Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə28/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   24   25   26   27   28   29   30   31   ...   238
28. QIZLARIN ÖZÜNÜ ÖLDÜRMƏSİNİN

QARŞISI NECƏ ALINIR?
Bir rəvayət var ki, günnərin bir günü dəb düşür ki, bikara qız­dar özdərini öldürüllər. Nəkqədər çalışıllar, neyniyillər, qızdar baş­dı­yır özdərini öldürməyə. Gedillər, paccaha məlumat verillər ki, paccah, taxtın tarac olsun, gələcəh nəslin məhv olur. Pəyiyə salırıx, özünü öldürür, kilitdi əvə salırıx, özünü öldürür, neynirih özünü öldü­rür. Neyniyək? Bu paccah fikirrəşir ki, yaxşı, mən nə çara qılım? Bu qızdarı türmüyə saldırajam, türmədə özdərini öldürəjəhlər, ölüm cəzası verəjəm, yenə həmən həməndi, nə eliyim? Çox fikirrəşənnən sora əmir verir, ölkənin hər yerinə çapar göndərir ki, hər hansı bir qız özünü ya asıb öldürsə, ya xəncərnən öldürsə, ya nə cür öldürsə, olların meydini lüt surətdə arabıya qoyub bütün ölkəni gəzdirəjəm, qoy hamı ona tüpürsün. Qızdar fikirrəşir, tez o ona deyir, bı bına de­yir ki, aaz, lüt surətdə deyir e, aaz yox, ta mən eləmiyəjəm, ta mən eləmiyəjəm. O deyir, bı deyir... Deməli abır, ismət, həya ölü­mün qarşısını alır. O günnən, o dəyqədən qızdar özdərini öldürmüllər.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin