Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə17/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
Əbülqazi tarixi şüur çağında kosmoloji çağ şairinin (qam-şamanın, yaxud Qorqud Atanın) funksiyasını yerinə yetirir: ona məhz etnik ənənələrin qoruyucusu və şərhçisi kimi müraciət olunur. Növbəti ifadələrə diqqət edək.

c) Oğuznamə informasiyasının sakral başlanğıcı ilə pro­fan bugünü arasında ziddiyyət yaranmışdır: «onlar... bir-biri ilə uyğun gəlmir». Başqa sözlə, «törə - universal davra­nış formulu» statusunda olan oğuznamələrin bir-biri ilə uy­ğun gəlməməsi etnik kosmos daxilində konflikt yaradır: kosmik sahmanı pozaraq onu xaosa sürükləyir. Belə bir xaos oğuz-türkmən cəmiyyətinin nizamına mane olur.

ç) Oğuz-türkmən cəmiyyətində «Törə - universal ni­zam­lanma kodeksi» baxımından doğrudan-doğruya təhlükə yaranmışdır və təhlükə toplumun daxili struktur vahidlərinin ümumi əsaslardan yayınmasından, törənin inkar olunmasın­dan - tayfa və tayfa birliklərinin onu öz mənafelərinə uyğun şərh etmələrindən qaynaqlanır. «Şəcəreyi-tərakimə»də göstə­rildiyi kimi: «...onların (oğuznamələrin - S.R.) hər biri müəy­yən nöqteyi-nəzərlidir».

e) V.N.Toporovdan gördüyümüz kimi, kosmoloji çağın şairi (qam-şamanı) etnokosmik yaddaşın qoruyucusu, yara­dı­cısı və yaşadıcısı olduğu kimi, eyni zamanda həmin yaddaşın «şərhçisidir». Kosmoloji çağ şairinin funksiyasını tarixi çağda yerinə yetirən Əbülqazidən T ö r ə - G e r ç ə k l i k zid­diyyətinin həll edilməsi üçün etnokosmik yaddaşı məhz «şərh etmək» xahiş olunur: «Bundan çox illər keçəndən sonra bu türkmənlərin mollaları, şeyxləri və bəyləri eşitdilər ki, mən tarixi yaxşı bilirəm; budur bir dəfə onların hamısı [mənim yanıma] gəldilər və dedilər: «... Əgər bir dənə düzgün, etibar ediləsi tarix olsaydı, yaxşı olardı...»78.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin