§ 2. «Bitik»in «Şəcəreyi-tərakimə»nin məzmunundakı
təsviri paradiqmaları
«Şəcəreyi-tərakimə»də etnokosmik özünütəşkilin «Bitik» kodu məlumat səviyyəsində də qorunmuşdur. Abidənin «Oğuz xanın oğullarının və nəvələrinin adları haqqında» hissəsində Əbülqazinin verdiyi bir səciyyəvi məlumata diqqət edək:
«İndi Oğuz xanın ad verdiyi, ancaq onun soyundan (n ə s i l ) olmayan bir neçə elin adını çəkək: hər halda onlar həmin toyda idilər və bu səbəbdən adları kitaba yazılıbdır»205.
Haqqında söhbət gedən bu «kitab» - «Bitik»dir.
Başqa bir məlumata diqqət edək. Gün xanın keçirdiyi qurultayda oğuz eli ət payı, onqon quşlar və s. kodlar əsasında təsnif olunduqdan sonra, qurultayda müəyyənləşmiş strukturun pozulmaması haqqında oğuz elinin «əhdləri» yazılır:
«[Bu] əhdnaməni böyük kağız vərəqə yazdılar. Və hamı, başda Gün xan olmaqla, onun kiçik qardaşları, oğulları, bəylər, qocalardan ən yaxşıları və igidlərdən ən yaxşıları bu vərəqdə öz adlarını yazdılar və and içdilər... Adlarını yazıb, möhür vurub, əhdnaməni Gün xanın xəzinəsinə qoydular»206.
Haqqında söhbət gedən bu «əhdnamə» - «Bitik»dir.
Beləliklə, «Şəcəreyi-tərakimə» «Bitik» haqqında informasiyanı abidənin «məlumat» (məzmun) kodu səviyyəsində iki nominativ paradiqmada qorumuşdur:
- Kitab;
- Əhdnamə.
Son olaraq qeyd edək ki, Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» əsəri əsasında oğuz ritual-mifoloji dünya modelinin bərpa olunması deyilənlərlə məhdudlaşmır. Abidədəki adlandırma ritualı, onun ayrı-ayrı şəkilləri, o cümlədən adların etnokosmik strukturu oğuz ritual-mifoloji dünya modelinin bərpasının perspektiv imkanları kimi nəzərdə tutulmuşdur.
ВМЕСТО ЗАКЛЮЧЕНИЯ
Dostları ilə paylaş: |