Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


§ 7. XVII əsr oğuz-türkmən tarixşünaslığında «tarixçi



Yüklə 1,24 Mb.
səhifə22/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
§ 7. XVII əsr oğuz-türkmən tarixşünaslığında «tarixçi

və tarix» münasibətlər modeli
Əbülqazinin bir tarixçi kimi, «Şəcəreyi-tərakimə»də isti­fadə etdiyi etnokosmik informasiyanın tarixilik «əyarına» mü­nasibətdə onun şəcərə bilgilərini necə əldə etməsi haqqın­dakı qeydləri səciyyəvidir:

«Türkmənlərdən, ömürlərini döyüşlərdə keçirmiş məşhur adamlar və keçmiş günlərin «baxşiləri» bunları söyləyirlər»89.

«Türkmənlərin tarix bilən bütün müdrik qocaları Oğuz xanın on iki çadırlarda (ürqə) oturan iyirmi dörd nəvəsinin ad­larının anlamı haqqında, onların damğaları necədir və onların onqonları olmuş quşların adları haqqında belə söyləyirlər»90.

Bu qeydlər əsatiri-epik informasiyanın daşınma və yaşa­ma durumu (praqmatik durum) haqqında bilgilər verir. Onlara diqqət edək:



- Əbülqazi üçün etnokosmik informasiyanın şifahi qay­naqlarını aşağıdakı söyləyici (informator) tipləri təşkil etmiş­dir:

1. (Ömürlərini döyüşlərdə keçirmiş) m ə ş h u r a d a m- l a r.

2. (Keçmiş günlərin) b a x ş i l ə r i.

3. (Tarix bilən bütün) m ü d r i k q o c a l a r.

Əbülqazinin söyləyiciləri oğuz-türkmən toplumunda ha­fi­zələrində yaşatdıqları (qoruduqları) informasiyanın «mötə­bər­liyinə» (düzlüyü və doğruluğuna) heç bir şübhə edilməyən şəxslərdir. Söyləyicilərin titulları, sosial ranq və mövqeləri, toplumun strukturunda oynadıqları rol, eləcə də mənəvi-əx­laqi, dini-mərasimi status və funksiyaları onların etnokosmik dəyərlərin konsentrasiya olunduğu, etnosun struktur dəyər­lə­rinin daşındığı subyektlər olduğunu göstərir.

Əbülqazinin söycəyicilərdən əldə etdiyi məlumatlar bü­tün hallarda toplumun struktur əsaslarına aiddir və ən başlı­cası, həmin bilgilər etnokosmik dəyər kimi arxetipik müqəd­dəsliyini qoruyub saxlayır. Həmin məlumatları tam təsnif etməsək də, onlar, əsasən, aşağıdakıları əhatə edir:

1. İslami genealogiyaya müncər (həm də kontaminasiya) olunmuş «Oğuz xan» şəcərə informasiyası;

2. Oğuz toplumunun sosial strukturu, onun əsasında du­ran dünya modeli və onun elementləri;

3. Etnokosmik strukturun ritual-mifoloji təsnifat sistemi: etnososial struktur elementlərinin adları, adların mövcud dünya modelinin funksional qatı səviyyəsində mənaları;

4. Etnosun dünya modelinin semiotik təsnifat-işarələnmə sistemi (başqa sözlə - toplumun totem təsnifatı səviyyəsində işarələnməsi): damğalar, onqonlar;

5. Sosial sistemin həyatının tənzimləyici mexanizmləri (başqa sözlə - ritual sistemi): ayin və mərasimlər.

(Qeyd edək ki, təqdim etdiyimiz təsnifat ilkin ümumi­ləşdirmə olub, özünün təkmilləşmə imkanları baxımından açıqdır.)




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin