§ 4. «Şəcəreyi-tərakimə» arxaik ritualın tarix düşüncə
çağındakı paradiqması kimi
«Şəcəreyi-tərakimə»nin öz məzmunu ilə, əslində, ritual-mifoloji universumu, kosmik yaddaş ritualını gerçəkləşdirdiyini, onun tarixi çağda törəməsi və transformasiyası kimi çıxış etdiyini nəzərə alsaq, «Şəcəreyi-tərakimə» oğuz ritual-mifoloji dünya modelinin tarixi kod kontekstindəki ekvivalentidir. Bu durumu kosmik universumlar səviyyəsində sxemləşdirsək, belə bir mənzərə alınır:
- Həm kosmoloji şüur çağının etnokosmik dünya modelini gerçəkləşdirən ritual, həm də tarixi şüur çağının eyni dünya modelini gerçəkləşdirən «Şəcəreyi-tərakimə»nin hər ikisi genetik və tipoloji kontekstdə eyni funksiyada - toplumdaxili «Konfliktin» həlli vasitəsi kimi çıxış edir.
- Funksiyanın eyniliyi və bərabərliyi kosmoloji «Ritualı» və tarixi «Yazını» («Şəcəreyi-tərakimə»ni) oğuz ritual-mifoloji dünya modelinin fərqli kodlarla gerçəkləşmiş diaxron işarələri saymağa imkan verir.
- Kosmoloji «Ritual» və tarixi «Yazı» işarələrinin bir-birinə münasibəti kosmik eynigüclülük səviyyəsindədir. Həmin eynigüclülük diaxron kontekstdə tarixi «Yazı» işarəsini kosmoloji «Ritual» işarəsinin transformativ törəməsi saymağa imkan verirsə, sinxron kontekstdə bu işarələr bir-birinin əvəzediciləri anlamına gəlir.
Dostları ilə paylaş: |