdə. Dərmanın olmuyan vaxdına, tibbin inkişaf eləmiyən vaxdına tüşüp daa. O Allahyar söhbət elədi ki, o kişi, Allah irəhmət eləsin, deyirdi, ağzımı, gözümü də sarıyırdım, bir gündə səkgiz meyid gedib yuyurdum. Deyirdi, o qorxannar öldü, amma maa bir şey olmadı. Qasıma deyillər ki, sən get dur qəvirsannığın yanında, biz burdan çağırajıyıx ki, a Qasım, qəvirsannıxda yer var? Onda sən denən “yox”, bəlkə Allahın irəhmi gələ, tay öldürmüyə. Bıllar Allahı aldatmax isdiyirmişdər. Bizdən də bir on kilometir yuxarıda Haroy kəndi varıydı. Çağırıllar, ay Qasım, ay Qasım, meyid gətiririh, qəvirsannıxda yer var?
Deyir:
– A köpəhuşağı, Haroya qədər yer döyül? Nə qədər isdəsəz gətirin də.
Deyir, elə həmən günnən də o vəba xəsdəliyi dayanıp, daa olmuyupdu.
108. SARI AŞIQ
Sarı Aşıx Güləbürtdə olufdu. Elat gəlif Laçınnan keçif İstisuya gedirdi, yayda qalırdı orda, qışda da gəlirdi rayonnara – Bərdəyə, Ağcabədiyə. Onda bir dənə dul arvad olur. Hər gələndə dul arvad onnarı çağırır evinə, covannara çörəh verir, sırfa açır, yeməh bişirir.
Bir gün covannarın biri bu arvada deyir ki, biz gedirih, gələn il gələndə elə olsun ki, sən qapıda bir beşik asasan. O qapıda bir beşih olsa, sənin evinə dönüf sənin çörəyi yeyəjeyih. Əyər o qapıda beşih olmasa, biz sənin qapına dönmüyəjeyih, incimə bizdən. Arvad qalır. Covannar çıxıf gedillər, sürüsünü də götürüf gedillər.
Ay ötür, il dolanır, bir gün bıllar dağ-aran gedillər. Gəlillər o arvadın evinin altınnan keçif gedəndə – yol onun evinin altınnanmış, – arvad deyir:
– Ay Allah, mən neynim, nətəri eliyim da, bəs mən dul arvad, uşağım olmadı.
Arvat fikirrəşir, fikirrəşir, deyir:
– İlahi, qoy mənim qonağım mənnən küskün getməsin.
Gedir tez qapıda bir beşih asır. Beşiyin də içinə gətirir bir sarı kərpiş qoyur. Rəvayətə görə, tez bının üsdünü örtür, deyir:
– Onnar nə biləjəhdi. Gəlif çörəh yeyif gedəjəh. Onnar maa deyif qapıda beşih olsun.
Arvad fikirrəşir ki, yəqin bınnar deməz da içindəki uşağı gəti bıra. Beşiyi asır, daşı qoyur içinə, üsdün örtür. Gəlir yeməyini pişirir, sırfasını açır. Çobannar görür ki, qapıda bir dənə beşih var. Deyillər:
– Allah, saa şükür, bının uşağı olufdu, gedəh bının çörəyini yeyəh da.
Gəlif oturullar bınnar, şad-şalayın yeyillər, içillər, danışıllar, gülüllər. Yeganə majal bınnar qayıdır ki, ay xanım, get uşağı gətir, bir uşağı da görəh. Arvat titriyə-titriyə Allaha yalvarır ki, ay Allah, sən bir möcüzə gösdər, mənim üzüm bı qonağın yanında yerə düşməsin. Axı, arvat bilir ki, orda daşdı, uşax yoxdu. Gəlir bının üsdünə, örtüyü qaldırır, əl atır ki, daşı götürüf gətirif bınnara gösdərsin. Arvad örtüyü daşın üsdünnən götürəndə baxır ki, bırda bir dənə sarı oğlan uşağı var. Bir az keyiyir, duruxur. Cobannar bir də çağırır:
– Ay xanım, nə oldu, di gəl, bəs biz yol gedəjeyih, gejə düşür.
Arvad əsə-əsə götürür uşağı qucağına, ürəyindəkini ürəyində çəkir, gətirir. Deyillər ki, ay xanım, bəs bı uşağın adını qoymısanmı? Deyir ki, yox, hələ adını fikirrəşməmişəm. Gözdədim ki, siz qonaxlarım gələsiz bıra, məsləhətdəşif qoyax. Arvad özünü itirmir. Çobannarın biri qayıdır ki, xanım, gəlsana bının adını elə Sarı qoyax. Xanım deyir ki, hə, yaxşı, qoyağın. Elə onnan da bının adı olur Sarı. Soradan o, böyüyür aşıx olur, aşıx olanda da “aşıx” ləqəvi gəlir üsdünə, olur Sarı Aşıx.
Dostları ilə paylaş: |