Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə49/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   45   46   47   48   49   50   51   52   ...   58
§ 2. Problemə Türkiyədən baxış
Qeyd edək ki, türklərdə totemizmin olmaması haqqında fikirlər ilk öncə Türkiyə alimləri tərəfindən söylənmiş və daha sonra bir sıra Azərbaycan alimləri də onları paylaşmışlar. Eləcə də F.Bayat türklərdə totemizmin olmaması haqqında irəli sürdüyü şərtlərində görkəmli türk alimi İ.Qəfəsoğlunun müvafiq tədqiqatlarından «bəhrələnmişdir»181.

İbrahim Qəfəsoğlu özünün «Əski türk dini» adlı kita­bı­nın «Əski türklərdə totemçilik var idimi?» adlı birinci böl­məsini182 bu məsələyə həsr etmiş və öz fikirlərini çoxsaylı faktlar əsasında arqumentləşdirmişdir. Onun fikirləri Azər­bay­can alimlərinin bəhrələndiyi əsas qaynaq olduğu üçün bu görkəmli türk aliminin «tezislərini» sıra ilə sistemləşdirməyə çalışaq:

1. «Totemçi ailədə ana hüququ caridir. Türk ailəsi isə «pedəri» xarakter daşımışdır»183.

Biz İ.Qəfəsoğlunun bu fikrinə artıq F.Bayatın «şərtlərini» nəzərdən keçirərkən münasibət bildirdik. Onu əlavə etmək istərdik ki, türk ailəsinin yalnız «pedəri», başqa sözlə, patriar­xat olması haqqında hökm, əslində, gerçəkliyi əks etdirmir. Sadəcə olaraq, türk cəmiyyətinin inkişaf strukturu kifayət qə­dər öyrənilmədiyi, yaxud səthi öyrənildiyi üçün müəllif bu qə­naətə gəlmişdir. Patriarxat matriarxatdan üzvlənmişdir: il­kin insan icması bütün hallarda matriarxat əsasında qurulurdu.

İ. Qəfəsoğlunun növbəti «tezisi» belədir:

2. «Klanda qohumluq totemə söykəndiyi halda, türklərdə əsası qan qohumluğu təşkil edir»184.

Biz İ.Qəfəsoğlunun bu fikrinə də artıq F.Bayatın «şərt­lərini» nəzərdən keçirərkən münasibət bildirdiyimiz üçün ona geniş münasibət bildirməyəcəyik. Təkcə onu qeyd etmək istəyirik ki, türklərdə qohumluq sistemi yalnız qan qohum­luğu səviyyəsində öyrənildiyi üçün İ.Qəfəsoğlu belə bir hökm vermişdir. Qohumluq (doğmalıq) mürəkkəb sistemdir və onun səviyyələri var. Qan qohumluğu onun bir səviyyəsidir. Ümu­miyyətlə, ibtidai cəmiyyətlərdə qohumluq (doğmalıq) müna­sibətləri, təqribən, aşağıdakı səviyyələri əhatə etmişdir:




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin