Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ


§ 3. «Şəcəreyi-tərakimə» oğuz-türkmən düşüncəsində



Yüklə 1,24 Mb.
səhifə18/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   14   15   16   17   18   19   20   21   ...   58
§ 3. «Şəcəreyi-tərakimə» oğuz-türkmən düşüncəsində

«Törə-Tarix» konfliktinin həlli vasitəsi kimi
Göründüyü kimi, Əbülqazi Bahadır xanın «Şəcəreyi-təra­kimə» əsəri oğuz etnosunun kosmik struktur hadisəsi olaraq oğuz-türkmən düşüncəsində (dünya modelində) T ö r ə - T a r i x konfliktinin həlli vasitəsi kimi ortaya çıxmışdır. Burada «t ö r əsosial-siyasi münasibətlərin sabit struktur modeli» kimi diqqət çəkir.

Ə.İnan «törə – yasa» haqqında yazır: «Əski türkcədə qa­nun mənasına gələn yasa (yasaq) termini moğol istilasından sonra islam tarix və etnoqrafiya ədəbiyyatına girmiş və çox yayılmış termindir. Göy türklər, xaqanlılar və səlcuqluların qanun və nizamı ifadə edən törü-türe termininin yerini tut­muşdur. «Yasa» mənşəyi baxımından, şübhəsiz ki, türk söz­dür...; ...Yasa əski türk xaqanlıqlarında qüvvədə olan və şifahi olaraq nəsildən nəsilə keçən «törü» və qaydalardan başqa bir şey olmamışdır. Hər xaqan və bəyin bu qaydalara özündən bəzi şeylər də əlavə etmiş olduğuna şübhə yoxdur. Çingiz xan da zaman və mühitin tələb etdiyi bəzi qayda və maddələr əlavə etmişdir. Hər böyük tarixi hadisələrdən və yeni bir sü­lalə taxta keçdikdən sonra onun «törü» və yasasının qurul­taylarda gözdən keçirilməsi və bəzi hökmlərin müba­hisəsinin aparılması qaynaqlardakı qeydlərdən anlaşılmaqdadır»79.

«Şəcəreyi-tərakimə»dəki konfliktin semantik qütblərinə diqqət edək: «Törə - strukturdur, hərəkət prosesində dəyiş­mə­yən münasibətlər modelidir. Tarix - bu halda həmin də­yiş­məz modelin gerçəklik zəminində pozulması kimi üzvlən­miş olur... Törə və Gerçəklik üz-üzə gəlir, onların üst-üstə düşməməsi konflikt yaradır»80.

Ritualın ümumtipoloji sxeminə görə, «Struktur» (indiki halda - Törə) və «Tarixin» (indiki halda oğuz-türkmən et­nosunun ayrı-ayrı tayfalarının maraqlarının) uzlaşmaması «Kon­flikti» yaradır, konfliktin həlli isə öz növbəsində «Ri­tualı» tələb edir. Konfliktin həlli vasitəsi olan ritual kimi bu halda Əbülqazinin «Şəcəreyi-tərakimə» əsəri çıxış edir. Yenə də bu halda «Şəcəreyi-tərakimə» etnokosmik ritualın tarix kodu ilə proyeksiyası, kosmoqrafik işarəsi olur.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin