Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə27/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   23   24   25   26   27   28   29   30   ...   238
27. ÇİNAR NİYƏ UCADI?
Qədim zamanlarda göyün üzünü qara bulutdar tutufmuş. Hər tərəf qarannıx, zülmət kimi imiş. Bir gün belə, beş gün belə. Bulut­dar göyün üzünnən dağılışıf getmək bilmir. Bütün ağaşdar bir yerə toflaşıf məsləhətdəşillər ki, belə olmaz. Belə getsə onda bizim mey­vəmiz-zadımız olmaz, adamlar ajınnan öləllər. Sora onnar çinara deyillər ki, ay çinar, sən arxın lap yanındasan. O sudan doyunca içif tez yekəl, o qara bulutdarı bir az arala, qoy üsdümüzə gün düşsün. Çinar yoldaşdarının sözünü yerə salmır. Onnarın sözünə qulax asıf o ki var sudan içif-içif yekəlir. Bir də baxıf görür ki, qanatdarı bulutdarı deşif çıxıf. O qanatdarıynan bulutdarı aralıyır, gün ağaş­dara düşür. Çinar geri qayıdır, gəlif görür ki, boy, bütün ağaşdarın meyvələri qızarıf, saralıf, amma onun heş meyvəsi-zadı da yoxdu. Çinarın qanı qaralır. Munu başqa ağaşdar görüf çinara ürəh-dirəh verillər ki, biz səən əvəzinnən də meyvə verəjəyik, amma sən elə o hündürdə dur, qoyma bulutdar günü tutsun. Deyilənnərə görə, çinarlar tez su içif yekəlillər ki, qara bulutdar göy üzünü tutmasın.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin